40 ton humanitar yardım sülhməramlıların nəzarətində olan posta çatdı
Digərləri 29 Avq 2023 18:27:00 341 0
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün aparılan humanitar yardım yoldadır. Humanitar yardımı aparan karvan artıq sülhməramlıların nəzarətində olan posta çatıb.
Bu xəbəri də oxu: Rusiyalı idman nazirinin sərxoş halda "rəqs şou"su
Son.az Trend-ə istinadən xəbər verir ki, humanitar yardım bu gün səhər saatlarından Bakıdan Xankəndiyə doğru yola düşüb. Humanitar yardıma ilkin mərhələ üçün 40 ton un məmulatları daxildir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsələr, erməniəsilli şəxslərin digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərlər.
Qeyd edək ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bölgədə guya "gərgin humanitar vəziyyət", "blokada"nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneə törədir.
Azərbaycan tərəfi isə növbəti dəfə humanist yanaşma sərgiləyərək Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün humanitar yardım göndərir.
2 il əvvəl bayrağımızı ayaqlayaraq təhqir edən erməni futbolçular elə
Astroloqlara görə, bəzi bürclər digərlərindən daha kinli olurlar.
Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasın
Qarabağdakı erməni separatçılar sakinləri Azərbaycanın humanitar yardım
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna görə hərbi v�
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 32 min 665 hektar sahədən 6
Türkiyənin hərbi hücum gəmisi "TCG Anadolu Phalanx" qapalı hava
Kopenhagen hava limanında Sürixə uçan təyyarəni ildırım vurub.
Fransa prezidenti və xarici işlər nazirinin son açıqlamaları bir daha onu
Sərhəd keçid məntəqəsi yaxınlığında "humanitar böhran" şou
Beyləqanın Tatarlı kəndində dörd nəfəri öldürməkdə təqsirli bilinə