Dünyanın ən xoşbəxt ölkəsinin sakinləri bunları etmirlər...


Digərləri 07 Yan 2023 17:20:00 264 0

Dünyanın ən xoşbəxt ölkəsinin sakinləri bunları etmirlər...

Finlandiya "Dünya Xoşbəxtlik Hesabatı"na ("World Happiness Report") görə 5 il ardıcıl olaraq dünyanın ən xoşbəxt ölkəsi elan olunub. Hazırda bir çoxlarını Finlandiya sakinlərini həyatlarından bu qədər qane edən səbəblərin məhz hansılar olduğu maraqlandırır.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, xoşbəxtliyin əsaslarını araşdıran finlandiyalı filosof və psixoloq Frenk Martela ölkə sakinlərinin yüksək həyat keyfiyyətini qoruyub saxlamaq və xoşbəxt olmaq üçün heç vaxt etmədiyi 3 şeyi açıqlayıb.

Onun sözlərinə görə, bunlardan birincisi finlərin özlərini heç vaxt qonşuları və ətrafdakı insanlarla müqayisə etməməsidir. O bildirib ki, Finlandiyada vətəndaşlar xüsusilə də zənginlik və maddi üstünlüklər baxımından lovğalanmağı sevmirlər.

Martela buna misal olaraq bu hadisə barədə danışıb: "Bir dəfə ölkənin ən zəngin insanlarından biri ilə qarşılaşdım. O, öz azyaşlı uşağını uşaq arabasında tramvay stansiyasına doğru aparırdı. Halbuki o özünə bahalı maşın ala və ya sürücü işə götürə bilərdi.  Lakin o bunun əvəzində ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verir. Finlandiyada uğur məhz bu deməkdir".

Martela finlərin həyatda etmədiyi ikinci cəhətin təbiətin üstünlüklərini gözardı etməmək olduğunu qeyd edib. Belə ki, 2021-ci ildə ölkədə həyata keçirilən sorğuya əsasən, finlərin 87%-i belə hesab edir ki, təbiət onlar üçün çox vacibdir. Çünki təbiət onlara ruhi sakitlik, enerji və rahatlıq bəxş edir. Bununla yanaşı, Finlandiyada işçilər yayda 4 həftəlik məzuniyyətə çıxırlar. Bir çoxları məzuniyyəti kənd ərazisinə getmək və təbiətlə baş-başa qalmaq üçün istifadə edir.

Finlandiyada sakinlərin əsla etmədikləri üçüncü cəhətə gəldikdə isə, bu, cəmiyyətdə etimadın itirilməməsidir. Qeyd olunur ki, araşdırmalara əsasən, ölkə daxilində etimad səviyyəsi nə qədər yüksəkdirsə, vətəndaşlar da bir o qədər xoşbəxtdir. Belə ki, 2022-ci ildə dünyanın 16 şəhərində 192 pulqabı yerə atılaraq "pulqabı itirilməsi" eksperimenti həyata keçirilib. Nəticəyə əsasən, Helsinkidə itirilmiş 12 pulqabıdan 11-i sahibinə qaytarılıb.

Bununla yanaşı, Finlandiyada vətəndaşların bir-birinə güvəndiyi də xüsusilə vurğulanır. Qeyd olunur ki, kimsə öz telefonunu qatarda itirərsə və yaxud notbukunu kitabxanada unudarsa, əşyasını geri əldə edəcəyinə əmin ola bilər. Həmçinin ölkədə uşaqların nəzarətsiz şəkildə küçədə oynadığını və yaxud məktəbdən evə ictimai nəqliyyatla tək qayıtdığını görmək mümkündür.

Son.az 

Canlı efirə zəng edən xanım Vasif Məhərrəmlini TƏƏCCÜBLƏNDİRDİ like
  • 07 Yan 17:11  
Şou-biznes Canlı efirə zəng edən xanım Vasif Məhərrəmlini TƏƏCCÜBLƏNDİRDİ

Əməkdar artist Vasif Məhərrəmliyə gözlənilməz sürpriz edilib. 

