Baydenin biabırçı mirası uzun illər ABŞnin üzərində damğa olacaq


Dünya 19 Okt 2024 15:31:00 134 0

Baydenin biabırçı mirası uzun illər ABŞnin üzərində damğa olacaq

"Washington Post" nəşrində 16 oktyabr tarixində dərc olunmuş "Daha bir nəhəng iqlim konfransı despotik rejimə kömək edir" başlıqlı məqalədə Azərbaycana qarşı yalan, şər və böhtan xarakterli iddialar səsləndirilib. Bu iddialara cavab xarakteri daşıyan hazırkı məqalədə ABŞ-nin özünün despotik, qaniçən simasını nümayiş etdirmək, onun Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının arxasında hansı səbəblərin dayandığını göstərəcəyik.

İlk növbədə qeyd olunmalıdır ki, ABŞ 2020-ci ilədək qismən örtülü apardığı ermənipərəst siyasətini Azərbaycanın Vətən müharibəsində qələbəsindən və öz ərazi bütövlüyünü bərpa etdikdən sonra aşkar formada və daha böyük hücumlarla həyata keçirməyə başlayıb. Antiazərbaycançı savaşın əsas səngəri isə onun mediası, xüsusən də Ağ Evin xidmətində olan "Washington Post" nəşridir. Demokrat Partiyasının ruporu, təzyiq aləti olan, onların yalanlarını, şər və təhqirlərini yayan bu nəşr barədə ancaq mənfiyönümlü məlumatlara rast gəlinir. ABŞ-nin sabiq prezidenti D.Trampdan tutmuş bu ölkənin senator, konqresmen, qubernatorunadək minlərlə insan "Washington Post"u feyk xəbərlərin mənbəyi hesab edir.

Yalan, təhqir, dezinformasiya materialları çap etməkdə ixtisaslaşan "Washington Post"da bu tipli sifarişli yazılar adətən ABŞ Dövlət Departamentində hazırlanır. Elə bu yaxınlarda 60 konqresmenin adından Dövlət katibi Blinkenə ünvanlanmış müraciət də Dövlət Departamentinin hazırlayıb özü-özünə göndərdiyi müraciətdir. Bu məqalələr, müraciətlər COP29 ərəfəsində ABŞ-nin Azərbaycana qarşı açdığı informasiya müharibəsinin tərkib hissəsidir.

Məqalənin qısa şərhini verək. "Washington Post"un hədəfində həm Azərbaycan dövləti, həm də beynəlxalq ictimaiyyət var.

Azərbaycan nədə ittiham olunur?

"Dağlıq Qarabağ anklavını ələ keçirərək, etnik erməni əhalisini öz yurdlarından didərgin salmaqda"...

"Dağlıq Qarabağda ermənilərin hüquqi, siyasi və mülki institutlarını məhv etməkdə"...

"ABŞ-nin 60 konqresmeninin etnik ermənilərin, girovların və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsi çağırışını "iyrənc" adlandırmaqda"...

"23 tanınmış erməni siyasi xadimini Azərbaycanda hələ də həbsdə saxlamaqda"...

"Bütün tələblərə baxmayaraq, R.Vardanyanı həbsdən azad etməməkdə"...

Bir sözlə, əsas sual odur ki, nəyə görə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu, Ağ Evi, Dövlət Departamentini o qədər qıcıqlandırır və narahat edir ki, açıq düşmənçilik nümayiş etdirməkdən belə çəkinmirlər.

Azərbaycana qarşı bu tipli yazıları sifariş verən digər mənbə erməni lobbisidir. Məsələn, dünya üzrə müxtəlif təsisatlarda olduğu kimi, "Washington Post"un redaksiyasında da xeyli erməni jurnalist çalışır. Onlardan biri David İqnatius vaxtilə Davosda Türkiyə Prezidenti R.T.Ərdoğan və İsrail Prezidenti Ş.Peres arasında qarşıdurmanı alovlandıran şəxs kimi yaddaşlarda qalıb.

Azərbaycana qarşı şər kampaniyasında bir-birini tamamlayan maraqlar şəbəkəsində hazırda Azərbaycanda həbsdə olan R.Vardanyan ailəsinin də xüsusi yeri var. Bayden administrasiyasının, Demokrat Partiyasının sevimli simalarından olan USAID-in rəhbəri Samanta Pauer həm də separatçı və cinayətkar Ruben Vardanyanın təəssübkeşlərindən biridir. B.Obamanın ilk prezidentlik dövründə işindən qovulan və himayədarı Ruben Vardanyan tərəfindən həmtəsisçisi olduğu "Avrora" humanitar fondunun münsiflər heyətinə seçilən Samanta Pauer daim erməni lobbisinin təsirində olub. Uzun müddət İrəvanda yaşayan bu adam daim beynəlxalq tədbirlərdə saxta "erməni soyqırımı"nı təbliğ edib. Missiyası "Amerika xalqından dünyaya yardım" kimi bəyan edilən USAID son bir neçə ildə Ermənistana təxminən 3.3 milyard dollar ayırıb və hazırda 22 layihə üzrə dəstək davam edir.

Ruben Vardanyanın biznes ortağı, "Avrora" fondunun təsisçilərindən olan erməni milyarder Nubar Afeyan da erməni diasporunu Azərbaycana qarşı fəaliyyətə səfərbər edən şəxslərdən biridir. Nə "təsadüf"dürsə, bu şəxsin də rəhbərlik etdiyi "Moderna" şirkəti vasitəsilə "Washington Post"la uzun illərə söykənən əməkdaşlığı var. Nubar Afeyan özü etiraf edir ki, BMT nümayəndələri ilə görüşərək, onlardan COP29-un təxirə salınmasını istəyib. Həmçinin onu da gizlətmir ki, xeyli jurnalist və hüquq müdafiəçisinin COP29-a qatılmasına mane olmaq üçün vəsait xərcləyir.

Əlbəttə, "Washington Post"un cəfəng boşboğazlığına əhəmiyyət verməmək də olardı. Ancaq məsələnin maraqlı tərəfi odur ki, bu gün bütün dünya ABŞ-nin siyasətini qınadığı, bu ölkədə keçirilən seçki prosesi planetin hər bir yerində parodiya mənbəyinə çevrildiyi, prezident Bayden isə öz sərgüzəştləri ilə dillər əzbəri olduğu bir zamanda onlar "şüşəli evdə" oturub gələn-gedənə daş atmaqda davam edirlər.

Baydendən soruşulsa, bəlkə də Azərbaycan adlı dövlətin mövcudluğunu da xatırlamaz. Nəinki dövlətinin siyasətini, heç atdığı addımı da özü müəyyənləşdirmir. Onun qoluna girirlər, "iki addım sağa, bir addım sola dön, bu kağızdakı sözləri oxu" deyirlər. Onu L.Brejnevə bənzətmək istəsək, böyük ədalətsizlik olar. Leonid İliç hər halda amerikalı həmkarından daha canlı, daha sağlam, daha ağlıbaşında idi.

4 illik prezidentlik dövrünün 2 ilini okean sahillərində istirahətdə keçirən Bayden digər 2 ilini də dünyanı qarışdırmağa sərf edib. Tarixin onun anlaqsızlığını, hava ilə salamlaşdığını necə xatırlayacağını indidən demək olmaz, ancaq ölkələri və xalqları məhvə sürükləyən qaniçən siyasəti, despotik addımları heç zaman unudulmayacaq. Baydenin adı ilə bağlı olan biabırçı miras hələ uzun illər Amerikanı təqib edəcək və onun üçün rəzil damğaya çevriləcək.

Əli İraqda, Liviyada, Suriyada və digər qaynar bölgələrdə axan qana batan Bayden bu gün Qəzzada, Livanda baş verənlərin əsas məsul şəxsidir. O və administrasiyası müxtəlif ölkələrdə vətəndaş qarşıdurması yaradıb, minlərlə insanın həyatına son qoyub, ölkələri dağıdıb, sonra Əfqanıstanda olduğu kimi, taleyin ümidinə buraxıb qaçıblar. Əhalisinin yarıdan çoxunun miqranta çevrildiyi, həlak olduğu Ukrayna dövlətini və xalqını məhvə sürükləyən də məhz Bayden və onun administrasiyasıdır. Yəqin ki, bir neçə ay sonra Ukraynanı da Əfqanıstan kimi taleyin ümidinə buraxıb qaçacaqlar.

Bəs Bayden necə oldu ki, prezident seçildi? ABŞ "demokratiyası"nın və "ədalətli seçki təcrübəsi"nin onilliklərə əsaslanan bu "nailiyyətini" sonuncu dəfə 4 il öncə gördük. Səsvermə məntəqələrində, seçici bülletenlərində qalib gələn D.Tramp poçtla göndərilən, mənşəyi və mənbəyi naməlum "səs"lərlə məğlub edildi. ABŞ-nin son üç onillikdə ən böyük iqtisadi artımına nail olan və kifayət qədər böyük elektorat qazanmış namizəd öz vətəndaşları tərəfindən "sarsaq qoca" adlandırılan siyasi marionetə uduzduruldu.

Dünyanın ən qalmaqallı seçki qaydalarına və ən qaranlıq seçki təcrübəsinə malik ABŞ-də əsas kimin səs verməsi deyil, əsas məsələ sistemin qutusundan kimin çıxmasıdır. ABŞ "demokratiya"sı məhz budur.

ABŞ-nin idarəçilik sistemi indi "arzuedilməz namizəd"in siyasi nüfuzunu yox, birbaşa həyatını hədəfə götürüb. İnformasiya terroru, bütün hüquq sisteminin hücumu, ard-arda məhkəmələr fayda vermədi və sonda fiziki terror vasitələri işə düşdü. D.Tramp ona qarşı törədilən hər üç terror cəhdinin arxasında Ağ Evin qara planlarının dayandığını bildirir və bunu faktlarla sübut edir. Kosmosdan Marian çökəkliyinədək hər yeri nəzarətdə saxlayan ABŞ-nin təhlükəsizlik strukturlarının, istintaq orqanlarının iki ay ərzində törədilən 3 terror hadisəsinin sifarişçilərini hələ də "müəyyənləşdirə" bilməməsi Trampın ehtimallarının real fakt olduğunu təsdiqləyir. Üstəlik, birinci sui-qəsddən sonra ABŞ Məxfi Xidmətinin rəhbəri xanım Kimberli Çitlin Nümayəndələr palatasının Nəzarət Komitəsinin keçirdiyi dinləmələrdə müəmmalı çıxışından sonra qanunvericilərin onu istefaya çağırması və xanımın növbəti gün istefa verməsi məsələnin arxasında çox ciddi məqamların durduğunu deməyə tam əsas yaradır.

ABŞ-də seçkiləri nə qədər saxtalaşdırsalar da, Baydenlə qələbənin mümkünsüzlüyünü anlayan sistem ortaya Kamala Harrisi çıxarmaqla "saray çevrilişi"ndən belə çəkinmədi. Harris partiyadaxili ilkin seçkidə belə iştirak etmədi, bu prosesə qatılsaydı, yəqin, heç ilk beşliyə belə düşməyəcəkdi.

Azərbaycana qarşı hücumların əsas mövzularından biri də COP29-la bağlıdır. Bakı məlum sammitə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının üzvü olan 198 ölkənin rəyi ilə, elə ABŞ-nin da öz razılığı ilə ev sahibliyi edəcək. Bir neçə gün öncə ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanın Prezident İlham Əliyevin qəbulunda olarkən Azərbaycanın COP29-a hazırlığını yüksək qiymətləndirmişdi və qeyd etmişdi ki, hazırlıq üçün vaxtın az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilir.

