Xameneiyə suiqəsd, SEPAHda üsyan: nə baş verir?


Digərləri 25 Mar 2023 16:12:00 148 0

Xameneiyə suiqəsd, SEPAHda üsyan: nə baş verir?

İranda rejimin dayağı hesab olunan SEPAH daxilində parçalanmalar yaşanır. Bu fikir ayrılıqları xüsusilə etirazlara münasibətdə müşahidə edilir. Hətta SEPAH daxilində Xameneiyə sui-qəsd planlarının qurulduğuna dair məlumatlar var.

Son.az axar.az-a istinadən bildirir ki, üstü açılan sui-qəsd planı haqda məlumat bu ilin 3 yanvar tarixində SEPAH-ın 58 komandiri ilə Xameneinin 4 saat davam edən görüşünün hakerlər tərəfindən ələ keçirilən və "İran İnternational" saytı tərəfindən yayımlanan stenoqramında ortaya çıxıb.

Məlumatlara görə, ötən ilin payızında etirazların davam etdiyi vaxt SEPAH-ın bir qrup hərbçisi Tehranda bir sıra dövlət obyektlərini artilleriya atəşinə tutmaq qərarına gəlib. Artilleriya atəşinə tutulacaq hədəflərdən biri də dini rəhbər Əli Xameneinin iqamətgahı olub. Lakin sui-qəsdin üstü açıldığı üçün hücum baş tutmayıb və üsyançı hərbçilər həbs edilib.

Bu məlumat İran rejimi daxilində qarşıdurmanın hansı səviyyədə olduğundan xəbər verir və bunu "İran İnternational" saytının yaydığı stenoqramda daha aydın görmək mümkündür.

Məxfi toplantıda SEPAH komandirləri Xameneiyə mövcud problemlərdən danışır, ondan kömək istəyir, amma həm də bir sıra mətləbləri də etiraf edirlər.

1. Ordu daxilində rejim əleyhdarları getdikcə çoxalır;

2. SEPAH zabitləri rejimə qarşı etirazlara dəstək verir;

3. Xameneiyinin oğlu Müctəbanın SEPAH-a müdaxiləsindən narazıdırlar;

4. Rəisi hakimiyyətini qəbul etmirlər;

58 məruzəçinin danışdıqları belə nəticəyə gəlməyə imkan verir.

SEPAH-da Xameneiyə qarşı çıxanlar var

SEPAH-da vilayəti-fəqihin (Ali dini liderin) nümayəndəsi Hüccətül-islam Abdullah Hacı Sadiqi deyir ki, SEPAH qüvvələrində vəziyyət ötənilki ilə eyni deyil, geriləmələr var.

"Lakin SEPAH hələ də rəhbərin arxasındadır", - Abdullah Hacı Sadiqi belə deyir və bununla həm də SEPAH daxilində dini rəhbər Xameneiyə əks mövqedə olanların mövcudluğuna da işarə edir. O, ordu daxilindəki qruplaşmaların və qarşıdurmaların olduğunu da qeyd edir.

"Burada söhbət 600 mindən çox müxtəlif qüvvələrdən ibarət silahlı qüvvələrin üzvlərindən gedir. Hacı Qaani (SEPAH-ın Qüds qüvvələrinin rəhbəri İsmayıl Qaani) Qüds qüvvələrinin tərkibindədir. Onlar isə təsdiq edərlər ki, bizdə (silahlı qüvvələrin sırasında) ümumiyyətlə islami və dini inancları olmayan qüvvələr var. Onlar bu ölkə üçün döyüşürlər və biz öz qüvvələrimizdən gözlədiyimizi (sadiqliyi) onlardan gözləmirik. Bu bir sızmadır və buna şübhə yoxdur. Ölkənin təhlükəsizlik qurumlarının məlumat və statistikasında isə bu sızmaların 12 faizdən başlayaraq 68 faizə qədər rəqəmləri əhatə etdiyi bir çox hesabatlar var. Məlumat və statistika göstərdi ki, bu silahlı qüvvələr arasında etirazlar fərqlidir. Onların hər biri hansısa formada etiraz edir. Lakin etirazlarda konsensus yoxdur. Münaqişə var. Məlumdur ki, hər iki tərəfin ümumi məsələyə görə etiraz etdiyi briqada və ya orduda münaqişə olub. Amma onlar sistemi dəstəkləmək və onun çatışmazlıqlarına dözmək və sistemlə üzləşmək üçün üz-üzə dayanıblar. Əsas odur ki, sızma haqqında statistik məlumatları düzgün ola bilər", - Hacı Sadiqi bildirir.

