İnsan ən çox neçə il ömür sürə bilər?


Digərləri 25 Yan 2023 21:10:00 171 0

İnsan ən çox neçə il ömür sürə bilər?

Dünyanın ən uzunömürlü insanı olan 118 yaşlı fransız rahibəsi Lucile Randon bu il yanvarın 18-də vəfat etdi. Onun ölümündən sonra 115 yaşlı ispan Maria Branyas Morera dünyanın ən yaşlı insanı kimi Ginnesin rekordlar kitabına düşdü.

Son.az AZƏRTAC-a istinadən insanın ən çox neçə il ömür sürə bilməsi ilə bağlı alimlərin qənaəti əsasında hazırlanan araşdırma-yazını təqdim edir.

Alimlər uzun illərdir insanın ən çox neçə yaşına qədər yaşaya biləcəyi ilə bağlı araşdırma aparır, müxtəlif rəqəmlər səsləndirirlər. Məsələn, 18-ci əsrdə fransız təbiətşünası Georges-Luis Leclerc qəza və ya xəstəlik keçirməyən bir insanın 100 il yaşaya biləcəyi nəzəriyyəsini irəli sürmüşdü. O vaxtdan bəri həyat şəraitinin yaxşılaşması və tibbin inkişafı insan ömrünün uzanmasına yol açıb. Bu gün "super 100" olaraq ifadə edilən 110 və daha yuxarı yaşdakı insanların sayının artması ilə elm dünyası "Sağlam insan nə qədər yaşaya bilər?" sualını yenidən müzakirə etməyə başlayıb.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, on il əvvəl 100 və daha yuxarı yaşda olan insanların sayı 353 min nəfər idisə, 2021-ci ildə bu rəqəm 593 mini keçib.

Bəzi alimlərin fikrincə, insan ömrü ciddi bioloji göstəricilərdən asılıdır. Genetiklərin bəziləri 1990-cı illərin sonundan bəri insan ömründə heç bir yaxşılaşma olmadığını irəli sürürlər. Beynəlxalq demoqrafik məlumatları təhlil edən tədqiqatçılar dünyada daha çox yaşlı insanların olmasına baxmayaraq, fransız Jeanne Kalmentin (red: 122 yaş - 1997) ölümündən sonra insan ömrünün maksimum azaldığını bildirirlər. Bu fikirləri dəyərləndirən fransız demoqraf Jean-Marie Robinin sözlərinə görə, ümumi rəy ondan ibarətdir ki, insan ömrünün təbii bir həddi var və araşdırmaçılar uzunömürlülüyün təxminən 115 il ilə məhdudlaşdığı qənaətinə gəliblər.

2018-ci ildə aparılan bir araşdırma isə göstərmişdi ki, ölüm nisbəti 85 yaşa qədər artsa da, ondan sonra yavaşlayır. Bu nəzəriyyəyə görə, 110 yaşında 12 nəfər varsa, altısının 111 yaşa, üçünün isə 112 yaşa qədər ömür sürməsi gözlənilir və s. Belə olan halda, əsrlər keçdikcə, uzunömürlülərin də sayının artması mümkündür.

"Həmişə olduğu kimi biz araşdırmağa davam edəcəyik və uzunömürlü insanların səhhəti getdikcə yaxşılaşacaq" - deyən Jean-Marie Robin bu araşdırmanın insan ömrünün yuxarı həddi olduğu anlamına gəlmədiyini də vurğulayıb.

Bayağı filmlər ciddi filmlərdən niyə daha çox izlənir? like
  • 25 Yan 21:00  
Şou-biznes Bayağı filmlər ciddi filmlərdən niyə daha çox izlənir?

"Əgər, bir filmə büdcə ayrılıbsa, həmin filmin büdcəsindən əlav

arrow Ətraflı
Əməliyyat olunan Əməkdar artistin xanımı: “Nəfəs almasında problemi var” like
  • 25 Yan 20:49  
Şou-biznes Əməliyyat olunan Əməkdar artistin xanımı: “Nəfəs almasında problemi var”

"Vahid müəllimin açıq ürək əməliyyatı uğurla keçdi. Hazırda evd

arrow Ətraflı
Bu hallarda ər arvadını boşaya bilməz  Qanun nə deyir? like
  • 25 Yan 20:41  
Digərləri Bu hallarda ər arvadını boşaya bilməz Qanun nə deyir?

Ərin nikahın pozulmasını tələb etmək hüququ aşağıdakı halda məhdu

arrow Ətraflı
Günün günortasında küçədə atışma  VİDEO like
  • 25 Yan 20:40  
Dünya Günün günortasında küçədə atışma VİDEO

Türkiyənin Elazığ şəhərində gündüz vaxtı küçədə iki nəfər aras�

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 25 Yan 20:30  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 42 yeni yolux

arrow Ətraflı
Bülent Ersoy bunun üçün səhnəyə çıxmayacaq  FOTO like
  • 25 Yan 20:29  
Şou-biznes Bülent Ersoy bunun üçün səhnəyə çıxmayacaq FOTO

Türk sənət musiqisinin divası Bülent Ersoy həyatından bəhs edəcək film

arrow Ətraflı
Türkiyəli futbolçu boşandı like
  • 25 Yan 20:20  
Digərləri Türkiyəli futbolçu boşandı

Türkiyəli futbolçu Özer Hurmacının Mihriban Hurmacı ilə 7 illik evliliyi

arrow Ətraflı
“Evini qurtarmaqdansa, özünü xilas edərdi”  Kübra Əliyeva like
  • 25 Yan 20:11  
Şou-biznes “Evini qurtarmaqdansa, özünü xilas edərdi” Kübra Əliyeva

"Vaxt istəyirdi, deyirdi, Allah mənə imkan versin balamı məktəbə apa

arrow Ətraflı
Abramoviçin şirkətini bir funta aldı like
  • 25 Yan 20:00  
Digərləri Abramoviçin şirkətini bir funta aldı

Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britan

arrow Ətraflı
“Tünzaləyə hörmətlə yanaşın, arxasınca danışmayın”  VİDEO like
  • 25 Yan 19:49  
Şou-biznes “Tünzaləyə hörmətlə yanaşın, arxasınca danışmayın” VİDEO

Son günlər Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünza

arrow Ətraflı
Britaniya taxttacı “Twitter”i məhkəməyə verdi like
  • 25 Yan 19:31  
Dünya Britaniya taxttacı “Twitter”i məhkəməyə verdi

Britaniya taxt-tacının əmlakını idarə edən "The Crown Estate" �

arrow Ətraflı
Ceyhun Bayramov İƏT Baş katibi ilə regional məsələləri müzakirə etdi like
  • 25 Yan 19:21  
Siyasət Ceyhun Bayramov İƏT Baş katibi ilə regional məsələləri müzakirə etdi

Yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayr

arrow Ətraflı
Rafael İsgəndərov 22 il sonra onunla bir arada  FOTO like
  • 25 Yan 19:20  
Şou-biznes Rafael İsgəndərov 22 il sonra onunla bir arada FOTO

Əməkdar artist Rafael İsgəndərov yeni paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı