Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük Sevil Mikayılova VİDEO


Siyasət 07 Okt 2024 21:37:00 141 0

Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük  Sevil Mikayılova  VİDEO

Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük.

Son.az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Hədəf" verilişində Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciətinə cavab olaraq, Milli Məclisin deputatlarının xarici işlər naziri Ceyhun Bayramova ünvanladıqları məktub adekvatdır.

"Əsaslandırmalar öz yerində, amma rəsmi Vaşinqtonun son dövrlərdə Azərbaycana qarşı qərəzli, təktərəfli siyasəti və Azərbaycana qarşı hədələr, okeanın o biri tərəfindən kifayət qədər əsassız ittihamlarla dolu bəyanatlarının cavabı olaraq, qərara gəldik ki, biz belə bir müraciət edək. Madam ki, ABŞ Azərbaycanla əməkdaşlıq kursunu fərqli bir istiqamətə yönləndirib, onda Azərbaycan tərəfi də bu əməkdaşlıq və qarşılıqlı münasibətlərə yenidən baxmalıdır", - deyə S.Mikayılova deyib.

Təxminən 60-a yaxın konqres üzvünün Entoni Blinkine müraciət edərək Azərbaycana qarşı sanksiyaların həyata keçirilməsini istədiklərini bildirən Sevil Mikayılova qeyd edib ki, bu artıq siyasi sinizmin ən yüksək səviyyəsidir.

"Biz müstəqilliyimizi bərpa etdikdən sonra ABŞ ilə kifayət qədər konstruktiv münasibətlər qurmağa çalışdıq. Gəlin ilk illərə qayıdaq. 1992-ci illər, hansı ki, Azərbaycan yenicə öz müstəqilliyini Sovetlər İmperiyasından qazandı. Bu o Sovetlər İmperiyası idi ki, düz 70 il ABŞ ilə soyuq müharibə şəraitində idi və Azərbaycanda onun daxilində idi. Belə bir şəraitdə Azərbaycan 1992-ci ildə Sovetlər İmperiyasından ayrılanda digər respublikalardan fərqli olaraq, böyük bir problem ilə ayrıldı. Qarabağ münaqişəsi ortada idi və ərazilərimiz işğal olunmuşdu. Amma işğal faktına baxmayaraq, yenə də sinik, iküzlü şəkildə ABŞ Azərbaycana qarşı 907-ci Azadlığa dəstək haqqında akta əlavəni qəbul etdi. Düşünürük ki, bu elə həmin dövr üçün də kifayət qədər ədalətsiz qərar idi. Amma biz yenə də buna baxmayaraq, 1997-ci ildən bəri əməkdaşlığı irəliyə apardıq və bundan əvvəl biz 1994-cü ildə Əsrin müqaviləsini imzalayanda ABŞ-nin neft şirkətlərini də buraya dəvət etdik ki, onlarla iqtisadi sahədə əməkdaşlıq edək. Çünki düşünürdük ki, iqtisadi əməkdaşlığımız digər əməkdaşlıqlar üçün də kifayət qədər platforma formalaşdırır", - deyə S.Mikayılova bildirib.

Sevil Mikayılova qeyd edib ki, Azərbaycan çox mürəkkəb bir regionda yerləşir.

"Cənuni Qafqazda qonşularımıza baxsaq, yuxarıdan Rusiya Federasiyası, aşağıdan İran, bunlar hər ikisi ABŞ-nin ənənəvi siyasi düşmənləridir. Buna baxmayaraq, Azərbaycan belə bir şəraitdə öz ərazisini Əfqanıstanda aparılan humanitar missiyadan istifadə etmək üçün də təklif etdi. Belə bir səmimi, ədalətli yanaşmadan sonra indi ABŞ təktərəfli qaydada Ermənistanı dəstəkləyir. Bu gün Ağ Evin sözçüsü Ceyms O'Brayan gizlətmir ki, ABŞ Ermənistan və Azərbaycanı Moskvanın təsirindən qorumağa çalışır. Bu təsirindən qorumaq deyil, əksinə təsir altına salmaq deməkdir. Siz əgər Azərbaycan və Ermənistanın müstəqilliyi üçün mübarizə aparırsınızsa, tamamilə fərqli bir yanaşma nümayiş etdirməlisiniz. Bu dövlətlərə təzyiq yox, əksinə dəstək ifadə etməli idiniz. Amma son müraciət, ümumilikdə isə Ağ Evin son zamanlarda sərgilədiyi münasibətlərdə biz artıq təzyiq elementlərinin daha da kəskinləşdiyini görürük", - deyə S.Mikayılova əlavə edib.

