“Bu gün həcilərlə, sponsorlarla səhnəyə gələn müğənnilər bilsin ki, mənə olan təkliflər haralardan və kimlərdən idi”


Şou-biznes 28 May 2023 06:42:00 149 0

“Bu gün həcilərlə, sponsorlarla səhnəyə gələn müğənnilər bilsin ki, mənə olan təkliflər haralardan və kimlərdən idi”

Son.az xəbər verir ki, tanınmış müğənni Sevinc Musayeva moderator.az-ən suallarını cavablandırıb.

-Sevinc xanım, "Yeni ulduz" yarışmasından böyük kütləyə tanındınız. Bu yarışmadan çıxan ən zəif müğənni belə peşəkar sayılır. Bu gün məşhur müğənnilərin əksəriyyəti bəlkə də heç müsabiqə səviyyəsində oxumurlar. Bəs onları tanıdan, məşhurlaşdıran səbəblər nədir?

-Maddiyatdır onları məşhur edən, tanıdan. Mən sadə müsabiqə ilə tanındım. Bəlkə də o müsabiqə olmasaydı, mənim efirə çıxacaq heç bir maddi durumum yox idi ki, özümü tanıdım. Amma elə zəmanəyə gəldik ki, peşəkarla, qeyri-peşəkar eyni səviyyədədir. Müsabiqədən sonra hər kəs yoluna özü davam etdi. Bəziləri ümumiyyətlə sənəti heç davam etdirmədilər. Kimisi özünə həci tapıb davam etdi. Kimisi də mənim kimi həcilərə, sponsorlara yox deyib, özü öz ayaqlarının üstündə qalmağı üstün tutdu. Çoxları elə bilir ki, mənə təkliflər gəlməyib, ona görə belə olmuşam. Əksinə, bu gün həcilərlə, sponsorlarla səhnəyə gələn müğənnilər bilsin ki, mənə olan təkliflər haralardan və kimlərdən idi. Hamısını əsəbdən ürək tutması öldürmüşdü (gülür).

-Heç vaxt açıq-saçıq geyinməmisiniz, efirlərdə gözləri mazol etmədiniz. Bunları etməyə-etməyə tanındınız, qəbul olundunuz. Demək ki, normal yollarla da sənətə gəlmək olur?

-Bəli, çox doğru qeyd edirsiniz. Belə yollarla sənətə gəlmək zaman tələb edir. Bu zaman isə məndən 20 il oldu. Ataların bir misalı var, "Haynan gələn, vayla gedər", "Tez alışan tez sönər". Bu misallar elə-belə deyilməyib. Mən o sadaladıqlarınızın heç birini etmədim, çünki ruhum istəmədi. Çox xoşbəxtəm ki, ruhumun quluyam.Onları edənlər isə ruh nədir, heç bilmirlər.

-Məktəblə bağlı mahnıların ən məşhur ifaçılarındansınız. 

-Müəllimlərimi çox sevirdim, onlara hörmətim sonsuz idi. Bu münasibətin qarşılığını da görmüşəm. Məktəb illərimdə fikirlərim dağınıq deyildi. Fikrim dərslərdə, biliklənməkdə, savadlanmaqda idi. Amma elə şagirdlər var idi ki, uşaqlıq sevgi oyunları yaşayırdılar. Məktəbə hər gün həvəslə gəlirdilər ki, o sevgi macəralarını yeniləsinlər, davam etsinlər. O şagirdlərin hamısı dərslərdən 2, 3 qiymətləri alırdılar. Çünki fikirləri dərsdə olmurdu. O mahnıları yaxşı oxumağım, bəlkə də məktəbdə yaxşı şagird olmağımdan irəli gəlir.

-Qazancınız hardandır?

-İndi toyları, şou proqramları bazar ediblər. 6 ildir ki, heç bir şou proqramlara getmirəm. Çünki təqdim etdikləri pul, mənim ora gedib, iştirak etməyimə xərclədiyim pulun yarısı deyil. Toylara gedirəm, amma çox az. Səliqəli, normal, həqiqətən də məni özümə görə o toyda görmək istəyən, toy qiymətini deyəndə bazarlıq etməyən, qiymətlərlə razı olan insanların toylarına gedirəm.

-Sevgi sizin üçün nədir? 

-Sevgi mənim üçün çox müqəddəsdir. İnsanlar var ki, sevir, ayrılanda bəd dua edir, qarğış edir. Mən bunların əleyhinəyəm. Görsəm ki, yanımdakı insanı xoşbəxt edə bilmirəm, onu buraxaram ki, təki xoşbəxtliyini tapsın. Güclə heç kimi yanımda saxlamaram. Sevgi təkcə əks cinsə qarşı olmur. Heyvanlara, bitkilərə də sevgi olur. 

