Bakıya görə narahat olanlar
Siyasət 24 Okt 2024 11:55:00 122 0
İş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmit Avropa Parlamentində müzakirələr zamanı Azərbaycan əleyhinə qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanat səsləndirib. Onun dediyinə görə guya Azərbaycan vətəndaşları arasında siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edillənlər var. Aydın məsələdir ki, onun bəyanatı həqiqətdən uzaqdır və qərəzli mövqe daşıyır. Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan reallıqdan tamamilə uzaq bu bəyanat Azərbaycanın daxili işlərinə qarışmaqdan başqa bir şey deyil. Xüsusilə, COP29-a sayılı günlərin qaldığı dövrdə bu tip bəyanatların səsləndirilməsinin məqsədinin qarayaxma olduğu aşkar görünür.
Bu xəbəri də oxu: İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Nikolas Şmit kimdir?
Nikolas Şmit Avropa İttifaqının iş yerləri və sosial hüquqlar üzrə komissarıdır. O, 2019-cu ildən bu vəzifədədir və əsas fəaliyyəti Avropada məşğulluq, sosial müdafiə, işçilərin hüquqları və ədalətli əmək bazarının təmin olunması ilə bağlıdır. Nikolas Şmit Avropa İttifaqının Sosial Hüquqlar Sütununun icrasına nəzarət edir. O, 1953-cü ildə doğulub və Lüksemburq siyasətində uzun müddət çalışıb. Avropa Komissiyasına təyin olunmazdan əvvəl Lüksemburqda əmək, məşğulluq və sosial iqtisadiyyat naziri kimi fəaliyyət göstərib.
Rəsmi Bakının mövqeyi
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa komissarı Nikolas Şmitin Avropa Parlamentində səsləndirdiyi bəyanatlara cavab olaraq, bu iddiaların tamamilə əsassız və qərəzli olduğunu vurğulayıb. O, bu cür bəyanatların Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyini bildirib və Avropa İttifaqının, xüsusən də Avropa Xarici Fəaliyyət Xidmətinin (AXFX) yanaşmalarının uğursuz olduğunu qeyd edib.
Ayxan Hacızadə vurğulayıb ki, Azərbaycanın bəzi vətəndaşlarına qarşı irəli sürülən iddiaların siyasi motivli olması yanlış və qərəzlidir. Bununla yanaşı, Avropa İttifaqı ölkələrində baş verən insan haqları pozuntularına, o cümlədən İslamofobiya və neokolonial siyasətə diqqət çəkməyərək, bu kimi bəyanatlar vermək Avropa komissarının mənəvi haqqı olmadığını əlavə edib.
Bununla belə, Azərbaycan tərəfi Avropa İttifaqını regionda sülh və sabitliyə qarşı olan birtərəfli mövqedən imtina etməyə çağırıb.
Öz gözündəki tiri görməyib, başqasının gözündə çöp axtaranlar
Aİ-də uzun müddətdir ki, islamafobiya, ifrat sağçılıq, turkofobiya hökm sürür. Xüsusilə, qədim dövrdə kök salan islamofobiya Avropada son illərdə daha da aktuallaşan bir problemə çevrilib. Bu, İslam dini və müsəlmanlara qarşı mənfi münasibətlərin, ayrı-seçkiliyin, şiddətin və nifrət nitqinin artması ilə müşahidə olunur. İslamofobiyanın kökləri əsasən tarixi və siyasi amillərlə əlaqədardır, lakin son illərdə miqrasiya böhranı, terror hücumları və bəzi siyasi partiyaların populist ritorikası bu məsələyə diqqəti daha da artırır.
Avropada islamofobiyanın əsas təzahür formalarından biri sosial və iqtisadi diskriminasiya, xüsusən də işəgötürmədə və ictimai yerlərdə baş verən ayrı-seçkilikdir. Müsəlman qadınların hicab və ya digər dini geyimlərə görə hədəfə alınması da geniş yayılmışdır. Bəzi ölkələrdə, o cümlədən Fransa və Belçikada, dini simvolların ictimai yerlərdə istifadəsi məhdudlaşdırılıb, bu da çox vaxt müsəlman qadınlara təsir göstərir.
Avropada islamofobiyanın yayılmasına təsir edən amillərdən biri də bəzi media orqanlarının və siyasi fiqurların İslam dini ilə ekstremizmi eyniləşdirməsidir, bu da cəmiyyətdə yanlış təsəvvürlər yaradır və nifrət cinayətlərinin artmasına səbəb olur.
Avropada neokolonial siyasət
Avropada neokolonial siyasət 20-ci əsrin ortalarından etibarən müstəqillik qazanan ölkələrin iqtisadi, siyasi və mədəni asılılığını davam etdirən bir strategiyadır. Bu siyasət Avropa dövlətlərinin keçmiş müstəmləkələrindəki təsirini saxlamağa və ya bərpa etməyə çalışdığı bir sistemdir. Neokolonial siyasət özünü iqtisadi asılılıq, siyasi müdaxilə, mədəni təsir, beynəlxalq təşkilatlar və resursların istismarında göstərir.
Avropa ölkələri inkişaf etməkdə olan ölkələrdə resursların istismarını davam etdirərək qeyri-bərabər ticarət əlaqələri yaradır. Bəzi ölkələrdə siyasi maraqları qorumaq üçün seçkilərə müdaxilə edirlər. Eyni zamanda, Avropanın dəyərləri və həyat tərzi, yerli mədəniyyətləri dəyişdirir. Ümumilikdə neokolonial siyasət, global ədalətsizliyin davam etməsinə və inkişaf etməkdə olan ölkələrin müstəqil inkişafını çətinləşdirməsinə səbəb olur.
Dünya Avropa Parlamentindəki korrupsiya əməllərini görür. Azərbaycana qarşı çıxış edənlərin çoxu erməni lobbisi tərəfindən maliyyələşdirilir. Bunun Ermənistan hökumətinin piar kampaniyasının bir hissəsi olduğu gün kimi ortadadır.
İslam Son.az
Hadisə Ramana ərazisində baş verib.
Türkiyədə öldürülən 8 yaşlı Narin Güranın ölmıədən 1 saat öncək
Bakıda sərnişinlər metronun "Memar Əcəmi" stansiyası ilə Masaz
Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerlə�
İki ay əvvəl evində yıxılaraq beyin qanaması keçirən və iki dəfə int
Ukraynadakı döyüşlərin ən geci 2025-ci ilin ortalarında bitəcəyini göz
Aktyor Hikmət Rəhimov sosial media hesabındakı paylaşımı ilə diqqət ç�
"Atam dünən axşamtərəfi insult keçirib. Hazırda reanimasiyadadır. O
Ankarada törədilən terror aktında həlak olan 5 TUSAŞ əməkdaşının kiml
Azərbaycanda minik avtomobilinin sahibinin ünvanına 47 min manata yaxın cər
Ankarada törədilən terror aktında şəhid olan 5 TUSAŞ əməkdaşının ki
Xəbər verdiyimiz kimi, Sabunçu rayonunda yağış suları ilə dolmuş tuneld
Çində pikapa çevriləbilən "Changan Nevo E07" krossoveri təqdim e
Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror a