Azyaşlı qızın kənddə macərası: "Biabır olmuşduq..."


Kriminal 07 Yan 2023 15:20:00 377 0

Azyaşlı qızın kənddə macərası: "Biabır olmuşduq..."

İmişli rayonunda 1985-ci il təvəllüdlü Talehlə 1998-ci il doğumlu Murad həmyerliləri Cəfərə (adlar şərti verilib - red.) xəsarət yetiriblər.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il mayın 6-da baş verib.

Taleh həmin gün saat 21 radələrində sevgi münasibətlərində olduğu Samirənin atası Cəfərlə mobil telefonda danışarkən onu nalayiq ifadələrlə təhqir etməsinə əsəbləşib.

Taleh sərxoş vəziyyətdə qohumu Muradla İmişlinin Yalavac kəndinə gəlib. Onlar Cəfərin həyətinə daxil olublar, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Daha sonra Cəfəri döyüblər.

Murad küt əşya ilə Cəfərin baş nahiyəsindən vurub, hadisə yerinə gələn polis əməkdaşlarının yanına qaçıb.

Taleh isə polis və səs-küyə yığışmış insanların gözü qarşısında hərəkətlərini davam etdirib. Cəfərin sifət və alın nahiyəsindən yumruqla xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq) maddəsi ilə, Murad isə 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

"Maşını evinə sürdüm"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Cəfəri onun azyaşlı qızı Samirə ilə münasibətdə olduğuna görə tanıyıb: "Samirə ilə təxminən 2021-ci ildən münasibətim yaranıb. Onunla dəfələrlə təbii yolla cinsi əlaqədə olmuşam. Mayın 6-da saat 21 radələrində yeznəm Əliyə zəng etdim. Rayonda işim olduğu üçün mənimlə getməsini xahiş etdim. O da mənimlə razılaşdı. Sonra bibim oğlu Murad Əliyə məxsus "VAZ-2106" markalı avtomobillə gəldi. Onlara işim olduğunu bildirdim, birlikdə Cəfərin yaşadığı kəndə getdik.

Cəfər telefonda məni söydüyündən onun evinin qarşısında maşını saxlatdırdım. Cəfərin evinin həyətyanı sahəsinə girdim. Ona hücum etdim, sol göz nahiyəsinə yumruqla vurdum, onunla əlbəyaxa oldum".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra polis əməkdaşları gəlib: "Polislərin tələbinə tabe olmadım, Cəfərə təkrar hücum çəkdim. Küçədə onu yumruqla vurdum. Polis əməkdaşları məni avtomobilə mindirdilər, İmişli rayon polis şöbəsinə apardılar".

Murad isə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, dayısı oğlu Talehlə zərərçəkmiş şəxsin yaşadığı ünvana getsə də, heç bir qanunsuz hərəkət etməyib. Talehlə Cəfəri ancaq ayırmaq istəyib, buna da nail ola bilməyib.

"Danışa bilmədiyimi bildirdim"

Cinayət işi üzrə zərərçəkmiş Cəfərin sözlərinə görə, 2017-ci ildə arvadı Fəridə ilə boşanıb və ikinci ailəsi ilə birlikdə Bərdə rayonunun Lənbərən kəndində yaşayır:

"2005-ci il təvəllüdlü qızım Samirə anası Fəridə ilə atam Camalla birlikdə, ona məxsus evdə yaşayırlar. Mayın 6-da saat 21 radələrində atamı görmək üçün onun yaşadığı evə gəldim. Evin yaxınlığında mobil telefonuma qızım Samirənin münasibətdə olduğu Talehdən zəng gəldi. Taleh mənimlə işinin olduğunu dedi. Ona atamgilə gəldiyimi, danışa bilmədiyimi bildirdim".

Zərərçəkmiş qeyd edib ki, Taleh ona bir neçə dəfə zəng etsə də, o, zənglərə cavab verməyib: "Həmin vaxt evdə atam, keçmiş arvadım və qızım olublar. Evdə Talehin zəng etdiyini gördüm. Telefonu Fəridə ilə Samirəyə göndərdim, mənə zəng etməməyi tapşırmağı bildirdim.

