Öcalanla 43 ay sonra ilk görüş


Digərləri 24 Okt 2024 12:55:00 107 0

Öcalanla 43 ay sonra ilk görüş

Xəbər verdiyimiz kimi, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı oktyabrın 22-si partiyasının qrup toplantısında PKK terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsini təklif edib.

Onun sözlərinə görə, bunun üçün Öcalana parlamentdə çıxış etməyə şərait yaradılmalıdır: "Terrorçuların liderinin təcridi aradan qaldırılarsa, qoy parlamentə gəlib, kürdyönümlü DEM fraksiyasının iclasında çıxış etsin, terrora son qoyulduğunu və PKK təşkilatının buraxıldığını elan etsin". 

Siyasətçi, Öcalanın bu addımdan sonra qanunvericilikdəki "Umut hakkı" layihəsi qüvvəyə minərsə, bundan yararlana biləcəyini vurğulayıb.

Məhz Baxçalının bu təklifindən sonra Öcalanla ilk görüş olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məlumatı tanınmış jurnalist, "Hürriyet"in köşə yazarı Abdulkadir Selvi yayıb.

Onun sözlərinə görə, Abdullah Öcalanla sonuncu dəfə qardaşı Mehmet Öcalan 2019-cu ilin avqustunda görüşüb. 43 aydır ki, onunla görüşə icazə verilmirdi. Uzun müddət sonra ilk görüş ötən gün baş tutub.

PKK-nın siyasi qolu olan Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) Şanlıurfadan olan millət vəkili, Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan dünən Öcalanın hazırda cəzasını çəkdiyi İmralı həbsxanasına gedərək onunla görüşüb. Türkiyə vaxtı ilə saat 11:00-da başlayan görüşün 2 saat davam edib.

PKK rəhbərinin görüşdə təcrid şərtləri aradan qaldırılarsa və ünsiyyət imkanı yaradılarsa, silahların yerə qoyulmasında rol oynaya biləcəyi mesajını verdiyi bildirilir.

"Tarixi məsuliyyətimi yerinə yetirməyə hazıram. Təşkilatı silahı yerə qoymağa çağıracağam", - deyə Öcalan bildirib.

"Belə aydın olur ki, MHP lideri Baxçalının gündəmə gətirdiyi "Umut hakkı" qanun layihəsi Öcalan üçün ümidverici olub", - jurnalist yazıb.

O, daha sonra Öcalanın bir müddət əvvəl "həbsxanadan tabutla çıxmaq istəmirəm" dediyini də sözlərinə əlavə edib.

"Amma Kandilin (PKK-nın məskunlaşdığı ərazi - red.) Öcalanın bu mesajına necə cavab verəcəyi maraqlıdır. Belə ki, 2013-cü ildə Novruz bayramı zamanı Abdullah Öcalan Diyarbəkir meydanında on minlərlə insanın qarşısında verdiyi açıqlamada təşkilatı silahı yerə qoymağa və demokratik siyasətə çağırmışdı. Ancaq Kandil Hendekdə döyüşlərin, təktərəfli müharibə prosesinin başladığını bəyan edərək həll prosesinə mane olmuşdu.

Dediyim kimi, Kandilə həll proseslərində təsir edə bilməyən PKK lideri Abdullah Öcalanın 43 aydır heç kimlə görüşünə icazə verilmirdi. Baxçalının çağırışı ilə PKK-nın tərksilah edilməsi və terrora son qoyulmasında yenidən təşəbbüs göstərmək istədiyini deyən Öcalana sonuncu dəfə şans verildiyi bildirilir.

Görək bu dəfə Öcalanın Kandilə təsiri olacaqmı?!", - deyə Selvi vurğulayıb.

Qeyd edək ki, "Umut hakkı" layihəsi cari ilin sentyabrın 30-u PKK-nın siyasi qolu olan Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) tərəfindən irəli sürülüb. Sözügedən qanun layihəsi ağırlaşdırılmış ömürlük həbsə məhkum edilmiş məhkumların 25-ci ildən etibarən şərti azadlığa çıxma hüququna malik olmasını nəzərdə tutur.

Türkiyə qanununa görə isə, "Dövlətin təhlükəsizliyi əleyhinə cinayətlər", "Konstitusiya quruluşuna və bu Sərəncamın fəaliyyətinə qarşı cinayətlər" və "Milli müdafiə əleyhinə cinayətlər"ə görə məhkum edilmiş şəxslər heç bir şərtlə ömür boyu azadlığa buraxıla bilməzlər.

