“Maşının işıqları killerin gözünə düşüb, ona görə də Fazil Mustafanın...” Məşhur kriminalist detalları açdı


Digərləri 29 Mar 2023 16:50:00 230 0

“Maşının işıqları killerin gözünə düşüb, ona görə də Fazil Mustafanın...”  Məşhur kriminalist detalları açdı

"Sözsüz ki, bu, sui-qəsd hadisəsidir. Silahlı basqı edənin atəş sayı, güllələrin xəsarət yaratma gücü, üzbəüz hədəf seçimi və davranışından məlum olur ki, məqsəd Fazil Mustafanı öldürmək olub. Buna gülləboran deyilir".

Son.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Almaniyada yaşayan azərbaycanlı kriminalist İlqar Altay deyib.

O, Milli Məclisin deputatı Fazil Mustafanın ötən gün Zabratdakı evinin qarşısında güllələnməsi hadisəsinə münasibət bildirib.

İ.Altayın fikrincə, deputat maşının qabaq şüşəsindən içəri atılan çoxsaylı 8-10-15 güllənin hər biri ölüm yarada bilərdi:

"Sadəcə, Allahın təsadüfü və olsun ki, bir qədər də killer səriştəsizliyi, həm də şərait imkan verməyib. Ola bilər, axşam maşının işıqları güclü yanılı olub, öndən atəş açanın gözünə düşüb, həyati vacib bədən nahiyələrini dəqiq təyin edə bilməyib. Bu məsələdə xəbərdarlıq yoxdur, birbaşa ölümə açılan atəşlərdir. Çiyindən və ayaqdan vurma isə bir xoş təsadüfdür. Qəsdən istəsən belə, o qaranlıqda, maşının içində çiynini, və ya ayağını necə seçib vurmaq olar?"

Kriminalist söyləyib ki, hadisənin motivi əsas məsələdir:

"Kriminalistika da, kriminologiyada da və xüsusən də, bu hadisədə. Çünki, sui-qəsd edilən, vurulan millət vəkili, dövlət xadimidir. Güman ki, motiv dövlətə qarşı terror, ya da zərərçəkənə qarşı qisas ola bilər. Dini zəmini də inkar etmək olmaz. Ancaq mən bir ixtisaslı kimi, gümanı əsas götürmürəm, heç olmasa müəyyən qədər obyektiv faktlar olmalıdır. Faktlar, sübutlar, arqumentlər isə düşünürəm ki, çox çəkmədən aparılan əməliyyat-istintaq və yaxud digər, real məlumatlardan ortaya çıxar".

Onun sözlərinə görə, bu hadisənin icraçısı və təşkilatçıları yəqin ki, yerli şəxslərdən, sifarişçiləri isə həm xarici ölkələr, mərkəzlərdən,- İran və s. - həm də ölkə daxilindən ola bilər:

"Bunlar da yaxın zamanla aydınlaşmalıdır. Məsələ də, motiv də istənilən halda çox ciddidi. Hadisə planlı, hazırlıqlıdır, əməl isə kəskin və görk etmə tiplidir. Bu qəddar, həyasız cinayətin üstü mütləq obyektiv, dürüst və səlist olaraq açılmalıdır, günahkarlar tapılıb, layiqli cəzalarını almalıdırlar. Məsələni və prosesi bir ixtisaslı kimi, mən də xüsusən izləyirəm, diqqət-nəzərimdə saxlayıram. Detallar açıldıqca, faktlar və əsaslar yarandıqca, fikirlərimizi daha dolğun və obyektiv formalaşdırarıq. Mümkündür ki, bu qəsd milli-dövlətçilik və milli-mənafeni hədəfə alma məqsədli olsun"

“Evliliyimdə sərhəd yoxdur”  VİDEO like
  • 29 Mar 16:46  
Şou-biznes “Evliliyimdə sərhəd yoxdur” VİDEO

Bir neçə ay öncə ailə quran şair Vüqar Əhmədin xanəndə qızı Almaxan

arrow Ətraflı
Güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq  XƏBƏRDARLIQ like
  • 29 Mar 16:40  
Digərləri Güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava �

arrow Ətraflı
Qadın eyni vaxtda iki kişi ilə nikaha daxil oldu  VİDEO like
  • 29 Mar 16:35  
Dünya Qadın eyni vaxtda iki kişi ilə nikaha daxil oldu VİDEO

İtaliyada baş tutan nikah mərasimi ölkədə geniş müzakirələrə səbəb

arrow Ətraflı
Prezident Formula 1lə bağlı sərəncam imzaladı like
  • 29 Mar 16:26  
Siyasət Prezident Formula 1lə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev 2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təş

arrow Ətraflı
Güneyli qız: Lazım gəlsə gedib savaşaramVİDEO like
  • 29 Mar 16:24  
Digərləri Güneyli qız: Lazım gəlsə gedib savaşaramVİDEO

Güney Azərbaycanlı qızın paylaşımı sosial şəbəkədə ciddi maraq doğ

arrow Ətraflı
Prezident Fazil Mustafa ilə bağlı göstəriş verdi like
  • 29 Mar 16:15  
Siyasət Prezident Fazil Mustafa ilə bağlı göstəriş verdi

Xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilər

arrow Ətraflı
Prezidentin köməkçisi Anar Ələkbərov Fazil Mustafanı ziyarət edib like
  • 29 Mar 16:14  
Siyasət Prezidentin köməkçisi Anar Ələkbərov Fazil Mustafanı ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Meh

arrow Ətraflı
"Mənə görə qızı olan analar ikinci dəfə ailə qurmazlar" like
  • 29 Mar 16:13  
Şou-biznes "Mənə görə qızı olan analar ikinci dəfə ailə qurmazlar"

"Həyat yoldaşım, böyük sənətkar Yusif Vəliyev rəhmətə gedəndən

arrow Ətraflı
"İsraildə Azərbaycan səfirliyinin açılması bu sahələrdə əməkdaşlığı daha da genişləndirəcək" like
  • 29 Mar 16:12  
Dünya "İsraildə Azərbaycan səfirliyinin açılması bu sahələrdə əməkdaşlığı daha da genişləndirəcək"

İsraildə Azərbaycan səfirliyinin açılması müdafiə və mülki sahədə �

arrow Ətraflı
Azərbaycan balı niyə Avropa bazarına çıxarılmır?  VİDEO like
  • 29 Mar 16:02  
Digərləri Azərbaycan balı niyə Avropa bazarına çıxarılmır? VİDEO

Avropa İttifaqı ölkələrinin idxal etdiyi balın, təxminən yarısı, başq

arrow Ətraflı
Fazil Mustafa kimdən şübhələndiyini açıqladı like
  • 29 Mar 16:00  
Digərləri Fazil Mustafa kimdən şübhələndiyini açıqladı

"Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arioğflu dünən silahl

arrow Ətraflı
Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb  FOTO like
  • 29 Mar 15:51  
Siyasət Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri

arrow Ətraflı
Putinə xəyanət edən oliqarxlar like
  • 29 Mar 15:29  
Digərləri Putinə xəyanət edən oliqarxlar

Ukrayna ilə müharibə şəraitində bir çox rusiyalı məmurlar və müxtəli

arrow Ətraflı
Gübrə bahalaşır, fermərlərin vəziyyəti isə çətinləşir  VİDEO like
  • 29 Mar 15:18  
Digərləri Gübrə bahalaşır, fermərlərin vəziyyəti isə çətinləşir VİDEO

Xaricdən ölkəmizə idxal olunan gübrələrin qiyməti artıb.

arrow Ətraflı