Populyarlaşan balaca və yumru təhlükə: Qulaqlıqların sağlamlığımıza hansı təsirləri var?
Digərləri 08 Yan 2023 17:51:00 337 0
"BMJ Global Health" jurnalında qulaqlıqların sağlamlığımıza təsiri ilə bağlı aparılan elmi tədqiqatın nəticələri dərc olunub. Alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, qulaqlıqlardan istifadə edən 1 milyarddan çox insan eşitmə itkisi riski altındadır. Yazıda qeyd edilib ki, qulaqlıqdan istifadə gənclərdə eşitmə qabiliyyətinin itirilməsinə səbəb olur. Bu səbəbdən gələcəkdə bir çox insan eşitmə qabiliyyətini itirəcək.
Bu xəbəri də oxu: Paşinyan Poqosyana yüksək vəzifə verdi
Elə ətrafımıza fikir versək, hər 5 gəncin 4-nün intensiv şəkildə qulaqlıq istifadə etdiyini görə bilərik. Naqilsiz qulaqlıqlar bazara çıxandan sonra bu tendensiya daha da artıb. Hər birimiz müəyyən zamanlarda, bəzi məqsədlər üçün qulaqlıq istifadə etməli oluruq. Lakin fikir verdikdə görürük ki, qulaqlıqdan mütəmadi istifadə edənlərin diqqəti dağınıqdır. Hətta dəfələrlə eşitmişik ki, qulaqlıqdan istifadə etdiyi üçün səsi eşitməyən, qatarın, maşının altında qalaraq həyatını və ya sağlamlıqlarını itirənlər olub.
Bəs dövrün tələbinə çevrilən bu vasitənin ümumilikdə qulaqlarımıza və sağlamlığımıza hansı təsirləri var?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Psixoloq Murad İsayev deyir ki, qulaqlıq insanlarda asılılığa səbəb olur:
"Qulaqlıqlardan istifadə həqiqətən də həddindən artıq çoxdur. Hətta demək olar ki, patoloji dərəcədədir. Bu kimi alətlər insan psixologiyasına çox pis təsir göstərir. Musiqidə müəyyən herslər olur. Musiqiçilər insanlar dinləsinlər deyə, müəyyən ritmlər, tembrlər qoyurlar. Bu da insanlarda asılılıq yaradır".
Psixoloqa görə, qulaqlığın həyatımıza vurduğu ziyanlar çoxdur:
"3 yaşa qədər uşaqlardan musiqini, qulaqlığı uzaq tutmaq lazımdır. Bəzi valideynlər isə uşaqları qulaqlıqla yatızdırırlar. Özləri qulaqlıqla hansısa bir filmə və ya musiqiyə qulaq asarkən, uşaq da qulaqlıqla yatır. Maşınla gedərkən də qulaqcıqdan istifadə etmək, zəngə cavab vermək düzgün deyil. Ona görə ki, diqqət ora yönəlir, insanlar getdiyi yola konsentrasiya ola bilmir. Naqilsiz qulaqlığın beyinə təsiri lap çoxdur. Ona görə limitli istifadə etmək lazımdır".
Həkim-audioloq Amaliya Məmmədovanın sözlərinə görə, texnikanın sürətlə inkişafı ilə əlaqədar insanların həyatına daxil olan texnoloji avadanlıqlardan biri də qulaqlıqlardır:
"Faydası harada olmağımızdan asılı olmayaraq səs və küydən uzaqlaşmağımıza kömək etməsidir. Qulaqlıqdan istifadə edərək kənardakı insanları narahat etmirsiniz".
Həkimin fikrincə, səsin qulağımızdan beynimizə daxil olma mexanizmi qulaqlıq vasitəsilə pozula bilər:
Xankəndində ermənilər qaçaq rusiyalı milyarder Ruben Vardanyanın girovlu�
Moskvanın cənub-qərbindəki yaşayış binasında mənzillərdən birində pa
Fransanın "Frans 24" telekanalı PKK terror təşkilatı ilə bağlı
Dünyanın ən gənc milyarderi hesab olunan Kayli Cenner reper sevgilisi Travis
Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Mux
Yaxın gələcəkdə Rusiya Federasiyasında hərbi xidmətə çağırışın ye
Ötən il Böyük Britaniyada 1,61 mln. ədəd yeni avtomobil qeydiyyatdan keçi
"2002-2003-cü illərdə səsim batdı. Həkimə getdim və o mənim səs t
E-poçt xidmətləri tərəfindən görülən bütün ehtiyat tədbirlərinə ba
Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi, Tennis akademiyası yaxınl�
"38 yaşımdan 40 yaşa bir neçə ay fasilə ilə keçdim, bir neçə dəf