Öcalanın azadlığa buraxılması üçün Edam Qanununun 107-ci maddəsinin 16-cı bəndinin ləğv edilməsi kifayətdir. Bu bənddəki "şərti azad etmə müddəaları tətbiq edilmir" bəndi çıxarılarsa, Öcalanın şərti azadlığa buraxılma şərtləri qiymətləndirilə bilər.

Onu da xatırladaq ki, PKK lideri Abdullah Öcalan 1999-cu ildə həbs edilib və terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib. O, hazırda cəzasını Mərmərə dənizində yerləşən İmralı adasında təkadamlıq kamerada çəkir.

"Elməddin məndən küsüb" like
  • 24 Okt 12:48  
Şou-biznes "Elməddin məndən küsüb"

Aparıcı Fərda Xudaverdiyev və Müşviq Şahverdiyev barışıb.

arrow Ətraflı
Şəhid anası vəfat etdi  FOTO like
  • 24 Okt 12:43  
Digərləri Şəhid anası vəfat etdi FOTO

Vətən müharibəsi şəhidi Rövlan Məmmədovun anası vəfat edib.

arrow Ətraflı
Çörək əvəzinə turp yeyin like
  • 24 Okt 12:40  
Digərləri Çörək əvəzinə turp yeyin

Prof. Dr. Canan Karatay çörəyin zərərlərini açıqlayıb.

arrow Ətraflı
NATO Rusiyanın yaxında qalib gələcəyini düşünür like
  • 24 Okt 12:34  
Dünya NATO Rusiyanın yaxında qalib gələcəyini düşünür

NATO rəsmiləri hesab edirlər ki, Rusiya nəhayət, yaxın həftələrdə Ukra

arrow Ətraflı
"İş üçün mənə yazırlar, "İşədüzətmə" bürosuyam?" like
  • 24 Okt 12:26  
Digərləri "İş üçün mənə yazırlar, "İşədüzətmə" bürosuyam?"

Tanınmış idmançı Kamil Zeynallı "Elcanlı" verilişinin qonağı

arrow Ətraflı
Bacısının azyaşlı oğlunu DİŞLƏMİŞDİ like
  • 24 Okt 12:19  
Kriminal Bacısının azyaşlı oğlunu DİŞLƏMİŞDİ

Ağdam Rayon Məhkəməsində əzab vermədə təqsirləndirilən Mənzərə Al�

arrow Ətraflı
İlham Əliyev Kazanda BRİCS sammitinin plenar iclasında iştirak edir  FOTO like
  • 24 Okt 12:11  
Siyasət İlham Əliyev Kazanda BRİCS sammitinin plenar iclasında iştirak edir FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 24-də Azərbaycan Respub

arrow Ətraflı
Azərbaycanda həkimi döyüb like
  • 24 Okt 12:04  
Kriminal Azərbaycanda həkimi döyüb

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rəşad Nəsir

arrow Ətraflı
Bakıya görə narahat olanlar like
  • 24 Okt 11:55  
Siyasət Bakıya görə narahat olanlar

İş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmit Avropa

arrow Ətraflı
Əməkdar artist də "bədən şəkilləndirmə” etdirəcək  VİDEO like
  • 24 Okt 11:55  
Şou-biznes Əməkdar artist də "bədən şəkilləndirmə” etdirəcək VİDEO

"Rahatam, çünki əməliyyata gedəcəyəm. Bədənşəkilləndirmə və �

arrow Ətraflı
Narinin öldürülmədən 1 saat öncəki görüntüləri yayıldı  VİDEO like
  • 24 Okt 11:47  
Digərləri Narinin öldürülmədən 1 saat öncəki görüntüləri yayıldı VİDEO

Türkiyədə öldürülən 8 yaşlı Narin Güranın ölmıədən 1 saat öncək

arrow Ətraflı
Bakıda şüşəsi sınıq avtobusda sərnişinlərin soyuq hava ilə "imtahanı"  VİDEO like
  • 24 Okt 11:40  
Digərləri Bakıda şüşəsi sınıq avtobusda sərnişinlərin soyuq hava ilə "imtahanı" VİDEO

Bakıda sərnişinlər metronun "Memar Əcəmi" stansiyası ilə Masaz

arrow Ətraflı
Yasamalda memarlıq abidəsinin eyvanının uçmasına reaksiya like
  • 24 Okt 11:35  
Digərləri Yasamalda memarlıq abidəsinin eyvanının uçmasına reaksiya

Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerlə�

arrow Ətraflı
Reha Muhtarın son görüntüsü sevənlərini üzdü  FOTOlar like
  • 24 Okt 11:27  
Şou-biznes Reha Muhtarın son görüntüsü sevənlərini üzdü FOTOlar

İki ay əvvəl evində yıxılaraq beyin qanaması keçirən və iki dəfə int

arrow Ətraflı