Digərləri

Əgər avtomobilinizi sığortalamırlarsa bu nömrəyə şikayət edin VİDEO

2022-12-29 15:27:00

Bəzi sığorta şirkətləri mühərrik həcmi kiçik olan avtomobilləri icbari sığorta etmirlər. Həmin nəqliyyat vasitələrinin daha çox taksidə istifadə edildiyini ehtimal edən şirkətlər bunun riskli olduğunu əsas gətirərərək icbari sığorta etməkdən imtina edirlər.

Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb

2022-12-29 15:09:00

Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb.

“Ermənilər odla oynayır” Kremldən İrəvana

2022-12-29 14:44:00

Erməni mediası, telegram kanallarının Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarına qarşı hücumları səngimir. Ən adi jurnalistlərdən tutmuş yüksək səviyyədə təsmil olunanlar tərəfindən Rusiya ittiham olunur, hədələnir.

Universitet niyə qanunları saymır?

2022-12-29 14:28:00

Bu reportajda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən birinin övladının üzləşdiyi çətinlikdən bəhs olunur.

Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olundu

2022-12-29 14:27:00

Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olunub.

Əvəz Zeynallının həbs müddəti uzadıldı

2022-12-29 13:51:00

Tanınmış jurnalist Əvəz Zeynallının həbs müddəti daha 3 ay uzadılıb.

Vilayət Eyvazov iki polis şöbəsi ilə bağlı əmr imzaladı

2022-12-29 13:33:00

Azərbaycanda iki polis şöbəsinin statusu dəyişdirilib.

Bakı gecələri yeni il abhavasında

2022-12-29 13:22:00

Bakı gecələri bir başqadır. Füsünkar görünür. 

“Nargis” Fondu və “Bank Respublika” aztəminatlı ailələrə bayram sovqatı təqdim etdi

2022-12-29 13:20:00

"Nargis" Fondu Yeni il bayramı ərəfəsində respublikamızın aparıcı banklarından biri olan və daim xeyriyyəçiliyə töhfəsini verən "Bank Respublika"nın dəstəyi ilə növbəti xeyriyyə aksiyası həyata keçirib. Belə ki, aksiya çərçivəsində Fond tərəfindən qeydiyyata alınmış Bakı və ətraf qəsəbələrdə yaşayan aztəminatlı ailələr bir aylıq ərzaq məhsulları ilə təmin edilib.

İçərişəhər Qarabağ xalçaları ilə Yeni il gözəl əhvalruhiyyə ilə

2022-12-29 13:14:00

Bakının tarixi hissəsində - İçərişəhərdə yerləşən "NUR Art House" qalereyasında "Qarabağ xalçaları: tarixdən gələcəyə ötürülən həqiqət" adlı sərginin açılışı olub, bu barədə Trend Life məlumat verib.

Yaşayış var, amma bina sökülür

2022-12-29 13:00:00

Yaşayış var, amma bina sökülür. Bəli, Sumqayıt şəhəri, 20 Yanvar küçəsi 16-ci məhəllədəki binada yaşayan 5 ailə tikinti şirkəti ilə razılığa gələ bilmir. 

13 yaşlı qız 17 yaşlı oğlanla nişanlanıb

2022-12-29 12:38:00

Nə qədər maarifləndirmə işləri aparılsa da, qanun icazə verməsə də, təəssüf ki, yenə də erkən nikahlara rast gəlinir.

Bakıda əsasən yağmursuz, rayonlarda isə...

2022-12-29 12:31:00

Dekabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Salyan sakinindən külli miqdarda narkotik və odlu silah götürülüb

2022-12-29 11:54:00

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verilib

2022-12-29 11:46:00

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil olan Uşaq Nevroloji Xəstəxanası və Uşaq Bərpa Mərkəzi bundan sonra "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərəcək.

Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb

2022-12-29 10:59:00

Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb.

İranda əli xalqın qanına batan polkovnik öldürüldü

2022-12-29 10:37:00

İranda polkovnik öldürülüb.

