"Blokada şousu" baş tutmadı Mənfur plana
Siyasət 29 Avq 2023 17:36:00 325 0
Sərhəd keçid məntəqəsi yaxınlığında "humanitar böhran" şousunun davam etdiyi, separatçıların dünya ictimaiyyətini, beynəlxalq təşkilatları "blokada"ya inandırmağa çalışdıqları, Ermənistan tərəfinin danışıqlar prosesini ləngitməyə hesablanmış ajiotaj yaratdığı bir vaxtda Azərbaycan yenə də Qarabağda gərginliyin azaldılmasına yönəlmiş addım ataraq Ermənistan və onun havadarlarının oyununu pozub. Özü də bir yox iki addım...
Bu xəbəri də oxu: Berbokun COP29 şousu:
Bunlardan birincisi Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılan erməni futbolçulara qarşı cinayət təqibinin dayandırılmasıdır. Məlum olduğu kimi, ötən gün azərbaycanlıları dərindən təhqir edən, Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozan erməni əsilli futbolçular "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıblar. Lakin Azərbaycan sonradan humanizm prinsiplərində çıxış edərək bu cinayət təqibini dayandırıb. Belə ki, onlar 10 sutkalıq müddətə inzibati qaydada həbs ediliblər. Məhkəmə qərarı icra olunduqdan sonra həmin şəxslərin Azərbaycandan deportasiyası təmin ediləcək.
Gərginliyin azaldılmasına yönəlmiş bu addım bir sıra ölkələrin diplomatları tərəfindən alqışlanıb, sülh prosesinin inkişafına yönəlmiş olduğu qeyd edilib. Bir sıra beynəlxalq ekspertlər məsələyə münasibət bildirirərək bunun düzgün addım olduğunu vurğulayıblar. Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib ki, erməni futbolçulara qarşı cinayət təqibinə xitam verməsi təəccüblü deyil, çünki Azərbaycan hakimiyyəti həmişə yüksək humanizm hissi ilə seçilib". Almaniyanın və Belçikanın diplomatik nümayəndəliyindən verilən məlumatda bu addımın dəstəkləndiyi qeyd olunub.
Azərbaycan və Ermənistan arasında gələcək sülh prosesinə töhfə verən ikinci addım isə Bakıdan Xankəndinə humanitar yardımın göndərilməsidir. Belə ki, Bugün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım yola salınıb. Yardımı aparan karvan artıq Ucar rayonuna çatıb. Humanitar yardıma ilkin mərhələ üçün 40 ton un məmulatları daxildir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsələr, erməniəsilli şəxslərin digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərlər.
Beləliklə, Azərbaycan düzgün xarici siyasət yürütməklə Xankəndidə guya "humanitar böhran"ın olması xəbərlərinin tirajlayan, acınacaqlı vəziyyət görüntüsü yaratmağa çalışan, digər dövlətlərdən yardım uman Ermənistanın təxribatlarının qarşısını uğurla aldı. Ermənistan və separatçılar hər dəfə sülh prosesinə mane olmağa, qisas meyillərini alovlandırmağa çalışsa da, Azərbaycan humanist, sülhü dəstəkləyən mövqeyini nümayiş etdirmiş oldu. Bu addımlarla Azərbaycan həmişə alicənablığı ilə seçildiyini və mehriban qonşuluq münasibətlərə meyilli olduğunu bir daha sübut etdi. Atalar demiş, yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir. Bu məsələ ilə Azərbaycan "nər" olduğunu yenə isbatladı.
Bəxtiyar Umarlı Son.az
Beyləqanın Tatarlı kəndində dörd nəfəri öldürməkdə təqsirli bilinə
Dünyaca məşhur müğənni Selena Gomezin başına iş gəlib.
Nazirlər Kabineti 13 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş
Xalq artisti Elmira Rəhimova uzun aradan sonra ilk dəfə görüntülənib.
Doğma çay "Azerçay"ın "Park Bulvar"da yeni stendinin a
Ukrayna Rusiya ilə müharibədə həlak olan 84 hərbçinin cəsədini qaytarı
Xəbər verdiyimiz kimi, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin h
Tanınmış aktrisanın güclü yağış altında ağlayarkən çəkilən videos
29 avqust 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyu
"Fransa Qarabağa humanitar yardım göndərəcəyini bəyan etməklə bura
Bakıda qadın metro stansiyanın yaxınlığında bıçaqlanıb.