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 07 Yan 16:58  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 120 yeni yoluxma faktı qey

arrow Ətraflı
ATVnin efirindəki kobud səhv MÜZAKİRƏ YARATDI like
  • 07 Yan 16:51  
Digərləri ATVnin efirindəki kobud səhv MÜZAKİRƏ YARATDI

ATV kanalında Vüsalə Əlizadənin aparıcılığı ilə yayımlanan "7 c

arrow Ətraflı
Hansı halda əmlakınız müsadirə edilə bilər? like
  • 07 Yan 16:40  
Digərləri Hansı halda əmlakınız müsadirə edilə bilər?

Azərbaycan Cinayət Məcəlləsinə görə, bir sıra hallarda həbs edilənlə

arrow Ətraflı
"Hələ Allahın mənə verdiklərinin şükrünü edib qurtarmamışam...” like
  • 07 Yan 16:31  
Şou-biznes "Hələ Allahın mənə verdiklərinin şükrünü edib qurtarmamışam...”

"Biz komediya aktyorları insanların, kütlənin, bir xəstə, sıxıntıl

arrow Ətraflı
Prokurorla evləndi, qızı İlhaməyə səhnə qadağası qoydu, like
  • 07 Yan 16:20  
Kriminal Prokurorla evləndi, qızı İlhaməyə səhnə qadağası qoydu,

Son.az Kulis.az-a istinadən Xalq artisti, xanəndə Tükəzban İsmayılova haq

arrow Ətraflı
Floridadan “vurub”, Kubadan “çıxan” azərbaycanlı müğənninin qış tətili like
  • 07 Yan 16:11  
Şou-biznes Floridadan “vurub”, Kubadan “çıxan” azərbaycanlı müğənninin qış tətili

Müğənni İlkin Fuad qiş tətilində okeanın o tayına - ABŞ-a yollanıb. 

arrow Ətraflı
“İribuynuzlu heyvanlarla yeni virus yayacaqlar” like
  • 07 Yan 16:00  
Digərləri “İribuynuzlu heyvanlarla yeni virus yayacaqlar”

2023-cü ildə dünya bazarında süni ətin satışa çıxarılması proqnozla�

arrow Ətraflı
TəranəMusa cütlüyünün Şahdağdakı QIŞ ROMANTİKASI like
  • 07 Yan 15:51  
Şou-biznes TəranəMusa cütlüyünün Şahdağdakı QIŞ ROMANTİKASI

Müğənnilər Təranə Qumral və həyat yoldaşı Musa Musayev qış tətilin�

arrow Ətraflı
Günəş ləkələrindən bununla qurtulun like
  • 07 Yan 15:40  
Digərləri Günəş ləkələrindən bununla qurtulun

Kətan toxumu zəngin tərkibi ilə orqanizm üçün çox faydalıdır.

arrow Ətraflı
Nisə Qasımova: "Əgər müğənni hamiləliyini efirdə göstərirsə, ona həyasız deyirlər" like
  • 07 Yan 15:31  
Şou-biznes Nisə Qasımova: "Əgər müğənni hamiləliyini efirdə göstərirsə, ona həyasız deyirlər"

"Elə vaxtlar olub ki, çemodanlarla pul qazanmışam. Amma onları paylaş

arrow Ətraflı
Azyaşlı qızın kənddə macərası: "Biabır olmuşduq..." like
  • 07 Yan 15:20  
Kriminal Azyaşlı qızın kənddə macərası: "Biabır olmuşduq..."

İmişli rayonunda 1985-ci il təvəllüdlü Talehlə 1998-ci il doğumlu Murad

arrow Ətraflı
Ərdoğan Türkiyədə Prezident seçkilərinin keçiriləcəyi like
  • 07 Yan 15:13  
Dünya Ərdoğan Türkiyədə Prezident seçkilərinin keçiriləcəyi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkiləri

arrow Ətraflı
Ona azərbaycanlı qızla xəyanət edən Cemi bağışladı like
  • 07 Yan 15:11  
Şou-biznes Ona azərbaycanlı qızla xəyanət edən Cemi bağışladı

Müğənni İrem Derici ona xəyanət edən keçmiş sevgilisi Cem Belevi haqda

arrow Ətraflı
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir like
  • 07 Yan 15:02  
Digərləri Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir

Azərbaycan hərbçiləri Türkiyəyə təlimə gedib.

arrow Ətraflı