-Nə vaxtsa sevmisiniz?

-Əlbəttə ki, sevmişəm. Mən də insanam. Sevdiyim insanlarla alınmayıb, onları daha xoşbəxt görmək üçün hər şeyə özüm nöqtə qoymuşam. Alınmamaq söhbəti qarşı tərəfdən olmayıb. Valideyn istəksizliyi ilə qarşılaşmışam. Qarşı tərəfin valideynləri narazıdırsa, o sevgi münasibəti mənim üçün hardasa 50-50 olacaq. Ona görə də həmişə tam istəmişəm olsun" deyə müğənni bildirib.

Kissincer: Bu ölkə bir neçə ilə nüvə silahları yaradacaq like
  • 28 May 05:34  
Dünya Kissincer: Bu ölkə bir neçə ilə nüvə silahları yaradacaq

Yaponiya yaxın bir neçə il ərzində öz nüvə silahlarını yarada bilər.

arrow Ətraflı
Brilliant Dadaşova yenə dəyişdi like
  • 28 May 04:28  
Şou-biznes Brilliant Dadaşova yenə dəyişdi

Xalq artisti Brilliant Dadaşova yenə görünüşündə dəyişiklik edib. 

arrow Ətraflı
Qərb Bakıya buna görə təzyiq edəcək like
  • 28 May 03:41  
Siyasət Qərb Bakıya buna görə təzyiq edəcək

Şimal-Cənub nəqliyyat dəhlizi böyük, nəhəng və əlverişli bir layihə

arrow Ətraflı
“Məni sevgi ilə böyütdüyün üçün minnətdaram” like
  • 28 May 02:34  
Şou-biznes “Məni sevgi ilə böyütdüyün üçün minnətdaram”

Aktrisa Nərgiz Əliyeva anası ilə bağlı paylaşım edib.

arrow Ətraflı
İllər məşhur gözəlləri necə dəyişdi?  O vaxt və indi like
  • 28 May 01:28  
Şou-biznes İllər məşhur gözəlləri necə dəyişdi? O vaxt və indi

1990-cı illərdə podiumlara hər çıxışı ilə insanları valeh edən göz�

arrow Ətraflı
Türkiyə səfirliyi ölkəmizi Müstəqillik Günü münasibətilə təbrik edib  FOTO like
  • 28 May 00:50  
Siyasət Türkiyə səfirliyi ölkəmizi Müstəqillik Günü münasibətilə təbrik edib FOTO

Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizi Müstəqillik Günü münasi

arrow Ətraflı
Azərbaycanlı iş adamı xanımlarda bu xüsusiyyətləri bəyənmir like
  • 28 May 00:43  
Şou-biznes Azərbaycanlı iş adamı xanımlarda bu xüsusiyyətləri bəyənmir

Rusiya və MBD ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş

arrow Ətraflı
Yekunlaşan dərs ilində tibbi ARAYIŞ tələb etməyin adı nədir? like
  • 28 May 00:31  
Digərləri Yekunlaşan dərs ilində tibbi ARAYIŞ tələb etməyin adı nədir?

Tədris ilinin sonuna az qalmış məktəblilərdən tibbi arayış tələb olun

arrow Ətraflı
Azərbaycanda Müstəqillik Günüdür like
  • 28 May 00:10  
Siyasət Azərbaycanda Müstəqillik Günüdür

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.

arrow Ətraflı
Günün qoroskopu: Kiçik maliyyə itkiləri olacaq like
  • 28 May 00:01  
Digərləri Günün qoroskopu: Kiçik maliyyə itkiləri olacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Kəlbəcərin “İstisu”yu 31 il sonra satışda  FOTO like
  • 27 May 23:55  
Digərləri Kəlbəcərin “İstisu”yu 31 il sonra satışda FOTO

31 il sonra min bir dərdə dərman olan Kəlbəcərin "İstisu"yu Bak

arrow Ətraflı
Ana və 2 körpəsi 13cü mərtəbədən yıxılıb öldülər like
  • 27 May 23:46  
Digərləri Ana və 2 körpəsi 13cü mərtəbədən yıxılıb öldülər

Türkiyədə ana və 2 azyaşlı övladı faciəvi şəkildə ölüb.

arrow Ətraflı
Rusiyaya məxsus 3 PUA vuruldu like
  • 27 May 23:38  
Dünya Rusiyaya məxsus 3 PUA vuruldu

Ukrayna qoşunları Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikasını

arrow Ətraflı
Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həbs edilib  Baş Prokurorluq like
  • 27 May 23:30  
Siyasət Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həbs edilib Baş Prokurorluq

Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə

arrow Ətraflı