Sinvar belə öldürülüb: 18 gün...
Dünya 20 Okt 2024 09:23:00 131 0
HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar 18 gün boyunca Qəzza zolağında İsrail hərbçilərinə qarşı döyüşlərdə birbaşa iştirak edib.
Bu xəbəri də oxu: Bayden nə danışdı, özü də bilmədi
Son.az axar.az-a istinadən bildirir ki, bu barədə "Türkiye" qəzeti hərəkatdakı mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, avqust ayında Siyasi Büroya rəhbərliyə başlayandan sonra ona döyüşdə birbaşa iştirak etməkdən çəkinmək tövsiyə olunub:
"Ancaq o, döyüş meydanından kənarda olmaq istəmirdi, döyüşdə ölmək istəyirdi. O, 18 gün ərzində Rəfahda İsrailə qarşı vuruşdu. Öldüyü gün də dörd yoldaşı ilə birgə döyüşürdü, döyüş iki saata yaxın davam etdi".
Onun ehtimalına görə, yoldaşları İsrail əsgərlərini yayındırmaq və zərbəni öz üzərlərinə çəkmək üçün atəş aça-aça fərqli istiqamətə gediblər, ona görə də Sinvar öldürülərkən, tək olub (onunla döyüşən yoldaşlarının da hamısı ölüb - red.).
Mənbə vurğulayıb ki, hərəkat Sinvarın ölümündən sonra fəaliyyət üçün yol xəritəsi hazırlayır.
Qeyd edək ki, Yəhya Sinvar 16 oktyabrda İsrail ordusunun planlaşdırmadığı əməliyyatda öldürülüb. Belə ki, İsrail əsgərləri Rəfahda (Tel-Sultan ərazisində) təsadüfən HƏMAS üzvləri ilə qarşılaşıblar və atışma başlayıb. Daha sonra atəşin gəldiyi yer tank mərmisi ilə vurulub. PUA isə mərminin dağıtdığı binada Yəhya Sinvarın yaralı halda olduğunu aşkarlayıb və İsrail snayperi onu başından vuraraq öldürüb.
İsrail Sinvarın öldüyünü 17 oktyabrda təsdiqləyib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı, şəhid polkov
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 20-də peşəkar mühasib sertifik
"Verilişimiz ATV kanalında yayımlanır. Bizə dəstək üçün müraciə
Çin Xalq Respublikasının sədri Si Cinpin oktyabrın 18-də Çin Xalq Azadlı
İncə korpusa malik olan gələcək "iPhone 17 Slim"in ilk detalları
Xalq artisti Cəfər Namiq Kamal gələn il 75 yaşını qeyd edəcək. Artıq 5
Rusiyanın Xalq artisti Aleksandr Pankratov-Çerni əl barmaqlarını hərəkət
İsrail qırıcıları Beyrutun cənubuna, Hizbullahın obyektlərinin yerləşd
Bu da 3-cü dəfə evlənən Azərin AİLƏSİ - FOTOAparıcı Azər İsmayılov
"Alkoqolizmin ilk əlamətləri ölçü hissinin itməsidir".
Gələcək müharibələr nadir metal yataqları və su ehtiyatları uğrunda ap
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu El
"İndi toydalarda "ana, ölürəm sənin üçün, gəlim qəbrinə. At
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, (UNDP) eləcə d