İranın nüvə bombasından güclü silahı
Digərləri 20 Okt 2024 09:51:00 123 0
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu xəbəri də oxu: İnsanların ən böyük peşmanlıqları
Son.az xəbər verir ki, budəfəki buraxılışda nüvə silahından daha güclü olan silahlardan bəhs olunub.
Qeyd olunub ki, açıq mənbələrdə uran-plutonium əsaslı nüvə silahından daha güclü silahların mövcudluğu inkar edilmir.
Hərçənd ki, onların özlərinin də nüvə silahı sayılıb-sayılmadığı birmənalı deyil.
Bu baxımdan diqqətçəkən ilk silah hidrogen bombalarıdır. Başqa deyimlə termonüvə silahı kimi də tanınan hidrogen bombaları uran-plutonium əsaslı nüvə silahları ilə eyni dağıdıcı amillərə malik olmaqla onlardan daha böyük potensial partlayış gücünə sahibdir.
Hidrogen bombasının dağıdıcı gücü yüngül elementlərin daha ağır elementlərə nüvə sintezi reaksiyasından ayrılan enerjidən istifadə edilməsinə əsaslanır.
Standart nüvə silahından daha güclü silah kimi 1956-1961-ci illərdə keçmiş Sovetlər Birliyində hazırlanan "Çar bomba" adlandırılan "AN602" aviasiya bombası da olduqca məşhurdur.
Adıçəkilən bomba indiyədək bəşər tarixində istehsal olunan ən güclü partlayıcı qurğudur və sınaqdan keçirilən ən güclü termobarik qurğu kimi "Ginnesin rekordlar kitabı"na daxil edilib.
ABŞ Silahlı Qüvvələrinin arsenalında olan "Massive Ordnance Air Blast" (MOAB) bombası da öz növbəsində bütün bombaların "anası" adlanır. 2003-cü ildə ilk dəfə sınaqdan keçirilən bu bomba yarandığı dövrdə Amerika arsenalında ən güclü qeyri-nüvə silahı hesab olunub.
Adi nüvə silahından daha güclü silahlar sırasına həmçinin "Cobalt" bombaları da aid edilir.
Bu bombalar nisbətən zəif nüvə partlayışı ilə belə ərazinin güclü radioaktiv çirklənməsinə səbəb olan nüvə silahının nəzəri modifikasiyasıdır. "Cobalt" bombasının əsas məhvedici amili qurbanlarının xarici və daxili şüalanması və onun radiasiya xəstəliyindən sonrakı ölümüdür.
1950-ci ildə Amerikalı fizik Leo Szilard tərəfindən irəli sürülən "Cobalt" bombası ideyası bütün dünyanı dağıda bilmə potensialına görə "Qiyamət günü" maşını kimi də tarixə düşüb. Bu silahın əsas özəlliyi onun daşınmasına ehtiyac qalmamasıdır. Yəni bu bombaya sahib ölkə onu sadəcə öz ərazisində partlatmaqla bütün dünyanı məhv edə bilər. Rəsmi olaraq "Cobalt" bombası hələlik istehsal edilməmiş silah sayılır.
Xalq artisti Aygün Kazımova yeni fotosessiyası ilə gündəmə gəlib.
Rusiyanın Tula vilayətinin Demidovka kəndində fərdi evdə yanğın nəticə
HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar 18 gün boyunca Qəzza zolağı
2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı, şəhid polkov
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 20-də peşəkar mühasib sertifik
"Verilişimiz ATV kanalında yayımlanır. Bizə dəstək üçün müraciə
Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 18-də Çin Xalq Azadlı
İncə korpusa malik olan gələcək "iPhone 17 Slim"in ilk detalları
Xalq artisti Cəfər Namiq Kamal gələn il 75 yaşını qeyd edəcək. Artıq 5
Rusiyanın Xalq artisti Aleksandr Pankratov-Çerni əl barmaqlarını hərəkət
İsrail qırıcıları Beyrutun cənubuna, Hizbullahın obyektlərinin yerləşd
Bu da 3-cü dəfə evlənən Azərin AİLƏSİ - FOTOAparıcı Azər İsmayılov
"Alkoqolizmin ilk əlamətləri ölçü hissinin itməsidir".
Gələcək müharibələr nadir metal yataqları və su ehtiyatları uğrunda ap