Dərmanları soyuducuda saxlamaq olmaz
Digərləri 23 Noy 2024 10:20:00 63 0
Dərmanları vanna otağı və mətbəxdə saxlamaq tövsiyyə olunmur.
Bu xəbəri də oxu: Türkiyədə robot müəllim oldu Şagirdlərə belə dərs keçir VİDEO
Son.az xəbər verir ki, Biotexnologiya və Sənaye Əczaçılığı kafedrasının dosenti, kimya elmləri namizədi Aleksey Panov dərmanların düzgün saxlanmasının onların effektivliyinə və təhlükəsizliyinə mühüm təsir etdiyini bildirib. O, dərmanların düzgün saxlanılması ilə bağlı tövsiyələr verib.
Ekspert dərman alarkən onların təlimatını diqqətlə oxumağı və göstərilən saxlama qaydalarına əməl etməyi tövsiyə edib. İnsanların dərmanları tez-tez vanna otağı və ya mətbəxdə saxlamasına toxunan Panov bunun düzgün olmadığını vurğulayıb. O bildirib ki, vanna otağında yüksək rütubət dərmanların tərkibini dəyişərək onların effektivliyini azalda bilər. Mətbəxdə isə dərmanlar yüksək temperaturun təsirinə məruz qalır, xüsusən də sobaya yaxın yerlərdə saxlanarsa.
Mütəxəssis dərmanların daha stabil istilik və rütubət şəraitində saxlanıla biləcəyi yataq və ya qonaq otağında yerləşdirilməsini məsləhət görüb. Eyni zamanda, dərmanların uşaqlar və ev heyvanları üçün əlçatmaz yerdə olması vacibdir.
O qeyd edib ki, dərmanları qida məhsulları ilə birgə saxlamaq olmaz, çünki bu, onların keyfiyyətinə mənfi təsir göstərə bilər. Həmçinin, dərman qablarının bütöv və kip bağlı olmasına diqqət yetirilməli, çünki aktiv maddələr işıq, rütubət və oksigenlə reaksiyaya girərək effektivliyini itirə bilər.
Panov bəzi dərmanların, məsələn, vitamin və antibiotiklərin ultrabənövşəyi şüalar altında parçalanaraq təsirsiz hala gələ biləcəyini, vaksinlərin isə otaq temperaturunda tərkibindəki zülalların dağıldığını vurğulayıb. Buna görə də dərmanların terapevtik təsirinin qorunması üçün düzgün saxlanılması zəruridir.
Ekspert əlavə edib ki, dərmanlar təlimatda göstərilən istifadə müddətindən artıq saxlanmamalıdır, hətta soyuducuda olsa belə. (lenta.ru)
İsmayıl Son.az
Qışda salatları bəzəyən turp tərkibindəki vitaminlər, minerallar və l
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində "Vadi İstanb
Uzun müddət hüquq mühafizə orqanı işçisi olmuş polkovnik Firqət Qəniy
"Taksi fəaliyyəti çox ciddi bir fəaliyyət növüdür və bununla yol h
Azərbaycan Mərkəzi Bankı (AMB) 23 noyabr tarixindən etibarən valyuta məz�
"Bilsəydim, makiyaj belə yaraşacaq, QIZ OLARDIM"
İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində azı 4 nəfər ölüb, 2
"WhatsApp" status yeniləmələrinə yeni funksiya əlavə edir.
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən qaz xətlərinin istisma
Hindistanın Tamil Nadu şəhərində tükürpədici hadisə baş verib.
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, 2025-ci ildə keçiriləcə
HSBC bankı Rusiya və Belarusdan gələn bütün ödənişlərin qəbulunu daya
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Orta Dəhlizi dünya səviyy
"Ermənistan Baş prokurorunun müavini Artur Poqosyan Ermənistan İstinta