COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi baxımından faydalı olacaq ŞƏRH


Digərləri 19 Okt 2024 12:22:00 107 0

COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi baxımından faydalı olacaq  ŞƏRH

COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi, eyni zamanda, xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu göstərməklə iqtisadi baxımdan son dərəcə faydalı olacaq. Digər tərəfdən bu tədbir yaşıl keçid çərçivəsində yeni layihələrin maliyyələşməsi üçün beynəlxalq maliyyə institutları ilə sıx əlaqələrin yaradılmasına, ölkəmizə qabaqcıl texnologiyaların transferinin reallaşmasına və xarici investisiya ilə yeni istehsal müəssisələrinin qurulmasına təkan verəcək.

Son.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının prezidenti, tarix elmləri üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova səsləndirib.

COP29-un Azərbaycanda keçirilməsinin iqtisadi dividentlərindən danışan QHT sədri bildirib ki, bu mötəbər tədbir ölkəmizin zəngin yaşıl enerji potensialını daha yaxşı şərtlərlə realizə edə bilməsinə də imkan yaradacaq. Son 4 ildə ölkəmizin işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini, o cümlədən innovativ texnologiyaların tətbiq edildiyini, yaşıl enerji zolaqlarının yaradıldığını, "ağıllı kənd", "ağıllı şəhər" layihələrinin reallaşdırıdığını vurğulayan QHT sədri COP29-un Azərbaycanın həyata keçirdiyi uğurlu diplomatiyanın nəticəsi olduğunu deyib. O qeyd edib: "Dünyada geosiyasi ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə Azərbaycanda COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi dünya ictimaiyyətinin dəyərli üzvlərini bir araya gətirəcək mərkəz rolunu oynamaq, iqlim maliyyəsi və enerji keçidi kimi əsas məsələlərdə ölkələr arasında ümumi dialoq yaratmaq, dünyada sülhə dəstək kimi missiyanın həyata keçirmək istiqamətində mühüm əhəmiyyət daşıyır.

N.Məmmədova hesab edir ki, bu mötəbər tədbir Azərbaycanın maraqlarının dünyada təbliği, ölkəmizin beynəlxalq aləmdə sülhün və sabitliyin inkişafına dəstək missiyasını həyata keçirməklə bir çox ölkələrlə yeni əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından da əhəmiyyətli olacaq. COP29 zamanı Azərbaycan ev sahibi ölkə olaraq dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin, sülh və təhlükəsizlik məsələlərinin həlli üçün qlobal mərkəzə çevriləcək.

Ümumiyyətlə, ekspertlər hesab edirlər, COP29 Azərbaycanın qeyri-ənənəvi enerji mənbələrindən istifadə sahəsində potensialının daha yaxşı şərtlərlə dəyərləndirilməsinə təkan verə bilər.

"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova AZƏRTAC-a açıqlamasında bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi müasir infrastrukturun daha da inkişafına, şaxələnməsinə yeni təkan verəcək. "Azərbaycan bərpaolunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisi sahəsində yetərincə geniş imkanlara malikdir. COP29 bu potensialın daha yaxşı şərtlərlə gerçəkləşdirilməsi üçün xarici yatırımları cəlb etməyə, yeni texnologiyaların ölkəmizə gətirilməsini stimullaşdırmağa kömək edəcək. İnfrastruktur layihələrinin genişləndirilməsi, tətbiqi, ümumilikdə bu sahədə inkişaf artıq müşahidə olunur".

QHT deyib ki, yaşıl gündəliyin tətbiqi, habelə maliyyə dəstəyi və texnoloji transferlərin reallaşması Azərbaycanda yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq. "Yol, nəqliyyat, hotelçilik və digər iş sahələrindəki infrastruktur layihələri yerli iqtisadiyyata, heç şübhəsiz, müsbət təsir göstərəcək. Turizm sektorunun canlanması, iş adamlarının yaranmış yeni imkanlardan faydalanaraq yeniliklərə imza atmaları, dövlət-özəl istehsal sektoru işbirliyinin qarşılıqlı faydalı əsasda inkişafı, ekoloji və iqlim diplomatiyası ümumi mənzərənin tamamlayıcı amilləri kimi çıxış edir", - deyə əlavə edib.

