Ərdoğanın varisi o olacaq


Digərləri 05 İyn 2023 14:42:00 146 0

Ərdoğanın varisi o olacaq

Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yeni qalib gəlməsinə və 5 illik müddətin cəmi bir gündür başlamasına baxmayaraq, artıq 2028-ci il üçün Ərdoğanın varisinin kim olacağı müzakirəsi başlayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, tanınmış rusiyalı siyasi ekspert Sergey Markov da "Ərdoğan 5 ildə nələr edəcək" sualına ilk olaraq "varisini seçəcək" cavabı ilə bu müzakirələrə qatılıb. Onun fikrincə, 2028-ci ildə Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizədliyini verməyəcək, ancaq ideyalarını və başlatdığı layihələri davam etdirmək üçün mütləq varisini müəyyənləşdirəcək.

3 iyunda Ərdoğanın Nazirlər Kabinetinin yeni tərkibini elan etməsindən sonra isə "varisin kimliyi" sosial şəbəkələrdə hallanmağa başlayıb. Belə ki, Hakan Fidanın XİN rəhbəri təyin olunması ilə sosial şəbəkələrin Türkiyə seqmentində onun Ərdoğanın varisi olacağına qəti əminlik ifadə olunmaqdadır. Eyni zamanda, Hakan Fidan haqda yalnız və yalnız müsbət fikirlər səsləndirilir və Ərdoğandan sonra Türkiyəni qorumağa qadir şəxs olaraq xarakterizə edilir.

Türkiyə ilə bağlı araşdırmaları ilə diqqət çəkən politoloq Ruslan Bəşirli də Hakan Fidanın personası üzərində dayanıb. O bildirib ki, Hakan Fidan bütün dünyada Türkiyə Cümhuriyyəti tarixinin ən güclü kəşfiyyat rəhbəri kimi qəbul olunur:

"MİT-ə rəhbərlik etdiyi dönəmlərdə daim ABŞ və Avropa mətbuatında onun haqqında "gizemli adam" başlığı ilə yazılar gedib. Ərdoğan isə onu Türkiyənin "sirr küpü" adlandırıb. ABŞ başda olmaqla, bir çox Qərb ölkələri Fidanı Ərdoğandan sonra ən böyük düşmənləri kimi qəbul ediblər. Məhz bu səbəbdəndir ki, FETÖ-nün 2014 və 2016-cı il çevriliş təşəbbüsləri zamanı ilk hədəf aldıqları adam MİT rəhbəri Hakan Fidan idi. Hakan Fidan Türkiyənin PKK və FETÖ-yə qarşı mübarizəsinə ən ciddi töhfə verən şəxs kimi qəbul olunur. Onun başçılığı ilə bir çox terror baronu ölkə xaricində ya yaxalanaraq Türkiyəyə gətirilib, ya da məhv edilib. Fidan Ərdoğanı həm Baydenlə, həm də Putinlə görüşlərdə müşayət etməsi ilə də tanınır".

Ekspert Hakan Fidanın Ərdoğanın varisi olacağı haqda fikirlər toxunaraq bildirib ki, bəziləri Fidanın məhz bu posta hazırlanması üçün siyasətə gətirildiyini (XİN başçısı olduğunu - red.) düşünür.

AzTVnin solisti açıqsaçıq FOTOları ilə gündəm oldu like
  • 05 İyn 14:30  
Şou-biznes AzTVnin solisti açıqsaçıq FOTOları ilə gündəm oldu

"Səs Azərbaycan" müsabiqəsinin qalibi, AzTV-nin solisti Emiliya Ya

arrow Ətraflı
Taksi fəaliyyətindəki xaotik vəziyyət aradan qaldırılmalıdır like
  • 05 İyn 14:20  
Digərləri Taksi fəaliyyətindəki xaotik vəziyyət aradan qaldırılmalıdır

Özəl taksi şirkətləri ilə bağlı narazılıqların sayı çoxalır.

arrow Ətraflı
Legion "qüdrətli Rusiya" mifini darmadağın edir like
  • 05 İyn 14:09  
Digərləri Legion "qüdrətli Rusiya" mifini darmadağın edir

Rusiyanın Azadlığı Legionu "qüdrətli və güclü" Rusiya haqqın

arrow Ətraflı
QUDUZLUQ halları çoxalıb... DİQQƏTLİ OLUN... like
  • 05 İyn 14:00  
Digərləri QUDUZLUQ halları çoxalıb... DİQQƏTLİ OLUN...

"Son dövrlər quduzluq şübhəsi ilə bağlı müraciət edənlərin say�

arrow Ətraflı
Bakıda piyada keçidində dəhşətli qəza like
  • 05 İyn 13:53  
Digərləri Bakıda piyada keçidində dəhşətli qəza

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mər

arrow Ətraflı
Ağ Evdən Ukraynanın əkshücumu haqda like
  • 05 İyn 13:49  
Dünya Ağ Evdən Ukraynanın əkshücumu haqda

Ukraynanın əks-hücumu strateji əhəmiyyətli əraziləri geri qaytaracaq.

arrow Ətraflı
Türkiyə qarşımıza şərt qoymayıb like
  • 05 İyn 13:44  
Dünya Türkiyə qarşımıza şərt qoymayıb

Türkiyə ölkələr arasında münasibətlərin normallaşması prosesində Erm

arrow Ətraflı
Bağçalara uşaq qəbulunun tarixi açıqlanıb like
  • 05 İyn 13:40  
Digərləri Bağçalara uşaq qəbulunun tarixi açıqlanıb

Bağçalara qəbul prosesi iyul ayında nəzərdə tutulur.

arrow Ətraflı
Bu müğənni Elnarədən küsüb like
  • 05 İyn 13:38  
Şou-biznes Bu müğənni Elnarədən küsüb

Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Elnarə Abdullayevadan küsdüy

arrow Ətraflı
Əgər ABŞ ilə münaqişə girsək... like
  • 05 İyn 13:27  
Dünya Əgər ABŞ ilə münaqişə girsək...

Pekin və Vaşinqton arasında qarşıdurma qlobal fəlakətə gətirib çıxara

arrow Ətraflı
Qarabağın statusu məsələsini Azərbaycanın daxili işi sayırıq like
  • 05 İyn 13:22  
Digərləri Qarabağın statusu məsələsini Azərbaycanın daxili işi sayırıq

Qarabağın erməni əhalisinin təhlükəsizliyi və hüquqları ilə əlaqəda

arrow Ətraflı
Türkiyənin avtomobil sənayesi məhsulları ixracı artıb like
  • 05 İyn 13:19  
Digərləri Türkiyənin avtomobil sənayesi məhsulları ixracı artıb

2023-cü ilin yanvar-may aylarında Türkiyənin avtomobil sənayesi məhsullar�

arrow Ətraflı