"Qlobal iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib"
Digərləri 12 Noy 2024 16:44:00 97 0
Qlobal iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib.
Bu xəbəri də oxu: Yeni pomidor salatının resepti
Son.az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi Saymon Stil Bakıda keçirilən İqlim dəyişmələri ilə mübarizə üzrə Dünya Liderlərinin Sammitinin açılışında bildirib.
"Əvvəllər iqlim dəyişikliyinə qarşı tədbirlərin, əsasən, gələcək nəsillərin xilasına yönəldiyindən danışırdıq. Lakin iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib. Çünki iqlim böhranı sürətlə iqtisadiyyatların "qatilinə" çevrilir. İndi, bu gün, hazırkı siyasi dövrdə. İqlim dəyişikliklərinin nəticələri bir çox ölkələrin ÜDM-nin 5 faizinə qədər azalmasına səbəb olur. İqlim böhranı yaşayış xərcləri böhranıdır. Çünki iqlim fəlakətləri ev təsərrüfatlarının və müəssisələrin xərclərinin artmasına gətirib çıxarır", - BMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi Saymon Stil bildirib.
O qeyd edib ki, bütün ölkələr daha cəsarətli tədbirlər görməzsə, iqlim dəyişikliyinin artan təsirləri inflyasiyanın partlayışına səbəb olacaq.
"Pandemiyadan dərs alaq. Milyardlarla insan kollektiv tədbirlər yetərincə tez qəbul edilmədiyi üçün əziyyət çəkdi. Təchizat zəncirləri dağıldı. Bu səhvi təkrarlamayaq. İqlim maliyyələşdirilməsi inflyasiyadan qlobal sığortadır. Əsas iqlim xərcləri ən böyük "xalq düşməni" olmalıdır. Bu məsələnin hökumətlərin gündəmində "ilişib" qalmasına icazə versək, bu, fəlakətlə nəticələnəcək. Amma məsələ yalnız iqtisadiyyatı və əhalini xilas etməkdən ibarət deyil", - deyə S.Stil vurğulayıb.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Fransızlar iqlim dəyişikliyinə görə yaşayış yerlərini dəyişməyə ha
Türkiyə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini elan edib.
Arxeoloqlar qladiatorların qalıqlarını analiz edərək nə yediklərini mü�
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
"Mənim üçün ən ciddi səbəb xəyanətdir. Bu olubsa müzakirə bitmi�
Yaxın günlərdə Avropaya ekoloji təmiz enerjinin tədarükü üzrə Saziş i
İranda zəvvarları Kərbəlaya aparan avtobus qəzaya uğrayıb.
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
Şlank almaq adı ilə Gürcüstandan ailəsindən qaçın Bakıya gələn qadı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide
COP29 Azərbaycan üçün sonsuz imkanlar aça bilər.
Azərbaycanın "yaşıl" enerji dəhlizi üzrə Avropa İttifaqı ilə
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Biz iqlim dəyişikliyinin mənfi nəticələrinin dərindən hiss olunduğu öl
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