A.Bağırova diqqətə çatdırıb ki, belə mötəbər tədbirə ev sahibliyi ilə Azərbaycan iqlim dəyişikliyi mövzusunda təkcə davamlı xidmətləri ilə yadda qalmayacaq, həm də ekoloji məsuliyyətin artırılması ilə bağlı yeni təşəbbüslərə yol açmış olacaq. "Bu ili "Yaşıl dünya naminə həmrəylik ili" elan edən Azərbaycan yalnız COP29 günləri boyunca deyil, ilboyu yaşıl dünya mövzusuna köklənən ölkə kimi "COP atəşkəsi" təklifi irəli sürüb. Bu gerçəkləşərsə, gələcəkdə ənənəyə çevrilə bilər. Bu isə qarşıdurma tərəfləri arasında təmas nöqtələrinin tapılması, qan-qadanın heç olmasa bir müddətlik dayandırılması üçün çox önəmlidir. Necə deyərlər, bir yerdən başlamaq lazımdır. Düşünürəm ki, sülh axtarışları, müharibələrin sonlandırılması çağırışları üçün Bakıdan daha yaxşı, daha uyğun ünvan yoxdur", - deyə A.Bağırova bildirib.

Bakıda COP29la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır like
  • 19 Okt 12:15  
Digərləri Bakıda COP29la bağlı nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər aparılır

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfrans�

arrow Ətraflı
Tağı Əhmədovun vida mərasiminə hansı tanınmış şəxslər gəldi? like
  • 19 Okt 12:10  
Digərləri Tağı Əhmədovun vida mərasiminə hansı tanınmış şəxslər gəldi?

Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" QSC-nin sabiq sədri Ta

arrow Ətraflı
Manipulyasiya olunduğumu necə bilərəm? like
  • 19 Okt 11:58  
Digərləri Manipulyasiya olunduğumu necə bilərəm?

Manipulyasiya olunduğunu müəyyən etmək üçün aşağıdakı əlamətlərə

arrow Ətraflı
Netanyahunun evinə PUA hücumu olub like
  • 19 Okt 11:52  
Dünya Netanyahunun evinə PUA hücumu olub

İsrailin baş naziri Benyamin Netanyahunun evinə PUA hücumu olub.

arrow Ətraflı
Ən sağlam 3 bürc  Xəstəlik onlardan qorxur like
  • 19 Okt 11:28  
Digərləri Ən sağlam 3 bürc Xəstəlik onlardan qorxur

Hər kəs sağlam olmaq istəyir. Bu bürclər isə sağlamlığı ilə diqqət

arrow Ətraflı
Xəzərdə daha bir zəlzələ like
  • 19 Okt 11:24  
Digərləri Xəzərdə daha bir zəlzələ

Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin açılışı oldu like
  • 19 Okt 11:21  
Digərləri COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin açılışı oldu

COP29 uniformalarının paylanması və akkreditasiya mərkəzinin (UDAC) açıl

arrow Ətraflı
"Afət Fərmanqızı haqqımda beş il elə sözlər dedi ki..." like
  • 19 Okt 10:55  
Şou-biznes "Afət Fərmanqızı haqqımda beş il elə sözlər dedi ki..."

Xalq artisti Flora Kərimova "Rəngarəng" verilişində müğənni Af

arrow Ətraflı
COP29a hazırlıqlarla bağlı əsas işlər tamamlanıb like
  • 19 Okt 10:47  
Digərləri COP29a hazırlıqlarla bağlı əsas işlər tamamlanıb

COP29-a hazırlıqlarla bağlı əsas işlər tamamlanıb.

arrow Ətraflı
Qərargah rəisi azadlığa buraxılmadı, amma cəzası azaldı like
  • 19 Okt 10:30  
Digərləri Qərargah rəisi azadlığa buraxılmadı, amma cəzası azaldı

Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş N saylı hərbi hissənin

arrow Ətraflı
DYP sürücülərə müraciət etdi like
  • 19 Okt 10:19  
Digərləri DYP sürücülərə müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağ

arrow Ətraflı
Azərbaycanda ağır qəza: like
  • 19 Okt 10:12  
Digərləri Azərbaycanda ağır qəza:

Göyçayda yol qəzası baş verib.

arrow Ətraflı
“Azərbaycan kişisi hambal olmalıdır , qadını isə...” like
  • 19 Okt 10:06  
Şou-biznes “Azərbaycan kişisi hambal olmalıdır , qadını isə...”

"Babam həmmişə bizə deyirdi ki, siz oğlanlar bilin ki oxusanız da bel

arrow Ətraflı
Bu qidadan çox yedikdə baş ağrısı yaradır  Diqqət like
  • 19 Okt 10:00  
Digərləri Bu qidadan çox yedikdə baş ağrısı yaradır Diqqət

Tuna ( ton ) balığı çox sevilən və ən çox züllaldı qidadır. İdmanç�

arrow Ətraflı