İlon Mask: "Belə olsa, mən batdım"
Dünya 08 Okt 2024 18:47:00 105 0
"Əgər Donald Tramp prezident seçkisini uduzsa, mən batdım".
Bu xəbəri də oxu: Bayden nə danışdı, özü də bilmədi
Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu amerikalı milyarder, "X" sosial şəbəkəsinin sahibi İlon Mask deyib.
O, məşhur jurnalist Taker Karlsona verdiyi müsahibəsində ABŞ-də qarşıdan gələn prezident seçkisi ilə bağlı bir sıra səs-küylü bəyanat verib.
Milyarder demokratlardan namizəd Kamala Harrisi marionet adlandırıb:
"Heç kəsin Kamalanı öldürməyə çalışmadığı barədə zarafatyana paylaşım etmişdim, sonra sildim. Bununla (Kamala Harrisi öldürməklə) nəyə nail olmaq olar? Başqa bir kukla gələcək", - deyə İlon Mask bildirib.
Maskın sözlərinə görə, amerikalı milyarderlərin bir qismi demokratların namizədi Kamala Harrisi ona görə dəstəkləyir ki, Trampın qalib gələcəyi təqdirdə mərhum maliyyəçi, pedofilliyə görə məhkum edilmiş Ceffri Epşteynin müştəri siyahısının açıqlanacağından qorxurlar.
"Kamalanın arxasında duran bu milyarderlərin bəziləri belə bir nəticədən dəhşətə gəliblər", - deyə "X"in sahibi vurğulayıb.
Mask xüsusilə "LinkedIn"in qurucusu Rid Hoffman və milyarder Bill Qeyts kimi məşhur şəxslərin narahatlığını qeyd edib.
Bundan əlavə, Maskın fikrincə, Harrisin 2024-cü il seçkisində qələbəsi ABŞ tarixində son azad seçki ola bilər. Milyarder hesab edir ki, növbəti 4 il ərzində demokratlar milyonlarla qeyri-qanuni immiqranta vətəndaşlıq verməyi planlaşdırırlar. Maskın sözlərinə görə, bu miqrantlar məqsədyönlü şəkildə seçkidə tərəddüd edən ştatlara yerləşdirərək ki, gələcək bütün seçkilərdə özlərinə qələbə təmin etsinlər.
İlon Maskın özü açıq şəkildə Donald Trampın namizədliyini dəstəkləyir. Bunun əsas səbəblərindən biri ABŞ Ədliyyə Nazirliyinin Maskın "SpaceX" şirkətinə qarşı qeyri-qanuni miqrantları işə götürməkdən imtina etdiyinə görə açdığı iddia olub.
Milyarder Trampın məğlub olacağı təqdirdə demokratların onun sosial şəbəkəsini bağlamağa və həm şirkətlərini, həm də şəxsən onu məsuliyyətə cəlb etməyə cəhd edə biləcəyindən qorxur.
"Daxilən narahatam ki, əgər Tramp uduzsa, mənə qarşı hansısa qisas ola bilər. O məğlub olarsa, məni ciddi problemlər gözləyir", - deyə Mask vurğulayıb.
Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ildə yetkinlik yaşına çatmayanların cinsi istismar məqsədilə alverində ittiham olunaraq həbs edilmişdi. Onun qeyd kitabçalarında keçmiş prezident Bill Klinton və Şahzadə Endryu da daxil olmaqla bir çox nüfuzlu şəxslərin əlaqələri var idi. 2019-cu ilin avqustunda Epşteyn həbsxana kamerasında intihar etdi. Bəziləri hesab edir ki, onun ölümü yüksəkvəzifəli pedofillərin adlarını gizlətmək məqsədilə qətl ola bilərdi.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Müğənni Elçin Cəfərov ARB Telekanalında "Söhbət var" veriliş
Ermənistan hakimiyyəti çobanyastığı ləçəklərinin "olar, olmaz&quo
Rusiya İstintaq Komitəsinin Moskvanın Tverskoy rayonu üzrə İstintaq İdar�
Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçi
Xəbər verdiyimiz kimi, ötən gün müğənni Afət Fərmanqızı oğlu Hüsey
31 yaşlı qadın qohumlarının istəyi ilə tənəffüs aparatından ayrılıb
Teleaparıcı, bloger Səma Abiyeva paylaşımı ilə diqqət çəkib.
Bu il iyunun 14-də Tərtər rayon sakini 1992-ci il təvəllüdlü Abil Əliye
Bir müddət öncə Xəzər TV-dən ayrılan aparıcı Afaq Gəncəlinin yeni ka
"Təyin olunacaq hakimlər dövlətimizin adından ədaləti qorumaq üçü
Yük qatarlarında özbaşına gedənlər 50 manat cərimə olunacaqlar.
Üsamə Bin Ladenin oğlu Ömər Bin Laden sosial media hesabında terroru təş