Ombudsman sərhəddə saxlanılan erməni futbolçularla görüşüb
Siyasət 29 Avq 2023 19:15:00 323 0
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələr davam etdirilir. Ombudsman Səbinə Əliyeva və onun Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən keçirilən növbəti başçəkmədə məqsəd inzibati qaydada həbs edilmiş şəxslərin saxlanma şəraiti, onlarla rəftar və hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.
Son.az Trend-ə istinadən xəbər verir ki, Ombudsman Aparatından verilən xəbərə görə, MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs olunan 3 nəfər - Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan da qəbul edilib.
Ombudsman konfidensial qəbul zamanı həmin şəxslərin beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmini vəziyyətini öyrənib və müraciətlərini dinləyib. Eyni zamanda, onların saxlanıldığı kameraya və gəzinti yerinə baxış keçirilib, saxlanma şəraitinin standartlara uyğun olduğu müəyyən edilib.
Qəbul edilmiş şəxslər saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib.
İnzibati qaydada həbs edilmiş şəxslərə hüquqları, Azərbaycan Ombudsmanının səlahiyyətləri izah edilib, Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər, öz dillərində insan hüquqları sahəsində qanunvericilik aktları və beynəlxalq sənədlər təqdim edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndi
Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü inziba
Rusiyanın Çelyabinsk şəhərində Mi-8 helikopteri qəzaya uğrayıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni
2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,6
Lənkəranın Liman şəhərində yerləşən 3 saylı bağça qəzalı vəziyy�
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni
2 il əvvəl bayrağımızı ayaqlayaraq təhqir edən erməni futbolçular elə
Astroloqlara görə, bəzi bürclər digərlərindən daha kinli olurlar.
Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasın
Qarabağdakı erməni separatçılar sakinləri Azərbaycanın humanitar yardım
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna görə hərbi v