Buna qarşı yeni tədbirlər görüləcək Nazirlik çağırış etdi
Digərləri 21 Yan 2023 11:40:00 302 0
Azərbaycanda qanunsuz sahibkarlığın aradan qaldırılması ilə bağlı yeni tədbirlər həyata keçiriləcək.
Bu xəbəri də oxu: Gündüzün günorta vaxtı səmada qeyriadi görüntü
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının uçotunu aparmaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilib.
Qeyd olunan vəzifələrin həyata keçirilməsi, o cümlədən sahibkarlıq sahəsində şəffaf və rəqabətli mühitin yaradılması, qanunsuz sahibkarlığın aradan qaldırılması və məsafədən nəzarət imkanlarının genişləndirilməsi məqsədilə Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dəstəyi ilə respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini təmin edəcək.
Dislokasiya prosesləri zamanı Vergi Məcəlləsinin 33.2-ci maddəsinin tələblərinə uyğun, olduğu ünvan üzrə vergi uçotuna alınmalı olan filial, nümayəndəlik və ya digər təsərrüfat subyektlərində (obyektlərində) aşağıdakı 3 istiqamətdə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçiriləcək:
- təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması və məlumatlarının dəqiqləşdirilməsi;
- təsərrüfat subyektlərinin (obyektlərinin) faktiki məlumatlarının dürüstlüyü (ünvanı, coğrafi koordinatları, sahəsi, mülkiyyətçisi və ya istifadəçisinə dair məlumatlar, fəaliyyət istiqamətləri və s.);
- təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyətinin vergi qanunvericiliyinin tələblərinə cavab verməsi vəziyyəti.
Dislokasiya tədbirləri Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən həyata keçiriləcək. Prosesə obyektlərin elektron xəritəsinin yaradılması üzrə zəruri texniki biliklərə malik olan "4MAPS BİLGİ TEKNOLOJİLERİ" MMC-nin əməkdaşları mütəxəssis qismində cəlb ediliblər.
Dövlət Vergi Xidməti dislokasiya prosesinin qısa müddətdə həyata keçirilməsi üçün sahibkarlıq subyektlərini vergi orqanları əməkdaşlarına zəruri köməkliyin göstərilməsinə dəvət edir.
Qeyd edək ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 % artaraq 15 milyard 541,5 milyon manat təşkil edib. Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9 % artaraq 8 milyard 134,9 milyon manat olub.
Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya geyimi ilə gündəmə gəlib
Bakıda uşaq ehtiyatsızlıqdan ov tüfəngi ilə dayısı oğlunu vurub.
Daxili İşlər Nazirliyi (DİN) Şəhidlər Xiyabanında baş verən insidentə
Sinif otağında kolleqası ilə əxlaqsızlıq edən müəllimə işdən qovulu
Çin zooparkında pələng üç aslan tərəfindən parçalanaraq ölüb.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hazırkı strategiyası Az
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobi
Bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət
Azeri Light markalı Azərbaycan neftinin qiyməti Auqusta İtaliya limanında C
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə
Britaniyalı aktyor Robert Pattinson ictimaiyyət qarşısına ənənəvi qadın
Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus dörd avtomobil Laçın
Valideynlər mütəmadi olaraq uşaqlarını pediatr müayinəsinə aparırlar.
Mütəxəssislər həkim təyinatı olmadan uşaqlara vitamin verən valideynlə