Vitamin K Bizə nə üçün lazımdır?
Digərləri 07 Yan 2023 22:05:00 296 0
Vitamin K nədir?
Bu xəbəri də oxu: Müştərinin kərə yağı adı ilə adığı məhsul "maşın yağı" çıxdı
Əksər insanlar K vitamininin mövcudluğu haqqında heç eşitməyiblər. K vitamini A, C, E və B vitaminləri qədər populyar deyil, ama heç bilmirlər ki, vitamin K çox güclü bir qidadır. K vitamini olmadan orqanizmdəki ən vacib proseslər tamamlanmır, bir çox orqanlar öz funksiyasını lazımınca yerinə yetirə bilmir.
K vitamini orqanizm üçün çox vacib qidadır. Sümükləri gücləndirir, kalsium və orqanizmin digər "tikinti materialları" istehsalına "təkan verir". Bundan əlavə, K vitamin qan laxtalanma prosesini idarə edən vacib bir elementdir. Bu vitaminin iki növü mövcuddur: K1 və K2. Birincisi bitki qidalarında, ikincisi heyvan məhsullarında olur.
Bəs bu vitamin nə üçün tam faydalıdır? Ürək xəstəliklərinin inkişafının qarşısını alır. Kalsium sümüklər üçün vacib element hesab olunursa, onun qan damarlarında toplanması ölümcül ola bilir. Vitamin K2, damarlarda kalsiumun toplanmasının qarşısını alır, bu da öz növbəsində ürək-damar xəstəliklərinin qarşısını alır.
Dişlər üçün çox faydalıdır Protein osteokalsin, çürük və karies əmələ gəlməsinin qarşısını alır, dişlərin əsas qoruyucusudu və protein yalnız K vitamini ilə tandemdə daha aktivləşir
Sümükləri gücləndirir Zamanla sümüklərimiz qeyri-üzvi maddələrin bir hissəsini itirir və daha kövrək olurlar. Orqanizmdə kifayət miqdarda K vitamin mövcudluğu vücudda kalsiumu aktivləşdirməyə başlayır, onları gücləndirir və qırıq riskini azaldır.
Hansı qidaların tərkibi K vitamini ilə zəngindir? K vitamini menyu əlavələri şəklində qəbul edilə bilər, ancaq onu qidadan almaq daha yaxşıdır. Unutmayın ki, K vitamini yağda həll olunur. Yəni vitamin K yağların orqanizm tərəfindən udulması üçün vacib faktordur. Üstünə yağlı qida əlavə etmədən bir boşqab ispanaq (K vitamini ilə çox zəngindir) yeyirsinizsə, ondan bir qram da olsun vitamin ala bilməyəcəksiniz. Ən çox K vitamini olan qidalar:
kələm ispanaq turp gül kələm brokoli qulançar xiyar soya yaşıl lobya brüssel kələmi göyərti balqabaq qoz-fındıq qara qarağat
Omega-3 və omega-6 yağ turşu tərkibli qidalarla "yaxşı yola gedirlər". Onları birlikdə bişirərək, yalnız ləziz yemək deyil, həm də orqanizm üçün çox böyük fayda əldə edəcəksiniz.
Yunanıstan Evros çayı boyunca Türkiyə ilə quru sərhədinin bütün uzunlu
Vətən müharibəsində çiyin-çiyinə xidmət edən bir ailə düşünün. Bu
"Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir
ABŞ-ın alimləri lunatizm xəstəliyinin irsi olmasını təsdiq etdilər.
Qəbuldan daha mühüm duanın özü və Allah ilə raz-niyazdır. Baxmayaraq ki
Antibiotiklə müalicə kursu zamanı bir neçə qidalanma qaydasına əməl ets
Dəridə istənilən yara və ya kəsikləri, xüsusən də söhbət uşaqlardan
BMT-nin Parisdə yerləşən "CAP Freedom of Conscience" QHT Qarabağd
Bəzi vitaminlərin çatışmaması yuxusuzluq verə bilər.