Manna sıyığının bilmədiyiniz ZİYANLARI. Teztez yemək olmaz!
Digərləri 07 Yan 2023 21:15:00 381 0
Manna yarması buğdadan hazırlanır. Manna yarması zülal, nişasta, В1, В2, В6, Е, PP vitaminlərlə və mikroelementlərlə zəngindir, tez mənimsənilir, kalorilidir, insanı uzun müddət tox saxlayır.
Bu xəbəri də oxu: “Google Chrome”da təhlükəsizlik yoxlamasını necə həyata keçirmək olar?
Manna sıyığı cərrahi əməliyyatlardan sonra, mədə-bağırsaq xəstəlikləri və xroniki böyrək çatışmazlığı zamanı əvəzedilməz bir qidadır. Lakin artıq çəkisi olan, ateroskleroz və şəkərli diabet xəstəliklərindən əziyyət çəkən insanlar üçün bu sıyıq tövsiyə olunmur.
Saglamolun.az bildirir ki, hazırda pediatrlar 1 yaşına qədər olan uşaqlara da manna sıyığı verməyi tövsiyə etmirlər. Həkimlərin fikrinə görə 1 yaşına qədər olan uşaqların mədə-bağırsaq sistemi karbohidratları həzm etməyə hələ ki tam hazır deyil. Manna yarması isə bir çox yarmalar kimi karbohidratlarla zəngindir.
Manna yarması "qlüten" adlandırılan zülalla da zəngindir. Bəzi uşaqlarda və hətta böyüklərdə də bu zülala qarşı irsi dözülməzlik olur. Bu dözülməzliyin fonunda seliakiya xəstəliyi inkişaf edir. Bu çox ciddi xəstəlikdir. Onun nəticəsində bağırsaqların selikli qişasi o dərəcədə nazikləşir ki, burada bütün qidalı maddələrin, o cümlədən yağların, sovrulması pozulur. Vaxtında müalicə olunmadığı təqdirdə uşaq bu xəstəlikdən hətta həlak ola bilər.
Bundan əlavə manna yarmasında "fitin" adlı bir maddə vardır ki, bu maddə bağırsaqlarda kalsium, D vitamini və dəmirin sorulmasına mane olur. Uşaq orqanizmində dəmir çatışmazlığı səbəbindən dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edə bilər. Kalsium və D vitaminin çatışmazlığı isə raxit xəstəliyinə gətirib çıxarır.
İmam Əli haqqında uydurma rəvayətlər olduqca çoxdur. Biz burda onların �
Hamımız uşaqlıqdan qəhvə içməyin zərərli olduğunu eşitmişik.
İlan sancmaları üçün xarakterik əlamət 1-2 qanayan nöqtədən ibarət ol
Çinli milyarder, "Alibaba Group" kompaniyasının qurucusu və direkt
1980-ci illərin sonlarında SSRİ-də büdcə kəsiri maksimum həddə çatmı�
Bir müsəlman, hər zaman haqdan yana olmalıdır. Haqlı olan istər müsəlma
Ukrayna sərhədçiləri Rusiya komandirini məhv edərək, Baxmut yaxınlığı
Hollandiyada İkinci Dünya Müharibəsindən qalan və nasistlərin gizlətdiyi
Peşəkar stomatolojı yardım ala bilmədiyiniz halda (məsələn, gecə, şəh
Təzyiq xəstələri bilməlidir ki, bu xəstəliklə mübarizədə birinci şə
Qeybət hər şeydən əvvəl insanın mənəviyyatına mənfi təsir qoyur. Əx
Yaxşı yuxu səhhət üçün çox vacibdir. Yuxu zamanı insanın bütün orqan