Deputatın oğlu atasının fotoları ilə şantaj edildi


Kriminal 02 İyn 2023 11:19:00 221 0

Deputatın oğlu atasının fotoları ilə şantaj edildi

Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlını şantaj edən qadın barəsindəki qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, deputatın oğlu 1984-cü il təvəllüdlü N.M. barəsində həbs qərarının çıxarılmasını tələb edib.

M.Nərimanlı bildirib ki, N. sosial şəbəkə vasitəsilə ona hədə-qorxu gələrək dəfələrlə pul tələb edib. Həmin qadının atası İqbal Məmmədova məxsus olduğu bildirilən intim görüntülərlə onu şantaj etdiyini deyən Mirhəmid bu yolla ondan 1768 manat pul alındığını bildirib.

Məhkəmədə sübutlar dəyərləndirilib. N.M.in deputatın oğluna yazdığı "İntim video İqbal Məmmədov Şok", "Bir saata hesaba baxıram, pul orada olmasa, şəkilləri hər yerə yayacağam, pulu karta yox, millliön vasitəsi ilə etopazda olan hesaba göndər, özüm götürəcəyəm", "Həmid, sən məni aldadırsan, iki balamın canına and olsun, bu gün 600 manat pul göndərməsən, daha götürməyəcəyəm. Onsuz da o pulu başqa yolla çıxaracağam. Adamlar var ki, o şəkillərə pul verir və onlara verəcəyəm, paylaşacağam. Sənə son SMS yazıram, bir saata 600 manat pul kartda olmasa, dediyimi edəcəyəm. Mən sadəcə 11-də girib hesaba baxacağam, hesabda pul olmasa, hər şeyi özün görəcəksən. Pulu necə ödəyəcəyini isə özüm sənə deyəcəyəm" və s. məzmunlu mesajlar sübut kimi təqdim edilib.

Bildirilib ki, N.M. Mirhəmidi atası, Milli Məclisin VI çağırış deputatı İqbal Məmmədovun şəkillərinin olduğunu, pul verməyəcəyi halda, mətbuatda və sosial şəbəkələrdə həmin şəkilləri yaymaqla atasını rüsvay edəcəyi ilə hədələyib, hədəni real qəbul edən zərərçəkmiş şəxs özü və atasının rüsvay olacaqlarından ehtiyatlanaraq onunla razılaşıb və elektron qaydada tələb olunan pulları göndərib.

2022-ci ildə N.M. Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış iş üzrə təqsirli bilinib və ona 3 il həbs cəzası verilib. Lakin daha sonra Bakı Apellyasiya Məhkəməsi hökmün dəyişdirilməsi barədə qərar çıxarıb və ona şərti cəza verilərək həbsdən azad edilib. Apellyasiya Məhkəməsinin qərarından narazı qalan Mirhəmid Nərimanlı Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin edib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bu dəfə apellyasiya instansiyası fərqli qərar qəbul edib və N.M. barəsindəki Xəzər Rayon Məhkəməsinin hökmü bərpa edilib. N.M. bir neçə gün əvvəl başa çatan proses nəticəsində məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, İqbal Məmmədovun oğlu M.Nərimanlı daha öncə də gündəmə qalmaqallı hadisə ilə gəlmişdi. 2019-cu ildə İqbal Məmmədova məxsus olan və oğlunun rəhbərlik etdiyi Lerikdəki "Relax" istirahət mərkəzində vergidən yayınma faktları üzə çıxmış və Mirhəmid Nərimanlı barəsində cinayət işi açılmışdı. Həmin vaxt istirahət mərkəzinə gələn yoxlama əməkdaşları arasında M.Nərimanlı və ətrafındakı şəxslər arasında dava-dalaş da düşmüşdü. Həmin hadisələrlə əlaqədar həbs edilən M.Nərimanlı bir müddət sonra azadlığa buraxılmışdı.

Son.az 

Son beş ildə 4 sosial islahat paketi icra olunub like
  • 02 İyn 11:12  
Digərləri Son beş ildə 4 sosial islahat paketi icra olunub

Son beş ildə 4 sosial islahat paketi icra olunub.

arrow Ətraflı
İlham Əliyev İtaliya Prezidentinə təbrik məktubu göndərib like
  • 02 İyn 11:09  
Siyasət İlham Əliyev İtaliya Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktub

arrow Ətraflı
25 azərbaycanlı Almaniyadan Azərbaycana gətirildi like
  • 02 İyn 11:08  
Digərləri 25 azərbaycanlı Almaniyadan Azərbaycana gətirildi

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşa

arrow Ətraflı
Paşinyan yenidən KTMTni ittiham etdi like
  • 02 İyn 11:07  
Siyasət Paşinyan yenidən KTMTni ittiham etdi

"Bu gün biz elə bir vəziyyətdəyik ki, KTMT-nin fəaliyyətindən müə

arrow Ətraflı
Rəsmi Bakıdan Makrona CAVAB like
  • 02 İyn 11:05  
Siyasət Rəsmi Bakıdan Makrona CAVAB

"Məlum olduğu kimi, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçiv�

arrow Ətraflı
"Anam dedi ki, avaraya ərə gedəcəksən" like
  • 02 İyn 10:57  
Şou-biznes "Anam dedi ki, avaraya ərə gedəcəksən"

Xalq artisti Miri Yusifin xanımı Nərgiz Mirbalayeva sosial şəbəkə hesabı

arrow Ətraflı
O, dünyanın ən varlı aktrisasıdır like
  • 02 İyn 09:51  
Şou-biznes O, dünyanın ən varlı aktrisasıdır

Forbes jurnalı Riz Uizerspunu ən zəngin aktrisa adlandırıb. 

arrow Ətraflı
Türkiyəni gözləyən ən böyük təhlükə açıqlandı like
  • 02 İyn 09:29  
Digərləri Türkiyəni gözləyən ən böyük təhlükə açıqlandı

Almaniyanın Maks Plank İnstitutunun elmi jurnalı olan "Geophysics"d

arrow Ətraflı
Təqaüd düzəltmək adı ilə külli miqdarda dələduzluq edən şəxs ələ keçdi like
  • 02 İyn 09:18  
Kriminal Təqaüd düzəltmək adı ilə külli miqdarda dələduzluq edən şəxs ələ keçdi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ə

arrow Ətraflı
Azərbaycanda qəbirləri qazaraq ölülərin qızıl dişlərini oğurlayırdılar like
  • 02 İyn 09:09  
Kriminal Azərbaycanda qəbirləri qazaraq ölülərin qızıl dişlərini oğurlayırdılar

Salyan Rayon Polis Şöbəsinə rayonun Arbatan və Kürqaraqaşlı kəndləri �

arrow Ətraflı
“Karib dənizinin quldurları”nın aktyoru öldü like
  • 02 İyn 08:53  
Dünya “Karib dənizinin quldurları”nın aktyoru öldü

"Karib dənizinin quldurları: Dünyanın sonunda" filmindəki "K

arrow Ətraflı
BMT Təhlükəsizlik Şurasında iclas  Şimali Koreya ilə bağlı like
  • 02 İyn 08:47  
Dünya BMT Təhlükəsizlik Şurasında iclas Şimali Koreya ilə bağlı

Bu gün BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınaqları ilə

arrow Ətraflı
Bu texnologiya Qarabağda suya qənaət etməyə imkan verəcək like
  • 02 İyn 08:40  
Digərləri Bu texnologiya Qarabağda suya qənaət etməyə imkan verəcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl" texn

arrow Ətraflı