Atamla görüşəndə onun barmağının kəsildiyini gördüm. Bunun səbəbini soruşanda atam Samirənin onu stəkanla vurduğunu dedi".

"Üç nəfər həyətə girdi"

Cəfər qeyd edib ki, azyaşlı qızı Samirə əxlaqsızlıqla məşğul olur, istədiyi kimi yaşayır və oğlanlarla görüşür:

"Atamın azyaşlı qızım tərəfindən döyülərək xəsarət alması barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdim. Atamla evin həyətinə çıxdıq. Mobil telefonuma Taleh yenə zəng etdi və mənimlə söhbət etmək üçün atamın yaşadığı ünvana gələcəyini bildirdi.

Təxminən 10 dəqiqə sonra atamın evinin qarşısında avtomobil dayandı. Gələnlərin polis əməkdaşları olduqlarını zənn etdim. Avtomobildən mənə zəng edən Talehlə birlikdə adlarını sonradan bildiyim Murad və Əli düşüb, həyətə daxil oldular.

Bu vaxt qızım Samirə və keçmiş arvadım Fəridə onlara polis əməkdaşlarının gələcəyini bildirdilər, buradan uzaqlaşmalarını istədilər".

"Səs-küyə kənd camaatı da yığışdı"

Cəfər bildirib ki, həmin vaxt atası ilə həyətyanı sahədə dayanıb və mobil telefonda polis əməkdaşları ilə danışıb: "Taleh Samirə və Fəridənin sözlərinə məhəl qoymadı, həyətə girdi. Onun arxasınca Murad və Əli də həyətə daxil oldular. Onlar üzərimə yeriyərək heç bir səbəb göstərmədən, uca səslə mənim və ailə üzvlərimin ünvanına söyüşlər söydülər.

Birinci Taleh sol göz nahiyəmdən və baş nahiyəmdən yumruqla vurdu. Mən yerə yıxıldım. Yerdə olanda Taleh və yanındakı şəxslərdən hansısa biri başıma çox sayda yumruqla zərbələr vurdu. Bu vaxt polis əməkdaşları gəldilər. Biz küçəyə onların qarşısına çıxdıq.

Küçədə polis əməkdaşlarının gözü qarşısında Taleh yenidən alın nahiyəmdən yumruqla vurdu. Polislər Talehi sakitləşdirməyə çalışdılar. O isə polislərin əllərindən çıxdı, üstümə hücum çəkdi və yenidən məni yumruqla vurdu.

Polis əməkdaşları Talehi tutaraq avtomobilə mindirdilər və polis şöbəsinə apardılar. Səs-küyə hadisə yerinə kənd camaatı da yığışmışdı".

Cəfər ifadəsinin sonunda təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayəti olmadığını deyib.

"Nəvəm oğlanlarla görüşür, məni kənddə nüfuzdan salır"

Cinayət işi üzrə şahid qismində ifadə verən Camal qeyd edib ki, oğlu Cəfərin qızı Samirə əxlaqsızlıqla məşğul olur: "Nəvəm evimdə anası Fəridə ilə birlikdə yaşayır. O, müxtəlif oğlanlarla görüşür, məni kənd sakinləri və tanışlarım arasında nüfuzdan salır. Daim ona iradlarımı bildirsəm də, mənə qulaq asmır, istədiyi şəxslərlə görüşür, babası kimi mənə heç bir hörmət qoymur".

Camal deyib ki, mayın 6-da saat 21 radələrində evdə Samirə ilə aralarında mübahisə baş verib: "Samirəyə telefonda oğlanlarla danışdığı üçün iradımı bildirdim. O, əlindəki stəkanı mənə tərəf tulladı. Sol əlimin barmağı yaralandı. Təxminən bir saat sonra oğlum yaşadığım evə gəldi. Mənim xəsarət aldığını gördü və nə baş verdiyini soruşdu. Nəvəmin məni döyərək xəsarət yetirdiyini bildirdim".

Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb. Taleh aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 il 7 ay 22 gün, Murad aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 il 11 22 gün müddətə islah işləri cəzasına məhkum olunublar.

