Bakıda COP29la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır
Digərləri 19 Okt 2024 12:15:00 199 0
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.
Bu xəbəri də oxu: Həftəsonu evdə görəcəyiniz 3 maraqlı İŞ
COP29 Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib. Qeyd edək ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.
Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.
Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Ta
Manipulyasiya olunduğunu müəyyən etmək üçün aşağıdakı əlamətlərə
İsrailin baş naziri Benyamin Netanyahunun evinə PUA hücumu olub.
Hər kəs sağlam olmaq istəyir. Bu bürclər isə sağlamlığı ilə diqqət
COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin (UDAC) açıl
Xalq artisti Flora Kərimova "Rəngarəng" verilişində müğənni Af
COP29-a hazırlıqlarla bağlı əsas işlər tamamlanıb.
****** 10:41 "Nizami" - "28 May" tunel yolu mənzilində
Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş N saylı hərbi hissənin
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağ
"Babam həmmişə bizə deyirdi ki, siz oğlanlar bilin ki oxusanız da bel
Tuna ( ton ) balığı çox sevilən və ən çox züllaldı qidadır. İdmanç�
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan ABŞ-d