Sülhməramlılara məxsus 4 minik avtomobili Laçın yolundan maneəsiz hərəkət edib

2022-12-29 09:59:00

Bu gün Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın on səkkizinci günüdür. Şuşadan keçən Xankəndi-Laçın yolunda mülki avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Eurohome”un fəaliyyəti rəsmən dayandırıldı FOTO

2022-12-29 09:53:00

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Halsızlıq

2022-12-29 08:59:00

İnsan orqanizmində bəzi patoloji dəyişikliklərin baş verdiyi zaman və ya zaman öncəsi keçirdiyi narahatçılıqlardan biri halsızlıqdır. Halsızlıq adətən uzun müddət istirahətsiz çalışmaqdan, keyfiyyətsiz qidalanmadan, az qidalanmadan, orqanizmə daxil olan virus və bakteriyaların törətdiyi xəstəliklərdən baş verir. Bəzi həssas adamlarda isə fəsillərin dəyişdiyi zamanlarda da halsızlıq baş verir. Bəs belə zamanlarda nə etməli? Belə zamanlarda insan orqanizminin diqqət və qulluğa ehtiyacı olur. Çünki, halsızlığın səbəbi tapılıb aradan qaldırılmazsa orqanizm bu vəziyyətə öyrəşir, bu hal onun üçün adiləşir. İnsanın bu halı qəbul etməsi isə onun gündəlik iş həyatına mənfi təsir edir, iş qabiliyyətini azaldır. Halsız adamın gördüyü işin isə keyfiyyəti də aşağı olur. Halsızlıq insanlarda daima narahatçılıq, depressiv hallar, özünə qapanma kimi psixoloji vəziyyətlərə də səbəb ola bilir. Buna görə də özünündə halsızlıq hiss etdikdə mütləq səbəbini araşdırmaq lazımdır. Həkim əgər sizdə hansısa xəstəliyin olduğunu desə, həmin xəstəliyə qarşı tədbirlər görülən zaman halsızlıq əlaməti aradan götürüləcək. Mövsüm dəyişiklikliyi ilə əlaqədar baş verən halsızlığı vitamin və minerallarla aradan qaldırmaq mümkündür. Halsızlığı aradan götürmək üçün sağlam qida ilə qidalanmalı, istirahətə vaxt ayırmalı, psixoloji vəziyyətinizi isə nəzarət altında saxlamalısınız.

Daun sindromu

2022-12-29 08:55:00

Daun sundromu uşağın 46 xromosom yerinə 47 xromosoma sahib olması deməkdir. Bu bir xəstəlik deyil, sadəcə olaraq uşağın digər sağlam uşaqlardan genetik fərqli olmasıdır. İnsan bədənində olan hüceyrələrin nüvələri xromosomlarla bir-birinə bağlanan genlərdən əmələ gəlmişdir. Bu xromosomlar və genlər insanın əmələ gəlməsində rol oynayan əsas ünsürdür. Əgər xromosomların insan bədənində sayı normada olarsa insanın özü də normal olur. Yox əgər xromosomların sayında fərqlilik varsa dünyaya göz açan uşaqda da fərqlilik və ya normal uşaqlarda olmayan xəstəliklərdən biri baş verir. Hamilə qadında xromosom sayı normada olmayanda adətən döl inkişafdan qalır. Daun sindromu yeganə irsi xromosom anormallığıdır ki, hamiləlik axıra qədər davam edir və fərqli bir uşaq dünyaya gəlir. Daun sindromlu uşağın dünyaya gəlməsində ata-ana səbəkar sayılmır. Hamiləlikdən əvvəl və hamiləlik zamanı baş verən heç bir hadisə Daun sindromlu uşağın dünyaya gəlməsinə səsəb deyil. Bu sarı saç və ya mavi göz kimi fərqli bir xüsusiyyətdir. Daun sindromlu uşaqlar digər həmyaşıdları kimi fərdi xasiyyətə, bacarığa və düşüncələrə sahibdirlər. Belə uşaqlar ana-ata, bacı və qardaşlarıyla bir yerdə olmaq, başqa uşaqlarla oynamaq, gülmək istəyirlər. Daun sindromlu uşağın həyatda formalaşmasında çevrə və öyrənmə faktorunun rolu böyükdür. Dünyanın bütün ölkələrində Daun sindromlu uşaqlara rast gəlinir. Dünya yaranandan bəri belə uşaqlar olub və olmaqdadır.

