"XızıAbşeron" külək elektrik stansiyası bu tarixdə istismara veriləcək
Digərləri 24 Okt 2024 15:34:00 115 0
"Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisi ölkəmizdə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi üçün əhəmiyyətli layihədir. Azərbaycanın "yaşıl enerji" keçidini dəstəkləyən bu stansiya "ACWA Power" şirkətinin ölkəmizdəki ilk layihəsidir.
Bu xəbəri də oxu: Sabah da tam iş günüdür
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Bakı Gəmiqayırma Zavodunda "Xızı-Abşeron" külək elektrik stansiyasının pərlərinin Bakıya gətirilməsi ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, ilkin hesablamalara görə, stansiya tərəfindən istehsal olunacaq illik 1 milyard kilovatt-saata yaxın elektrik enerjisi 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək:
"Layihənin ümumi dəyəri təqribən 300 milyon ABŞ dollarından çoxdur və tam olaraq xarici investisiya hesabına həyata keçirilir".
"Hazırda stansiyanın tikintisi davam etdirilir və 2025-ci ildə istismara verilməsi gözlənilir", - deyə Cavid Abdullayev qeyd edib.
Qeyd edək ki, "Xızı-Abşeron" külək elektrik stansiyası 240 meqavatt gücündə olacaq və Azərbaycanın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək enerji stansiyası olacaq. Stansiya illik 893 geqavatt-saat təmiz enerji istehsal edəcək və karbon emissiyalarını illik 400 000 tondan çox azaldacaq. 25 il müddətinə "tikinti-sahiblik-istismar" (BOO - Build - Own - Operate) prinsipi ilə fəaliyyət göstərəcək və "ACWA Power" tərəfindən idarə ediləcək.
Stansiya iki məkanda - Abşeron rayonunun Zona-1 və Xızı rayonunun Xızı-3 ərazilərində inşa ediləcək, 37 külək turbini optimal külək yığımını nəzərə alaraq yerləşdiriləcək. Layihə Azərbaycanın iqtisadiyyatın diversifikasiyası və enerji sisteminin modernləşdirilməsi məqsədlərini dəstəkləyir və qeyri-neft sektoruna xarici sərmayələrin artırılmasına töhfə verəcək.
İmişli rayonunun hərbi komissarı Xəyyam Babayev saxlanılıb.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
2050-ci ilə qədər xərçəng səbəbindən ölən kişilərin sayı artacaq.
Oktyabrın 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadas�
23.10.2024-cü il tarixində saat 11:10 radələrində Sumqayıt Tibb Mərkəzin
Hindistan, İraq və Misir vətəndaşları üçün Ermənistan ərazisinə giri
Logistika dəhlizlərinin inkişafında Azərbaycanın rolu çox mühümdür.
İsrail İrana cavab hücumunu bu səbəbə görə təxirə salıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kazan şəhərində XVI BRICS Sammit
Arb-də yayımlanan "Günə bax" verilişində kövrək anlar yaşanı
Türkiyə dünya miqyasında bir ilkə imza ataraq, kosmosa çərəz göndərib.
Baş nazir Əli Əsədov oktyabrın 24-də Türkiyənin vitse-prezidenti Cevdet
Aparıcı Azər Qərib sosial media hesabındakı paylaşımı ilə diqqət çə
DİN Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi növbəti tədbirlə Xəz