1417 yaşlı qızlar arasında ABORT sayı niyə artıb?


Digərləri 07 Yan 2023 12:40:00 561 0

1417 yaşlı qızlar arasında ABORT sayı niyə artıb?

"Son 1 ildə 14-17 yaşlı qızlar arasında abortların sayı 2 dəfə artıb. Bu da o deməkdir ki, qızlarımız cinsi həyata çox erkən başlayırlar. Bu isə ondan qaynaqlanır ki, yeniyetmə qızlar təhsildən yayınır və yaxud yayındırılır. Bu gün erkən ərəvermələr N qədərdir. Valideynlər qızlarını pula satırlar. Və yaxud təhsildən yayınan qızlar çox erkən cinsi həyata başlayırlar".

Son.az bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında tanınmış ginekoloq Təranə Həsənova söyləyib. O əlavə edib ki, erkən cinsi əlaqələr çox vaxt abortlarla yekunlaşır: "Abort isə bütün hallarda qadın orqanizmində çox ciddi fəsadlar yaradır. Bu fəsadların bir qismi dərhal, bir qismi isə sonra baş verir. Dərhal baş verən fəsadlar ondan ibarətdir ki, abort zamanı uşaqlıq deşilə bilər. Abortdan sonra iltihab əmələ gələb bilər. Və qadın bundan çox ciddi əziyyət çəkə bilər. Bu müalicə ilə keçmir və endometrik xəstəliyə çevrilir. Endrometrik də o deməkdir ki, qadın ömrüboyu ağrılarla yaşamağa məhkumdur. Abort çox zaman sonzuzluğa yol açır. Düzgün əməliyyat edilməyən qadın ömürboyu hamilə qalmıya bilər". Ginekoloq abortun digər təhlükələrindən də danışıb: "Bəzi hallarda abort zamanı uşaqlıq boynu müxtəlif yolla genəldilir. Bu da uşaqlıq boynuna mexaniki təsir göstərir. Belə halla rastlaşan qadınlarda 40 yaşdan sonra uşaqlıq boynunun xərçəngi yaranır. Qadınlarda yumurtalıqların xərçənginin bir səbəbi də abort göstərilir. 15 yaşlı qızla, 30 yaşlı qadının etdiyi abort arasında fərq ondan ibarətdir ki, erkən yaşda orqanizm tam yetişməmiş olur. Hormonal balans tam qurulmayıb. Noolsun ki, gənc qız hamilə qalır?! Hamilə qalmaq hələ hormonal balansın yetişməsi demək deyil. Ona görə də erkən abort etdirən qızlarda sonradan çox ciddi endrokrinoloji xəstəliklər baş verir. Ümumiyyətlə, abort qadın üçün çox təhlükəlidir. Erkən yaşda baş verdikdə isə bu təhlükə 2 dəfə artır". Sovetlər dönəmində 18 yaşına çatmamış qızların abort edilməsi qadağan edilmişdi. Belə hallara görə cinayət məsuliyyəti müəyyən edilirdi. Amma indiki qanunvericilik bu məsələyə çox liberal yanaşır. Tanınmış hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, abortlara qanunla icazə verilir: "Lakin, müəyyən şərtlər var. Birincisi, abortlar rəsmi və ixtisaslaşdırılmış səhiyyə müəssisələrində aparılmalıdır. Evlərdə və yaxud ixtisaslaşdırılmamış yerlərdə abortların edilməsi qadağandır. Yetkinlik yaşına çatmamış qızların abort edilməsi cinayət sayılmır. Belə hal yalnız o zaman cinayət sayılır ki, abortun edilməsi qadında hansısa real xəstəliyə səbəb ola bilər. Və bir də abort o zaman qadağan edilir ki, ana bətnində uşaq artıq ciddi inkişaf mərhələsinə başlamış olsun. Doğrudur, yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır. Burda isə bir incə məqam var. Yetkinlik yaşına çatmamış qız gərəkdir ki, şikayətçi olsun".

