Nikol Əliyev qarşısında bu öhdəliyi götürüb
Siyasət 07 Yan 2023 08:12:00 368 0
Laçın yolunda baş verənlər 10 noyabr Üçtərəfli Bəyanatın nəticəsidir. Artıq əminliklə deyə bilərik ki, Ermənistan Baş naziri Nikol Paşinyanın 10 noyabr sənədini imzalayarkən Azərbaycan Prezidenti İlham Əliyevlə müəyyən razılaşmaları olub. Sonradan Vaşinqton, Nyu York, Brüssel və Praqada keçirilən görüşlər zamanı bu razılaşmalar formalaşdırılıb. Soçidə isə İrəvan və Bakı Kremlə bildiriblər ki, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və Qarabağı öz müqəddəratını təyinetmə hüququ olmadan Azərbaycanın bir hissəsi hesab edir. Paşinyan həmişə olduğu kimi, bu biabırçılıqdan qurtulmağa çalışır. Laçın yolu ilə əlaqədar vəziyyətə heç bir aidiyyəti olmayan boş-boş bəyanatlar verir. Bağışlayın, cənab Paşinyan, siz artıq Qərb, Türkiyə və Azərbaycanla razılığa gəlmisiniz, bu bəyanatlar boşdur.
Bu xəbəri də oxu: Annalena Berbok Bakıda görün nə etdi AlmaniyaAzərbaycan arasında növbəti gərginlik
Son.az axar.az-a istinadən bildirir ki, bunu erməni siyasi şərhçi Edik Andresyan deyib.
"Hamı başa düşür ki, sülhməramlı missiyası olan ərazidə heç bir dövlətin ordu qüvvələri əliyalın etirazçılara qarşı silahlı mübarizəyə başlaya bilməz. Laçın yolunu kimin bağlamasından asılı olmayaraq, bu insanlar silahsızdırlar və sülhməramlıların həyatına heç bir təhlükə törətmirlər. Paşinyan isə sanki bunları bilmirmiş kimi Rusiyaya çağırış edib, yolun istənilən üsulla, o cümlədən silah gücünə açılmasını istəyir. Yəni, Paşinyan çox gözəl bilər ki, Rusiyanı Azərbaycana qarşı təcavüzə sövq edir. Lakin sülhməramlıların açdığı birinci güllədən sonra Azərbaycan rus sülhməramlıların ölkəni tərk etməsini tələb edəcək. İrəvan Laçın yolunun açılması üçün çox şey edə bilər, lakin bunun üçün Ermənistana normal hökumət və qərar qəbul edən şəxslər lazımdır. Müharibədə təslim olan, ən sadə işlərdə iki eşşəyin arpasını bölə bilməyən hakimiyyətdən nə gözləyirsən?" - o bildirib.
2022-ci ildə Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı 5 dəfə ar
Dünyada olan buzlaqların yarısı əsrin sonunadək yox olacaq. Bu, hətta ort
ABŞ rəsmi Ankaranın tələbinə cavab olaraq, rəsmi sənədlərdə Türkiyə
Dünən artıq 26-cı gün idi ki, azərbaycanlı ekofəallar Xankəndi-Laçın
Norveçli deputat Kristian Tübrinq-Gedde NATO-nun baş katibi Yens Stoltenberqi
Yanvarın 7-də pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu -
Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azə
Türkiyəli komediya ustası Hasan Can Kaya ilə məşhur müğənni Hadisə ara
Hamiləlik zamanı piqment ləkələri estrogen və progestron hormonunun fəali
Müğənni Vəfa Şərifovaya bahalı hədiyyə olunub.
Çox və ya ağır qidaların qəbulundan sonra əksər insanların bağırsaqla
Avtomobilin ehtiyat hissələrindən biri sıradan çıxanda avtomobil sahiblər