Son.az ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Tünzalə Ağayevadan canlı ifa  VİDEO like
  • 07 Okt 21:33  
Şou-biznes Tünzalə Ağayevadan canlı ifa VİDEO

Xalq artisti Tünzalə Ağayeva məclislərin birində iştirak edib.

arrow Ətraflı
Kartof pankeklərinin sadə resepti – like
  • 07 Okt 21:25  
Digərləri Kartof pankeklərinin sadə resepti –

İnternetdə hər zaman qarşımıza çıxan kartof pankeklərinin hazırlanma q

arrow Ətraflı
Saqqız çeynəmək dişlər üçün like
  • 07 Okt 21:00  
Digərləri Saqqız çeynəmək dişlər üçün

Saqqızın faydaları və zərərləri ilə bağlı müzakirələr uzun müddət

arrow Ətraflı
İran 340 İsrail əsgərini öldürüb like
  • 07 Okt 20:54  
Dünya İran 340 İsrail əsgərini öldürüb

İranın İsrailə raket zərbələri nəticəsində hərbi-texniki və canlı q

arrow Ətraflı
Bu şirkət 20 min manat like
  • 07 Okt 20:48  
Digərləri Bu şirkət 20 min manat

Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəl

arrow Ətraflı
"Aygün stil ikonası, möcüzədir" like
  • 07 Okt 20:43  
Şou-biznes "Aygün stil ikonası, möcüzədir"

"İnsan özü maraqlıdır. Aygün islahatçıdır, inqilabi düşüncəsi

arrow Ətraflı
"Erkən qocalma"dan əziyyət çəkən ən məşhur insan ÖLDÜ  FOTO like
  • 07 Okt 20:37  
Digərləri "Erkən qocalma"dan əziyyət çəkən ən məşhur insan ÖLDÜ FOTO

Erkən qocalma sindromundan (progeriya) əziyyət çəkən ən "uzunömürl

arrow Ətraflı
"Həmişə pulumu kəsirdi”  VİDEO like
  • 07 Okt 20:24  
Şou-biznes "Həmişə pulumu kəsirdi” VİDEO

"5 manat qazanırdımsa, 1 manatı mənə verib, 4 manatı özünə götür

arrow Ətraflı
Sinif müəllimi Lukaşenkonun məktəb illərindən DANIŞDI like
  • 07 Okt 19:57  
Dünya Sinif müəllimi Lukaşenkonun məktəb illərindən DANIŞDI

Belarus prezidenti Aleksandr Lukaşenkonun sinif rəhbəri məktəb illərindən

arrow Ətraflı
Pakistanda hava limanı yaxınlığında baş verən partlayışı like
  • 07 Okt 19:28  
Dünya Pakistanda hava limanı yaxınlığında baş verən partlayışı

Pakistanın Kəraçi şəhərində Cinnah beynəlxalq hava limanı yaxınlığı

arrow Ətraflı
Lətifə xəstəliyə YOLUXDU like
  • 07 Okt 18:57  
Şou-biznes Lətifə xəstəliyə YOLUXDU

Müğənni Lətifə Soyuöz də virusa yoluxub.

arrow Ətraflı
Laçın 2025ci ildə MDBnin mədəniyyət paytaxtı statusunu alacaq like
  • 07 Okt 18:56  
Digərləri Laçın 2025ci ildə MDBnin mədəniyyət paytaxtı statusunu alacaq

Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı s

arrow Ətraflı
Öskürəkdən qısa müddətdə necə qurtulmaq olar? like
  • 07 Okt 18:51  
Digərləri Öskürəkdən qısa müddətdə necə qurtulmaq olar?

Əgər öskürəyiniz varsa, çox miqdarda ilıq çay içməlisiniz. Bir çox in

arrow Ətraflı
"İsrail yenə nəsə etsə, İranın cavabı like
  • 07 Okt 18:45  
Dünya "İsrail yenə nəsə etsə, İranın cavabı

"İsrail İrana qarşı yenidən nəsə edərsə, Tehranın cavabı asimmet

arrow Ətraflı
Sammitdə soyuq qarşılanan Paşinyan – Ermənistanın Frankofoniya like
  • 07 Okt 18:39  
Digərləri Sammitdə soyuq qarşılanan Paşinyan – Ermənistanın Frankofoniya

Fransada keçirilən Beynəlxalq Frankofoniya sammiti Ermənistanın baş naziri

arrow Ətraflı