İstənilən ölkəyə, şirkətə, şəxsə qarşı çirkin qarayaxma kampaniyasında öndə gedən "Washington Post" isə hesab edir ki, Azərbaycan neft ölkəsi olduğundan, iqlimə, ətraf mühitə zərər verdiyindən COP-a ev sahibliyi edə bilməz. Bu gülünc iddianın maraqlı məqamı ondan ibarətdir ki, bunu neft və qaz hasilatını günü-gündən genişləndirən, iqlimi ən çox çirkləndirən, amma bu problemin həllinə ən az vəsait ayıran dövlətin əsas ruporu səsləndirir.

Faktlara nəzər salaq. Ötən il ABŞ gündə 13.1-13.3 milyon barel neft hasil edib. Nəzərə alsaq ki, bu ölkə qaz hasilatı sahəsində dünyada lider mövqelərdədir, onun ekologiyanın çirkləndirilməsi və qlobal istiləşmədə nə dərəcədə yüksək payı olduğu aydın görünür. 2023-cü ildə ABŞ 86 milyon ton sıxlaşdırılmış qaz ixrac edib ki, bu da onun dünyada 1-ci yerdə qərarlaşdığını göstərir. İstər OPEC, istərsə də bp kimi enerji nəhənglərinin araşdırmalarında Amerika təbii qaz hasilatı sahəsində neçə illərdir siyahıya liderlik edir. 2024-cü ilin məlumatına görə, Azərbaycanın karbohidrogen hasilatından dünya üzrə karbon emissiyası cəmi 0.01 faizdir. ABŞ-də isə karbon emissiyası ümumdünya göstəricisinin 14.4 faizini təşkil edir. ABŞ 27 Avropa İttifaqı ölkəsindən (cəmi 4.9 faiz) 3 dəfə çox karbon emissiya edir. ABŞ ekologiyaya Azərbaycandan 1440 dəfə çox ziyan vurur!

İndi Azərbaycana qarşı belə hədsiz ittiham səsləndirmək, əlbəttə ki, nadanın həyasız cəsarətidir! Ümumiyyətlə, ABŞ ekologiya, eləcə də demokratiya, insan hüquqları baxımından Azərbaycana irad bildirəcək, yaxud məsləhət verəcək ən sonuncu ölkədir!

Azərbaycanın ev sahibliyi etdiyi bütün mühüm tədbirlər - "Avroviziya", Avropa Oyunları, İslam Oyunları, "Formula-1" yarışları ərəfəsində də şər, böhtan kampaniyaları həyata keçirilib, amma onların heç bir təsiri olmayıb. Necə ki, bu rəzil isterikanın da heç bir təsiri olmayacaq. Azərbaycan COP29-a layiqli ev sahibliyi edərək onunla düşmənçilik edənlərə növbəti dəfə gözdağı verəcək.

Təəssüf ki, Bayden administrasiyası diqqəti ölkəsinin problemlərinin həllinə, siyasi terrorun qarşısının alınmasına, demokratik seçkinin keçirilməsinə yönəltməkdənsə, dünyanı qarışdırmağa, ölkələri qan içində boğmağa üstünlük verir, əli çatmayan Azərbaycan kimi ölkələri də informasiya müharibəsinin hədəfinə çevirir.

Görünür, ABŞ administrasiyası, hakimiyyət dairələri reallıq hissini tam itirib, Bayden sayıqlığını itirdiyi kimi... ABŞ-nin görməzdən gəldiyi reallıq odur ki, Azərbaycan COP29 vasitəsilə dünyaya onun böyük ehtiyac duyduğu sülh və əməkdaşlıq mesajı verir. Artıq dünya ABŞ-nin maneələrinə rəğmən bu mesajı böyük hörmət və minnətdarlıqla alır!

