Qarabağdakı ermənilər Bakının yardımından imtina edirlər
Siyasət 29 Avq 2023 18:02:00 333 0
Qarabağdakı erməni separatçılar sakinləri Azərbaycanın humanitar yardımından imtina etməyə çağırır.
Bu xəbəri də oxu: Prezident bu şəxsləri təltif etdi
Son.az Trend-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılmış kadrlarda Xankəndi sakini bir qadın bu gün "türkün verdiyi unu yeməkdənsə aclıqdan ölərəm" sözləri ilə Azərbaycan Qızıl Aypara cəmiyyətinin göndərdiyi 40 ton un məmulatlarıının olduğu humanitar yardım maşınlarının keçidi üçün yolu bağlamağa çağırıb.
Azərbaycan tərəfi növbəti dəfə humanitar yanaşma nümayiş etdirir və Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göndərir. Separatçılar isə bu kimi bəyanatlarla Azərbaycanın bölgədə sülhü bərqərar etmək cəhdlərini sabotaj etməyə davam edirlər, bundan başqa elə özlərinin qondarma "humanitar faciə" iddialarını ifşa edirlər.
Qarabağda separatçı rejimin qalıqları artıq çoxdandır müxtəlif üsullarla dünya ictimaiyyətini və beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla guya Qarabağın erməni sakinlərini "blokada saxlayır" və onlar üçün "humanitar böhran şəraiti" yaradıb və guya ermənilər "ərzaq çatışmazlığı ilə üzləşirlər".
Bölgədə guya "gərgin humanitar vəziyyətin" və "blokada"nın mövcud olması ilə bağlı manipulyasiyalara davam edən Ermənistan Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarını qarşılamaq üçün Laçın yolundan və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həlli üzrə əldə edilmiş razılaşmalara riayət etməkdənsə sülh prosesini ləngidir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna görə hərbi v�
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 32 min 665 hektar sahədən 6
Türkiyənin hərbi hücum gəmisi "TCG Anadolu Phalanx" qapalı hava
Kopenhagen hava limanında Sürixə uçan təyyarəni ildırım vurub.
Fransa prezidenti və xarici işlər nazirinin son açıqlamaları bir daha onu
Sərhəd keçid məntəqəsi yaxınlığında "humanitar böhran" şou
Beyləqanın Tatarlı kəndində dörd nəfəri öldürməkdə təqsirli bilinə
Dünyaca məşhur müğənni Selena Gomezin başına iş gəlib.
Nazirlər Kabineti 13 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş
Xalq artisti Elmira Rəhimova uzun aradan sonra ilk dəfə görüntülənib.
Doğma çay "Azerçay"ın "Park Bulvar"da yeni stendinin a