Son.az 

Ərdoğan Türkiyədə Prezident seçkilərinin keçiriləcəyi like
  • 07 Yan 15:13  
Dünya Ərdoğan Türkiyədə Prezident seçkilərinin keçiriləcəyi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkiləri

arrow Ətraflı
Ona azərbaycanlı qızla xəyanət edən Cemi bağışladı like
  • 07 Yan 15:11  
Şou-biznes Ona azərbaycanlı qızla xəyanət edən Cemi bağışladı

Müğənni İrem Derici ona xəyanət edən keçmiş sevgilisi Cem Belevi haqda

arrow Ətraflı
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir like
  • 07 Yan 15:02  
Digərləri Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir

Azərbaycan hərbçiləri Türkiyəyə təlimə gedib.

arrow Ətraflı
Məşhur serialın  ikinci mövsümü çəkilir like
  • 07 Yan 14:51  
Şou-biznes Məşhur serialın ikinci mövsümü çəkilir

"Netflix"də yayımlanan "Wednesday" serialının ikinci m�

arrow Ətraflı
Bəzi idxal mallarını yerli istehsal məhsulları əvəz edəcək? like
  • 07 Yan 14:47  
Digərləri Bəzi idxal mallarını yerli istehsal məhsulları əvəz edəcək?

Qlobal iqtisadi böhranın Azərbaycana təsirini azaltmaq üçün dövlət tər

arrow Ətraflı
Qarpız pəhrizi əslində arıqlatmır like
  • 07 Yan 14:40  
Digərləri Qarpız pəhrizi əslində arıqlatmır

Yayda xanımların əksəriyyəti qarpız pəhrizi saxlayaraq arıqlamaq istə

arrow Ətraflı
Kafe və restoranlarda kababların qiyməti niyə fərqlidir? like
  • 07 Yan 14:36  
Digərləri Kafe və restoranlarda kababların qiyməti niyə fərqlidir?

Çəkisi eyni olsa da, fərqli restoranlarda fərqli qiymətlərə təklif olunu

arrow Ətraflı
“Bu kişidir ki!”  “Səs”in ilk günü like
  • 07 Yan 14:31  
Şou-biznes “Bu kişidir ki!” “Səs”in ilk günü

"Səs Azərbaycan: Doğma nəğmələr" müsabiqəsinin birinci burax�

arrow Ətraflı
Artım pensiya kapitalına necə təsir edəcək? like
  • 07 Yan 14:24  
Digərləri Artım pensiya kapitalına necə təsir edəcək?

Minimum pensiya məbləğinin 240 manatdan 280 manata çatdırılmasının pensi

arrow Ətraflı
Qızıllarını tualetdə gizlətdi, hər gün döyüldü, evində ölü tapıldı like
  • 07 Yan 14:20  
Kriminal Qızıllarını tualetdə gizlətdi, hər gün döyüldü, evində ölü tapıldı

Son.az Kulis.az-a istinadən aktyor, Əməkdar artist Elçin Həmidov 10 maraql�

arrow Ətraflı
Qərbi Azərbaycandan olan Saday dayının yurd həsrəti like
  • 07 Yan 14:17  
Digərləri Qərbi Azərbaycandan olan Saday dayının yurd həsrəti

1988-ci ilin qış ayları idi. Mənfur ermənilər kəndlərə soxulur, evləri

arrow Ətraflı
Qarabağa getmək və orada çəkiliş etmək mənim üçün çox qiymətli idi like
  • 07 Yan 14:14  
Siyasət Qarabağa getmək və orada çəkiliş etmək mənim üçün çox qiymətli idi

"Əsrarəngiz Azərbaycan"ın yaranma səbəbi mənim "Əsrarəng

arrow Ətraflı
Müğənninin səhhətində problem yaranıb like
  • 07 Yan 14:11  
Şou-biznes Müğənninin səhhətində problem yaranıb

Britaniyalı müğənni Adelin səhhətində problem yaranıb.

arrow Ətraflı
Lerikli gənc təhsilini Cənubi Koreyada davam etdirəcək like
  • 07 Yan 14:06  
Digərləri Lerikli gənc təhsilini Cənubi Koreyada davam etdirəcək

Lerik rayonundan olan Sevinc Nuriyeva Cənubi Koreyanın Kyung Hee Universitetin

arrow Ətraflı