ABŞ vətəndaşları isə sabahları ilə bağlı son sözü noyabrın 5-də bildirəcəklər. Ya hamının dostu olacaq güclü dövləti, yaxud hamının düşməni olan "jandarm ölkə"ni seçəcəklər.

"Azərbaycan" qəzeti

Xatirədən ailəsi ilə bağlı qadağa like
  • 19 Okt 15:14  
Şou-biznes Xatirədən ailəsi ilə bağlı qadağa

Müğənni Xatirə İslam aparıcılara qadağa qoyub. 

arrow Ətraflı
Pandemiya qaçılmazdır: Bəşəriyyəti təhdid edən infeksiyalar AÇIQLANDI like
  • 19 Okt 14:55  
Digərləri Pandemiya qaçılmazdır: Bəşəriyyəti təhdid edən infeksiyalar AÇIQLANDI

Alimlər deyirlər ki, dünya növbəti pandemiyaya hazır deyil.

arrow Ətraflı
Aşiq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi davam edir  FOTO like
  • 19 Okt 14:49  
Kriminal Aşiq Molla Cüməyə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi davam edir FOTO

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşı

arrow Ətraflı
Naxçıvanda "yaşıl enerji" istehsalı üçün 8 min hektara yaxın ərazi ayrılıb like
  • 19 Okt 14:41  
Digərləri Naxçıvanda "yaşıl enerji" istehsalı üçün 8 min hektara yaxın ərazi ayrılıb

Naxçıvanda "yaşıl enerji"nin layihələndirilməsi üçün 8 000 h

arrow Ətraflı
Bakıda qanunsuz tikilmiş evin altından keçən su kollektoru sıradan çıxdı like
  • 19 Okt 14:25  
Digərləri Bakıda qanunsuz tikilmiş evin altından keçən su kollektoru sıradan çıxdı

Bakıda üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fə

arrow Ətraflı
Qadınlar və kişilər ağrıları müxtəlif yollarla aradan qaldırır – like
  • 19 Okt 14:19  
Digərləri Qadınlar və kişilər ağrıları müxtəlif yollarla aradan qaldırır –

ABŞ-dan olan tədqiqatçılar kişi və qadınların ağrıları müxtəlif yol

arrow Ətraflı
Ölən müəllimənin həyat yoldaşı paylaşımı ilə hər kəsi kövrəltdi like
  • 19 Okt 14:13  
Digərləri Ölən müəllimənin həyat yoldaşı paylaşımı ilə hər kəsi kövrəltdi

Xəbər veridyimiz kimi, Xırdalan şəhər 2 sayılı tam orta məktəbin mü�

arrow Ətraflı
Yeni “Samsung” telefonu 6 il müddətinə yenilənəcək like
  • 19 Okt 14:05  
Digərləri Yeni “Samsung” telefonu 6 il müddətinə yenilənəcək

"Samsung" şirkəti növbəti büdcə baxımından ucuz olan "Gal

arrow Ətraflı
Paytaxtda ağacəkmə aksiyası keçirildi like
  • 19 Okt 13:53  
Digərləri Paytaxtda ağacəkmə aksiyası keçirildi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024

arrow Ətraflı
"28 May" metro stansiyasının yaxınlığındakı yolda CİDDİ DƏYİŞİKLİK like
  • 19 Okt 13:45  
Digərləri "28 May" metro stansiyasının yaxınlığındakı yolda CİDDİ DƏYİŞİKLİK

"28 May" metro stansiyasının yaxınlığında hab istifadəyə veril

arrow Ətraflı
Şəkər xəstələrinin süfrəsində olması lazım olan like
  • 19 Okt 13:19  
Digərləri Şəkər xəstələrinin süfrəsində olması lazım olan

Şəkərli diabet və qan şəkərinin səviyyəsi ilə bağlı digər xəstəli

arrow Ətraflı
Kredit götürmək istəyənlərin nəzərinə like
  • 19 Okt 13:11  
Digərləri Kredit götürmək istəyənlərin nəzərinə

Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdır

arrow Ətraflı