Komandirlərin qarşıdurması

İmam Hüseyn nahiyyəsinin SEPAH rəhbəri, polkovnik Ehsan Xuşidinin çıxışı isə ordu rəhbərliyi arasında qarşıdurmanın olduğunu, məlumat mübadiləsinin aparılmadığını, həmçinin, hərbçilər arasında oğruluq edənlərin artdığını göstərir.

Ehsan Xuşidin deyir: "Dəyərli şəxslərin sözlərini dinlədim. Birdən hiss etdim ki, nəinki bizim döyüş, kəşfiyyat və hərbi hissələrimizdə qarşıdurmalar var, hətta komandanlıq səviyyələri arasında düzgün məlumat, xəbər mübadiləsi aparılmır. Gənc qadının öldürülməsi bəhanəsi ilə Əlburz Korpusunda keçirilən etiraz aksiyalarının ilk günlərində yeni iğtişaşların səbəbinin bu olduğuna dair fikir birliyi var idi".

Sərhədçilər rejimə qarşı

SEPAH Quru Qoşunlarının Mədinədəki regional qərargahının komandiri, general Məhəmməd Mərani isə bu əyalətdə başlayan etirazlardan sonra 13 sərhəd əməkdaşının təhlükəsizlik tərəfindən həbs edildiyini də nəzərə çatdırıb. Generalın sözlərinə görə, həmin insanlar əks-inqilaba və silah daşınmasına kömək ediblər. Onlar Pakistan sərhədindən ölkəyə daxil olublar. "Ölkənin şərq sərhədindəki qüvvələr arasında İslam sisteminə inanclarda boşluq çox görünür. Mənim tabe olduğum qüvvələrin sistemi dəstəkləmək imkanları getdikcə zəifləyir. SEPAH hər həftə əyalətin küçələrindən ən azı bir və ya iki güclü partlayıcı toplayır. Bu bölgədə İnqilab Keşikçiləri ilə bağlı yataqxana və ya komplekslərdə növbətçi əsgərlərin fərarilik səviyyəsinin qeyri-adi olduğu bildirilir".

SEPAH Rəisi hakimiyyətini və Xameneiyinin oğlunu qəbul etmir

SEPAH generalları əsas günahkar kimi siyasi hakimiyyəti göstərirlər. İkinci briqada generalı Əli Rza Sədrniya deyib ki, o, problemi Ruhani və Rəisi iqtidarının bacarıqsızlığında görür.

"Bu cənablar nəinki ölkənin idarəsində, hətta camaatın haqqı olan istəklərinin yerinə yetirilməsində lazım olandan azını ediblər. Dövləti ailə qismində idarə edirlər və bütün üstün imtiyazları öz tərəfdarlarına verirlər. Vilayətlərin vəziyyətinə baxmaq kifayət edir. Yeni dövlətdə müdirlərin savadsızlığı ən pik həddədir. Mən Əlburz vilayətində elə müdirlər tanıyıram ki, heç bilmirlər onların müdirlik sahələri nədir, hələ müdirlik stuluna əyləşməmiş, qohumlarının yarısını müdirlik çərçivəsinə təyin edib iş sahibinə çevirir. Həzrət Ağa, ölkədəki problemləri yüksək və orta sıralardakı rəhbərlərin bəzilərinin savadsızlığı yaradır. Mətnin davamında bənzər şikayətlər yer alır və bildirilir ki, belə xırda problemlər cəmləşib ölkə problemini yaradırlar və bu problemlər yalnız Həzrət Ağanın əli ilə həll oluna bilər", - deyə o Xameneiyə xitab edib.

