Dünyadakı yoxsulların sayı AÇIQLANDI
Dünya 20 Okt 2024 07:07:00 111 0
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, (UNDP) eləcə də Britaniyanın Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsünün (OPHI) ekspertləri dünya üzrə yoxsul insanların sayını hesablayıblar. Araşdırma OPHI-nin rəsmi saytında dərc edilib.
Bu xəbəri də oxu: Xəstəxanada dəhşətli hadisə: Xəstənin gözləri
Son.az lent.az-a istinadən xəbər verir ki, hesabata görə, dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır. Üstəlik, onların 40%-i (455 milyon nəfər) müharibələr, qeyri-sabitlik və yaxud sülhün aşağı səviyyədə olduğu ölkələrdə yaşayır.
Aşkar olunub ki, yoxsulluq səviyyəsi münaqişələrdən təsirlənən ərazilərdə daha yüksəkdir. Müharibə şəraitində olan ölkələrdə hər üç nəfərdən biri yoxsuldur (34,8%). Münaqişədən təsirlənməyən ölkələrdə isə hər doqquz nəfərdən biri kasıbdır (10,9%).
Alimlər əlavə edib ki, 1,1 milyard yoxsul əhalinin yarısından çoxu 18 yaşa qədər uşaqlardır (584 milyon). Böyüklərin 13,5%-i ilə müqayisədə yoxsulluq içində yaşayır.
Bundan əlavə, yoxsulların böyük əksəriyyətinin kanalizasiya sistemi (828 milyon), mənzil (886 milyon) və ya yemək bişirmək üçün enerjisi (998 milyon) yoxdur.
Dünyaca məşhur italyan müğənni-aktrisa Sofi Lorenin oğlu, dirijor Karlo P
Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-
Kazım Sübhan aparıcısı olduğu "Özəl" verilişində müğənni
Yaşlandıqca, ürək-damar xəstəlikləri, artrit və xərçəng kimi xəstəl
Marqareta Hertruda Zelledə anadan olan Mata Hari 20-ci əsrin ən məşhur qad�
"Qırmızı planetin fotoşəkillərində ayı, göbələk, döyüşçü, q
Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yar
Sirkə bizim ev təsərrüfatlarımıza bir çox cəhətdən xidmət edən heyr�
Meksikanın qədim Teotihuakan xarabalıqları yaxınlığında tapılmış, di�
Əncir tərkibində olan kalium, kalsium, antioksidantlar, A, E və K vitaminlə
Son.az kulis.az-a istinadla Əməkdar artist Hicran Mehbalıyeva haqqında maraq
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlum
Tekirdağ Namık Kamal Universiteti (NKÜ) Tibb Fakültəsinin professoru Sibel
Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"