Rusiyadan etiraz yaradan təklif –
Dünya 18 Mar 2023 23:28:00 261 0
BMT Təhlükəsizlik Şurası Ukraynanın işğal edilmiş Donetsk vilayətindəki separatçı rejimin "ombudsman"ı Darya Morazovanın şurada çıxış etməsi təklifini rədd edib.
Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Rusiyanın tələbi ilə toplanan BMT TŞ-nin 15 üzvündən 8-i təklifin əleyhinə səs verdiyi halda, Rusiya nümayəndə heyəti də daxil olmaqla, yalnız 4-ü lehinə səs verib, 3 üzv bitərəf qalıb.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Morazovanın şurada çıxış istəyi ilə bağlı belə deyib:
"Bu, Rusiyanın (Ukrayna ərazisini) qeyri-qanuni ilhaq səylərini qanuniləşdirmək və qeyri-legitim hakimiyyətin tanınmasını dolayısı ilə genişləndirmək üçün açıq cəhddir. Şuranın qondarma Donetsk Xalq Respublikasının ombudsmanı olduğunu iddia edən hər hansı bir şəxsi dəvət etməsi yersizdir".
"Ombudsman"ın dinlənilməsini istəyən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya isə "Donbasdakı fəlakətli humanitar vəziyyət" haqda birinci əldən məlumat almaq imkanı vermək ideyası ilə Morozovanı şuraya dəvət etməyi təklif etdiklərini bildirib.
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq Martın 19-da müş
İngiltərəli ekspertlərin fikrincə, "şərab insan orqanizminə xeyirli
Müğənni Zenfira İbrahimova həyat yoldaşının xəyanətini tutduğunu bild
"Qarabağda işğalçılar tərəfindən dağıdılmış yüzlərlə kənd,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martı
Britaniyalı sosioloqlar kişi və qadınlarda cinsi əlaqə üçün ideal vaxtl
Dünyanın müxtəlif ölkələrinin liderləri və diplomatları Beynəlxalq Ci
"Atam Füzulidə "sovxoz" direktoru olub. O vaxta görə o vəzif
Amerikanın Pirssburq Universitetini alimləri müəyyən ediblər ki, Afrikanı
"Bir küçük gün ışığı" serialının ulduzu, məşhur türk akt
Onkoloq-mammoloq Danail Nazliev öz bloqunda "Kama Sutra"da döş xər
Son vaxtlar sosial şəbəkələrdən istifadə edilməklə müxtəlif kiberdəl