Ordu rəhbəri Murtuza Əmu Mehdi də hakimiyyəti tənqid edib: "Haşimi dövlətindən tutmuş Rəisiyə qədər hamıdan şikayətimiz var. Əgər ölkənin iqtisadiyyatı əvvəldən bu vəziyyətdə idisə, hansı səbəb insanları əsəbləşdirə bilərdi? Bu vəziyyətin günahkarı özünə tabe olan məmura qadının inkişafının təhqir və ədəbsizliklə paralel ola bilməyəcəyini öyrədə bilməyən rəhbərdədir. Biz sabah haradan bilə bilərik ki, ölkənin xəstə iqtisadiyyatı hara gedib çıxacaq. İllərdir gözübağlı şəkildə "gözüm üstə" deyən kişi və qadınlar artıq öz ürək ağrılarını təhdidlə cavablayırlar. Burada yığılan bu qədər mühafizə burada nə edirlər? Biz sistemə daxil deyilik? Biz müharibədən sonra da həmişə rəhbərliyin mövqeyində olmuşuq və olacağıq da, lakin ölkənin təəssüf doğuran vəziyyəti cənab Ruhaninin ağılsızlığı, savadsızlığı, eləcə də dövlətin bacarıqsızlığı və daha da pisi Rəsinin savadsız dövlətinin olmasıdır".

SEPAH komandirləri Xameneiyinin ikinci oğlu, "Bəsic" və SEPAH-ın Qüds qüvvələrində güclü nüfuza malik olan Müctəba Xameneiyinin müdaxilələrinə də etiraz ediblər.

Bu məlumatlar İran rejiminin daxildə çürüdüyünü təsdiq edir və belə görünür ki, SEPAH-ın hakimiyyəti ələ keçirmək üçün ölkədə çevriliş etmə perspektivi istisna deyil. Belə bir perspektivi özündən sonra yerinə oğlunu gətirməyi planlaşdıran Xameneiyi və mövcud siyasi hakimiyyətin qəbul etməməsi rejim daxilində çatları daha da dərinləşdirə bilər.

Müharibənin son mərhələsi başlaya bilər  Sky News like
  • 25 Mar 16:00  
Dünya Müharibənin son mərhələsi başlaya bilər Sky News

"Rusiya ordusu hücum tempini 80 faiz aşağı salıb və hücumdan müdafi

arrow Ətraflı
Nemət Veysəlli vəfat etdi  FOTO like
  • 25 Mar 15:56  
Digərləri Nemət Veysəlli vəfat etdi FOTO

Yazıçı-publisist Nemət Veysəlli vəfat edib.

arrow Ətraflı
Moskvanın mərkəzində elektrik yarımstansiyası partladı like
  • 25 Mar 15:45  
Dünya Moskvanın mərkəzində elektrik yarımstansiyası partladı

Rusiyanın paytaxtı Moskva şəhərindəki "Moskva Siti" ticarət mə

arrow Ətraflı
Robert Köçəryan müalicə üçün Almaniyaya gedib like
  • 25 Mar 15:24  
Digərləri Robert Köçəryan müalicə üçün Almaniyaya gedib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan müalicə üçün Almaniya

arrow Ətraflı
Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi  FOTO like
  • 25 Mar 15:00  
Dünya Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi FOTO

Venesuelanın hüquq-mühafizə orqanları ölkədə ən fəal şəkildə axtar�

arrow Ətraflı
XİNdən Ermənistana çağırış like
  • 25 Mar 14:56  
Siyasət XİNdən Ermənistana çağırış

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 23 mart 2023-c�

arrow Ətraflı
Bakıda kişi qaynı tərəfindən bıçaqlandı like
  • 25 Mar 14:48  
Kriminal Bakıda kişi qaynı tərəfindən bıçaqlandı

Bakıda kişi qaynı tərəfindən bıçaqlanıb.

arrow Ətraflı
Bakı metrosunda sərnişin qatarın altında qaldı like
  • 25 Mar 14:35  
Digərləri Bakı metrosunda sərnişin qatarın altında qaldı

Bakıda sərnişin metro qatarının yoluna düşüb.

arrow Ətraflı
Bu sürətlə getməsəniz, cərimələnəcəksiniz  Sürücülərin diqqətinə! like
  • 25 Mar 14:32  
Digərləri Bu sürətlə getməsəniz, cərimələnəcəksiniz Sürücülərin diqqətinə!

Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səvi

arrow Ətraflı
Vüqar Qurbanovdan generalın qardaşının yerinə təyinat like
  • 25 Mar 14:22  
Digərləri Vüqar Qurbanovdan generalın qardaşının yerinə təyinat

Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib.

arrow Ətraflı