Qafqaz şahinlərini çöl quşları vasitəsilə ovlayanlar saxlanıldı
Digərləri 24 Okt 2024 14:27:00 121 0
DİN Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi növbəti tədbirlə Xəzər dənizinin Zirə qəsəbəsi istiqamətində, Abşeron Milli Parkının ərazisində "Qırmızı kitab"a adı düşən çöl quşlarını qanunsuz olaraq ovlayan şəxslər müəyyən ediliblər.
Bu xəbəri də oxu: Türkiyədə avtomobil "güllə yağışı"na tutuldu:
Son.az xəbər verir ki, xidməti ərazidə keçirilən tədbir zamanı Qəmər Adaları Respublikasının vətəndaşı 64 yaşlı Mohammad Ahmad və əvvəllər məhkum olunmuş 39 yaşlı Pərviz Quliyev saxlanılıblar.
Yoxlama zamanı onlardan 5 ədəd ovlanması qadağan olunan Qafqaz şahini və ov ləvazimatları aşkarlanıb. Bu şəxslər qoruq ərazisində xüsusi olaraq yaratdıqları quyularda gizlənərək təlim görmüş eynicinsli çöl quşları vasitəsilə adı "Qırmızı kitab"a düşən Qafqaz şahinini ovlayıblar. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.
Baytar nəzarətindən sonra quşlar su polisləri və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təbiətə buraxılacaq.
Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti artıq sentyabr ayının 1-dən etibarən bitib. Xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı və itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.
Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında qaydaları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.
Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılacaq.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Məşhur reper Cardi B xəstəxanaya yerləşdirilib.
Daha ədalətli dünya düzəninə keçid asan getmir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRİCS sammiti
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası El
"Sosial media hesablarında ölkədən kənara çıxmadan əyani formada xa
Xəbər verdiyimiz kimi, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MH
NATO rəsmiləri hesab edirlər ki, Rusiya nəhayət, yaxın həftələrdə Ukra