“Elnarənin üzərində bu şeylər artıq var” VİDEO
Şou-biznes 07 Okt 2024 12:29:00 130 0
"Bizim söhbətimiz düşmüşdü (keçmiş "W - trio" qrupunun digər üzvləri Röya Ayxan və Elnarə Xəlilovanı nəzərdə tutur - red.). Onlarla mənim konfliktim yaranmışdı. Sonuncu gün biz işə gedəndə Elnarənin qoluna girdim və ona sual verdim - "Mənə səbəbini de. Niyə bunu elədin?" O mənə səbəbini deyəndə (barmağını dişləyir) anladım ki, orada xislət hiss vardı. İndi düşünürəm ki, Elnarə mənə o cavabı verməz. Nəyin ki, mənə heç kimə... Çünki o beləcə bir çox şeyi birüzə vermiş olar. O mənə göstərdi ki, mən tərəfdən onu bir çox şeylər narahat etmiş olub. Ona görə də o həmin şeyləri etmişdi".
Bu xəbəri də oxu: Vüqar Biləcərinin fanatı döyməsi ilə gündəm oldu
Son.az olay-a istinadən bildirir ki, bu sözləri müğənni Natavan Həbibi qonaq olduğu "YouTube" yayımlanan "ORGnal" verilişində deyib.
Keçmiş "W - trio" qrupunun dağılmasının səbəblərindən danışan sənətçi bildirib ki, həmkarı Elnarə Xəlilova ilə heç zaman dost olmayıb:
"Mən Elnarənin etdiklərini və aramızda olan o söhbəti heç zaman unutmayacağam. Bizim aramız düzəlsə də, pozulsa da belə olan olub və mən həmin insandan özümə qarşı bu şeyləri görmüşəm. Böyüdü eləməz deyirdim amma böyüdü yenə elədi. Elnarənin üzərində bu şeylər artıq var. Məhz bu səbəbdən Elnarə ilə bizim dostluğumuz heç zaman bərk alınmayıb. Bizim dostluğumuz olmayıb. Biz sadəcə iş yoldaşı olmuşuq. İndi təəccüblənib, deyirlər ki, niyə sizin isti münasibətləriniz yoxdur. Biz dost olmamışıq, təsadüf nəticəsində məcbur şəkildə görüşmüş, bir araya toplanmış insanlar idik. Hərəmiz müxtəlif yerdən, evdən, ailədən gəlmiş insanlar idik. Biz məcbur şəkildə vaxtımızı bir yerdə keçirirdik. Bu isə o demək deyil ki, biz dost idik. Biz sadəcə iş yoldaşı idik. Ona görə də əgər bizim dostluğumuz yoxdursa buna görə heç kim təəccüblənməli deyil".
Natavan bildirib ki, Röya və Elnarə qrupdan ayrılsalar da, o fəaliyyətini bəstəkar Vaqif Gərayzadənin yanında davam etdirib:
"Qruplarda, musiqi kollektivlərində dostluq uzun müddətlik olmur. Heç bir qrup əbədi çalışmır. Bizdə də belə oldu. Bizim kontraktımız bitdi. Qızlar (Röya Ayxan və Elnarə Xəlilovanı nəzərdə tutur -red.) solo karyeraya başlamaq istəyirdilər. Vaqif Gərayzadə ("W - trio" qrupunun rəhbəri) ilə söhbətimizdə Röya tək oxumaq, Elnarə isə ailə qurmaq istədiyini söylədi. Mən isə dedim ki, qrupda qalmaq istəyirəm. Çünki mən özümü Vaqif müəllimin yanında görürdüm və hələ də ondan informasiya almaq istəyirdim. Vaqif müəllim dedi ki, əgər sən qalırsansa qrupa növbəti heyyət toplamaq lazımdır. Dedi ki, onları özün seç, özün yığ, özün onlarla məşq elə, repertuarı yığ və özünüzdə gedin toylara".
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Evdə hazırladığınız kolbasa seçdiyiniz ədviyyatlarla daha dadlı və sa
Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birli
Rusiyaya səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayr
Bu ilin dekabrında Azərbaycanda Gömrük Forumu keçiriləcək.
Bu ilin sentyabrında fəaliyyətə başlayan Qarabağ Universitetinin bufetind�
Xalq artisti Röya Ayxan bahalı libası ilə gündəmə gəlib.
Müğənni Natavan Həbibi uzun fasilədən sonra obyektiv qarşısına keçib.�
32 il əvvəl ermənilər yurd-yuvalarını əllərindən alarkən, onlar da mə
Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə yeni ölkə direktoru təyin
Uqledarın itirilməsi səbəbindən Ukraynada hərbi qiyam ola bilər.
Amerikalı alimlər dinozavrların varlığına son qoyan meteorit qəzasından
İsrailin Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağının şimalında F
İranda oktyabrın 7-si səhərə qədər hava nəqliyyatına qoyulan məhdudiyy
Niderland Kiyevə tədarük edəcəyinə söz verdiyi 24 ədəd "F-16"