DYP sürücülərə
Digərləri 07 Yan 2023 10:52:00 361 0
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu xəbəri də oxu: Bir gecədə qiyməti kəskin düşə biləcək
İdarədən Son.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 8-dən başlayaraq 12-dək Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.
BDYPİ verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edib.
Qeyd edilib ki, digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasınd
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
ABŞ Konqresinin Nümayəndələr Palatası 15 uğursuz cəhddən sonra özünə
Müğənninin Nazənin Salayevanın plastik əməliyyatdan sonrakı görüntüs�
Ağdaşda iri və xırda buynuzlu heyvanlar arasında tələfat qeydə alınıb.
Səhnəyə gəldiyi ilk gündən cəsarətli addımları ilə seçilən Xalq art
Pnevmoniya zamanı fiziki müalicə metodlarından az istifadə edilir. Halbuki
Rusiya Prezidenti Vladimir Putin Milad bayramını Kremldə keçirilən ayinlə
"Azərbaycan "Türk axını" təbii qaz layihəsində iştirakç�
Ermənilərin Bakının başı üzərindən Ermənistanla birbaşa hava əlaqəs
Xəstəliyin inkubasiya dövrü 3-10 gündür. Xəstələrdə bu zaman ümumi ha
Milad atəşkəsi? Sonra nə var? Atəş? Elə isə gözləyin, Lavrovun əlalt�
Artıq dördüncü aydır ki, İranda davam edən gərginlik rejimin səbir kasa
Vladimir Putinin Milad bayramı ilə əlaqədar 6-7 yanvarda atəşkəs elan etm
Amöbiaz yoğun bağırsaqlarda yaraların olması, qaraciyər, ağciyər və di