Son.az 

Polisdən təqdirəlayiq addım  Vətəndaşa belə kömək etdi like
  • 07 Yan 12:34  
Digərləri Polisdən təqdirəlayiq addım Vətəndaşa belə kömək etdi

Xəzər rayonunda 3 yanvar tarixində intihara cəhd olub.

arrow Ətraflı
İstanbulda ağır qəza: Tramvayların hərəkəti dayandırıldı like
  • 07 Yan 12:31  
Digərləri İstanbulda ağır qəza: Tramvayların hərəkəti dayandırıldı

Türkiyənin İstanbul şəhərində Zeytinburnu Seyit Nizam küçəsində ağı

arrow Ətraflı
Marsda YENİLİK: Enerjinin effektiv əldə edilməsi ÜSULU like
  • 07 Yan 12:20  
Digərləri Marsda YENİLİK: Enerjinin effektiv əldə edilməsi ÜSULU

Alimlər Mars planetinin iqliminin kompüter modelləşdirilməsini aparıblar.

arrow Ətraflı
Xankəndi ermənilərinin Bakının təklifi ilə razılaşmasına like
  • 07 Yan 12:17  
Siyasət Xankəndi ermənilərinin Bakının təklifi ilə razılaşmasına

"2022-ci il sülh müqaviləsinin imzalanması baxımından olduqca əlveri

arrow Ətraflı
Rühəngiz: “Əri Bəstini qısqandığına görə illərlə efirə qoymayıb” like
  • 07 Yan 12:11  
Şou-biznes Rühəngiz: “Əri Bəstini qısqandığına görə illərlə efirə qoymayıb”

Əməkdar artist Rühəngiz Musəvi həmkarı Əməkdar artist Bəsti Bəkirovan

arrow Ətraflı
Nizami Qocayevin yerinə o gətirildi like
  • 07 Yan 12:03  
Digərləri Nizami Qocayevin yerinə o gətirildi

Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə nazirliyin Gəncə şəhəri ü

arrow Ətraflı
Həyat yoldaşını erkən itirdi, “Ögey ana” filmində onu aldatdılar like
  • 07 Yan 12:00  
Kriminal Həyat yoldaşını erkən itirdi, “Ögey ana” filmində onu aldatdılar

Son.az Kulis.az-a istinadən "Ögey ana" filmi ilə məşhurluq qazana

arrow Ətraflı
Komando hərbi hissələrində xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ  VİDEO like
  • 07 Yan 11:52  
Digərləri Komando hərbi hissələrində xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ VİDEO

Komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə kön

arrow Ətraflı
“Ayaqlarım tutulub, xəstəxanaya gedə bilmirəm” like
  • 07 Yan 11:50  
Şou-biznes “Ayaqlarım tutulub, xəstəxanaya gedə bilmirəm”

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhh�

arrow Ətraflı
İsmayıllıda 21 yaşlı qız itkin düşüb like
  • 07 Yan 11:45  
Digərləri İsmayıllıda 21 yaşlı qız itkin düşüb

İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən

arrow Ətraflı
Rusiya ordusu Xersonu bombaladı like
  • 07 Yan 11:39  
Dünya Rusiya ordusu Xersonu bombaladı

"Xerson istiqamətində düşmən (Rusiya ordusu) Dnepr çayının sağ sah

arrow Ətraflı
Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı like
  • 07 Yan 11:35  
Digərləri Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
Qızından Rafael Dadaşovla bağlı paylaşım like
  • 07 Yan 11:28  
Şou-biznes Qızından Rafael Dadaşovla bağlı paylaşım

Müğənni Səidə Dadaşova atası, mərhum Xalq artisti Rafael Dadaşovun məz

arrow Ətraflı
Azərbaycanda məktəbdə QƏTL: like
  • 07 Yan 11:24  
Digərləri Azərbaycanda məktəbdə QƏTL:

Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsind�

arrow Ətraflı
Qazi Mirdavud Tahirov vəfat etdi like
  • 07 Yan 11:21  
Digərləri Qazi Mirdavud Tahirov vəfat etdi

Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıqdır müalicə olun

arrow Ətraflı