Nəsir Əhmədlinin nəvəsi babasının yolunu davam etdirəcək FOTO


Digərləri 18 Sen 2023 17:43:00 321 0

Nəsir Əhmədlinin nəvəsi babasının yolunu davam etdirəcək  FOTO

Ötən il vəfat edən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədlinin nəvəsi də BDU-nun Jurnalistika fakültəsinə qəbul olaraq, tələbə adın qazanıb.

İlk dərs günü münasibətilə, mərhumun nəvəsi, Əhmədli Selcan öz təssüratlarını İnformator.az-a danışıb.  

Jurnalistlərin Nəsir müəllimi... Selcan, baba yadigarı bir fakültənin tələbəsi olmaq necə hissdir?

-  Kiçik yaşlarımdan başlayaraq, bu mühitdə böyüməyə başladım. Jurnalistika mənim həvəsdən çox, hədəfimə çevrildi. Bu gün məqsədimə çatdım. Babamın yolunu davam etdirmək üzrə, ilk addımlarımı atmağa başladım. Bu yolda atam və anam ən böyük dəstəkçim oldu. Babamı 10-cu sinifdə oxuyanda itirdim. Çox təəssüf ki, o, mənə olan dəstəyini tamamlaya bilmədi, amma varlığın daim hiss elədim. Qəbul xəbərin alanda, qürurumun, sevincimin həddi-hüdudu yox idi. İlk dərs günümdə, doğma fakültədə mənə qarşı olunan rəftarı görəndə, babamdan miras qalan fakültənin tələbəsi olduğuma görə qürurum ikiqat artdı.

Nəsir müəllim bu gün təəssüf ki, aramızda yoxdur. Öz nəvəsinin bu xoş günündə xeyir-dualarını dilə gətirə bilmir. Səncə, baban yaşasaydı, nə hisslər keçirərdi?

-  Ömrünün son zamanları babamın bəlkə də ən böyük arzusu nəvəsini jurnalist olaraq görmək idi. Ötən illərə nəzər salsaq, jurnalistika kəskin sahə kimi tanınırdı, söz azadlığı belə güclü deyildi. Amma inkişaf etmiş bir dövrdə nəvəsinin jurnalist kimi yetişməsi, babamın ən böyük sevinci ola bilərdi...

Jurnalist olaraq yeni bir yola qədəm qoydun. Bu sahə ilə bağlı planların nədir?

-  Abituriyent vaxtı özümü radio və televiziya sahəsində görərdim. Tələbə adını qazandıqdan sonra isə tək hədəfim 4 il müddətində universitetimə, fakültəmə layiq tələbə, gələcəkdə isə babamın adın daim yaşadacaq, onun buraxdığı izlərlə yola davam edən fakültəmdə müəllim olmaqdır.

Tələbəliyin ilk günü.. Necə bir hissdir?

-  Hər şey gözlədiyimdən də yüksək səviyyədə özün doğrultdu. İstər fakültəmizin müəllimləri, istərsə də öz tələbə yoldaşlarım. Ümid edirəm ki, hər şey çox yaxşı olacaq.

Diplomatlar üçün brifinq keçirildi like
  • 18 Sen 17:38  
Siyasət Diplomatlar üçün brifinq keçirildi

18 sentyabr 2023-cü il tarixində, Azərbaycan Respublikası Prezidentinin köm

arrow Ətraflı
Tanınmış aktyor 43 yaşında vəfat etdi like
  • 18 Sen 17:37  
Digərləri Tanınmış aktyor 43 yaşında vəfat etdi

"Emmy" mükafatçısı akyor Billi Miller 43 yaşında vəfat edib.

arrow Ətraflı
XİN: Bizim bütün təkliflərimizi rədd edirlər like
  • 18 Sen 17:33  
Siyasət XİN: Bizim bütün təkliflərimizi rədd edirlər

Ermənistan və qondarma rejim Azərbaycanın bütün təkliflərini rədd edir.

arrow Ətraflı
Dünən ağır qəzada ölən şəxsin görüntüləri like
  • 18 Sen 17:27  
Digərləri Dünən ağır qəzada ölən şəxsin görüntüləri

Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi, Hacıqabul rayonunda yol-nə

arrow Ətraflı
Bolqarıstanın eksprezidenti Azərbaycana təşəkkür etdi like
  • 18 Sen 17:26  
Siyasət Bolqarıstanın eksprezidenti Azərbaycana təşəkkür etdi

"Mən Azərbaycan hökumətinə itkin düşmüş şəxslərin tapılması i

arrow Ətraflı
Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri Heydər Əliyev Fondunda olub like
  • 18 Sen 17:18  
Dünya Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri Heydər Əliyev Fondunda olub

Bakıya səfər edən Şanxay Əməkdaşlıq Təşkilatının Qonşuluq, Dostluq

arrow Ətraflı
Azərbaycan çətin görünəni BACARDI  Bakı İrəvanı MAT ETDİ: like
  • 18 Sen 17:09  
Siyasət Azərbaycan çətin görünəni BACARDI Bakı İrəvanı MAT ETDİ:

Son illər həm regionda, həm də qlobal arenada çox şey dəyişib. Azərbayc

arrow Ətraflı
Azərbaycanda koronavirusun “Eris” variantı aşkarlanıb? like
  • 18 Sen 17:06  
Digərləri Azərbaycanda koronavirusun “Eris” variantı aşkarlanıb?

"Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayıl

arrow Ətraflı
Baş memarın cinayət işi məhkəməyə göndərildi like
  • 18 Sen 17:04  
Kriminal Baş memarın cinayət işi məhkəməyə göndərildi

Rüşvət müqabilində tikintiyə icazə verməkdə ittiham olunan vəzifəli �

arrow Ətraflı
Zaqatalada sel evləri dağıtdı  VİDEO like
  • 18 Sen 16:57  
Digərləri Zaqatalada sel evləri dağıtdı VİDEO

Zaqatalada yağan güclü yağış səbəbindən yaranan sel suları şəxsi evl

arrow Ətraflı
Koronavirusa yoluxma və ölüm halları sürətlə artır like
  • 18 Sen 16:53  
Digərləri Koronavirusa yoluxma və ölüm halları sürətlə artır

Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) məlumatına görə son ay dünya �

arrow Ətraflı
Bu, Azərbaycanın növbəti uğurudur like
  • 18 Sen 16:48  
Siyasət Bu, Azərbaycanın növbəti uğurudur

Ağdam-Xankəndi yolunun istifadəsi ilə Ermənistan növbəti dəfə beynəlxa

arrow Ətraflı
Qalıqları tapılan 10 nəfərin kimliyi açıqlandı like
  • 18 Sen 16:45  
Digərləri Qalıqları tapılan 10 nəfərin kimliyi açıqlandı

Qalıqları tapılanlarlardan 9 nəfəri hərbi qulluqçu, 1-i isə mülki şəx

arrow Ətraflı
“Azərbaycanın erməni əhalisini birlikdə yaşamağa dəvət edirik” like
  • 18 Sen 16:25  
Digərləri “Azərbaycanın erməni əhalisini birlikdə yaşamağa dəvət edirik”

"Hazırda bəzi erməni ideoloqları tarixə istinad edərək ermənilərl�

arrow Ətraflı
Növbəti döyməsini də "o"na həsr etdi like
  • 18 Sen 16:22  
Şou-biznes Növbəti döyməsini də "o"na həsr etdi

48 yaşlı Devid Bekhemin bədənində artıq 60-a yaxın döymə var. O, növb

arrow Ətraflı