Tramp məhkəmədə mühakimə olunacaq ABŞ tarixində ilk!
Dünya 31 Mar 2023 18:02:00 300 0
Nyu-Yorkda keçirilən Manhetten böyük münsiflər heyəti ABŞ-nin sabiq Prezidenti Donald Trampı 2016-cı il seçkiləri ərəfəsində pornoaktrisa Stormi Denielsə 130 min dollar ödəməklə "Trump Organization"nun maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham etmək üçün səs verib. Eyni zamanda Manhetten prokurorları onu 30-dan çox biznes fırıldağında ittiham edirlər.
Bu xəbəri də oxu: Britaniyanın ən böyük bankı Rusiya və Belarusu cəzalandırdı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da ABŞ tarixində ilk dəfədir ki, keçmiş Prezidentə qarşı cinayət işi başlanılmış olacaq və o, məhkəmədə rəsmən mühakimə olunan ilk eks-Prezident olacaq.
İddiaya görə, sözügedən məbləği Denielsə Trampın vəkili Maykl Koen çatdırıb. 76 yaşlı siyasətçi həmin ödənişin guya "siyasi kampaniyaya xərcləmə" kimi qələmə verilməsində ittiham olunur ki, bu da saxtakarlıq kimi qiymətləndirilə bilər. Eks-prezidentin özü həm Denielslə əlaqəni, həm də onun aldığı ödənişlə bağlılığını inkar edib. Tramp öz sosial şəbəkə hesabında ona qarşı ittihamı "siyasi təqib və seçkilərə ən yüksək səviyyədə müdaxilə" kimi dəyərləndirib: "Bu, tarixdə ən yüksək səviyyədə siyasi təqib və seçkiyə müdaxilədir".
Bundan əlavə, Tramp Manhetten prokuroru Elvin Braqqanı Nyu-Yorkda törədilən cinayətlərlə mübarizə aparmaq əvəzinə ABŞ-ın hazırkı Prezidenti Co Bayden üçün "çirkli iş görməkdə" də ittiham edib.
Fotoda Stormi Deniels
44 yaşlı Stormi Deniels (əsl adı Stefani Klifford) 2006-cı ildə Trampla seksual əlaqəyə girdiyinə görə susması müqabilində 130 min dollar aldığını bildirib. Maykl Koen isə bildirib ki, o, Deniels və başqa bir qadın, keçmiş "Playboy" modeli Karen Makduqal üçün Trampla ödənişləri koordinasiya edib.
Koen 2018-ci ildə kampaniyanın maliyyə pozuntularına görə təqsirli bilinib və bir ildən çox həbsxanada yatıb.
Aprelin 29-dan sonra ölkəyə istehsal ili 2013-dən aşağı olan maşınları
Azərbaycanın keçmiş işğal altında olan ərazilərində yaradılmış qond
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti
Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda ittiham olunan v�
Meyxanaçı Orxan Lökbatanlı "13 sual" yutub layihəsinin qonağı o
"Walt Disney" şirkəti xərclərin azaldılması kampaniyası çərç
Moskvada balaca qız maqnit konstruktordan 12 kürə udub. Maqnit kürələr bir
Prezident Emmanuel Makron hökuməti miqrantları buraxmır, lakin terrorçular�
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yolux
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artist