Sistem dəfələrlə artıq yüklənib Rəsmi açıqlama
Digərləri 22 Okt 2024 13:42:00 128 0
Yağıntıların başladığı vaxtdan müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (ADSEA) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu xəbəri də oxu: Türkiyədə terrora cəhd edən şəxs həbs olundu
Bu barədə APA-ya açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.
"Məlum olduğu kimi bir neçə gündür ki, ölkə ərazisində intentiv yağışlı hava şəraiti müşahidə edilir. Yağıntıların başladığı vaxtdan müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər", - Ceyhun Musaoğlu qeyd edib.
Onun sözlərinə görə, ADSEA-nın rəhbərliyi və əməkdaşları, xüsusilə rayonlar üzrə sukanal idarələrinin rəhbərləri, ümumilikdə bütün işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işləri icra edirlər.
"Yağıntıların normadan dəfələrlə artıq olması müəyyən fəsadlar yaratsa da, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaranmış problemlərin aradan qaldırılması və əhalinin üzləşdiyi yağışın səbəb olduğu fəsadların minimuma endirilməsi üçün nəzərədə tutulan bütün tədbirləri sistematik və operativ formada həyata keçirir", - Ceyhun Musaoğlu vurğulayıb.
O əlavə edib ki, "Bakı şəhərinin baş planı - 2040" sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.
"Hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur. Lakin yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin", - mətbuat katıibi bildirib.
Əlavə olaraq qeyd edək ki, sinoptiklərin 22 oktyabr saat 9:00-a olan məlumatına görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir.
Göygöl rayonunda çay kənarında meyiti tapılan qadının kimliyi müəyyən
"Ömrünü Türkiyə Cumhuriyyətinə sui-qəsdə həsr edən vətən xaini
Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.
Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülmə
Xalq artisti Fatma Mahmudova ilə "Elgizlə izlə" proqramında eksper
Bəzi bürclər daxil olduqları yerdə diqqəti çəkir və asanlıqla dostluq
Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normad
İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şərai
Oktyabrın 22-si saat 11:00-a olan məlumata əsasən Lerik rayonunun Rvarud kə
Aparıcı Aytən Səfərova səhər saatlarında işə gedərkən yaşadığı �
Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüs
Lənkəranda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nurə
Bir qrup partiya hesabat vermir. Qanunvericilikdə var ki, partiya hesabat vermi