Zərərverici maddələrdən asıllıq

2022-12-29 08:51:00

Hansısa bir dərmanın və maddənin insanın özünə və ya başqalarına zərər verəcək miqdarda orqanizmə daxil edilməsi insanda həmin maddəyə qarşı həssasləq yaradır . İstfadə edilən maddələr arasında narkotiklər, spirtli içkilər, yuxu dərmanları, sakitləşdiricilər, psixatrik dərmanların da rolu var. Həmin maddənin dəfələrlə qəbulu isə ondan asılılığa gətirib çıxarır. Belə maddələrə amfetaminlər, barbituratlar, benzodiazepinlər və s. aiddir. Bu maddələrin həddindən artıq qəbulu insanların psixologiyalarının pozulmasına səbəb olur. Dərman qəbul edən şəxslərdə xəyal görmə, yaddaşın itməsi, cinci və yuxu pozğunluqları, fiziki pozğunluqlar baş verir. İnsanların çoxu narkomanların nədən bu hala düşdüyünü qınayır , onlrı ağılsız və ya iradələrinin zəif olduğunu düşünürlər. Halbu ki, beyində dəyişiklik pozğunluğu yaradan bu maddələrdən əl çəkmək yalnz iradə gücündən asılı deyil. Narkotiklərə başlamaqda və ya əksinə ondan əl çəkmək istəməkdə bioloji genetik faktorların və çevrənin də təsiri çox güclüdür. Narkotiklərdən çox istifadə edən ölkələrdə adətən cinayətlərin də sayı artmış olur. Bəzi ölkələr də vardır ki, onlarda spirt, psixotrop dərmanlar onu qəbul edən şəxslərdə asılılıq yaradır. Zərərverici maddələrdən azad olmaq üçün bir çox müalicə usullarından istifadə edilir. Amma zərərli maddələrin insan orqanizminə vurduğu ziyanları aradan qaldırmaq olmur. Müalicələrin məqsədi xəstəni asılılıqdan qurtarmaq olur. Ən yaxşı müalicə dərman müalicəsi ilə birlikdə posixoterapevtin birlikdə təyin etdiyi müalicə sayılır.

Subaraxnoidal qansızmalar

2022-12-29 08:46:00

Etiologiya: Spinal subaraxnoidal qansızmalar damar anomaliyaları, qanın laxtalanmasının pozulması, şişlər zamanı baş verir. Klinikası: Xəstəlik kürəkdə kəskin ağrı (xəncər zərbəsi), intensiv kökcük ağrıları, paresteziyalarla başlanır. Paresteziyalar ayağa və onurğaya elektrik cərəyanı zərbəsini xatırladır. Paravertebral əzələlərin gərginliyi inkişaf edir, baldırın bükücü əzələlərinin tonusu artır. Tezliklə hərarət yüksəlir, müayinə zamanı onurğa mayesində qan aşkar edilir. Subaraxnoidal boşluğa axan qan, tezliklə kəllə boşluğuna keçir, kökcük ağrılarına ürəkbulanma, qusma qoşulur. Əgər subaraxnoidal qansızma hematomieliya ilə birgə müşahidə edilmirsə, onurğa beynin zədələnmə əlamətləri spinal insultun bu formasının ilk günlər və ya ilk həftəsində geriyə inkişaf edir. Kəllə boşluğuna axan qan qıcolmalara, gözü hərəkətə gətirən sinirlərin funksiya pozulmalarına, göz dibində durğunluğa səbəb olursa, spinal subaraxnoidal qansızmaların diaqnozu çətinləşir. Diaqnostika: Xəstəliyə diaqnoz qoymaq üçün həkimin diqqətli omağı vacibdir. Spinal subaraxnoidal qansızmaların dəqiq diaqnozu selektiv angioqrafiya vasitəsilə dəqiqləşdirilir.

Donma

2022-12-29 08:25:00

Soyuğun təsirindən orqanizmin toxumalarını zədələnməsi deməkdir. Səbəbləri: Orqanizmin məhdud nahiyəsinə aşağı temperaturun təsiri ilə izah olunur. Donma soyuq havanın, buzun, donmuş əşyaların təsirindən baş verə bilər. Donma çox vaxt aşağı temperaturun soyuq küləklə bir yerdə, havanın rütubəti çox olduqda baş verir. Zəif, avitaminozlu orqanizm daha çox donmaya məruz qalır. İçkili insanlar da aşağı temperaturu hiss etmədikləri üçün daha çox donmaya düçar olurlar. Donma orqnizmin geyim dəyməyən yerlərində - əl və ayaq barmaqlarında, burun, qulaqlar, dodaqlarda baş verir. Dar ayaqqabı və dar paltar qan dövranını pozur və donmaya səbəb olur. Əlamətləri Donmanın əlamətləri dərhal əmələ gəlmir. Soyuqdan dəri solğunlaşır və həsaslıq itir. Əsas simptomları insan isti otağa gəldikdə təzahür olur. Ağırlıq dərəcəsinə görə 4 dərəcəsi ayırd edilir: I dərəcə - isindikdən sonra dəri şişir, məxməri rəng alır, zərərçəkən nahiyə ağrıyır, keyiyir, oynaqlarda əzginlik, ağrı olur. II dərəcədə 1-2 gün sonra dəridə qovuqlar əmələ gəlir, içəriləri sarımtraq maye ilə dolu olur, qovuqlar açıldıqdan sonra yerində ağrılı yaralar olur. Onlar 2-3 həftədən sonra sağalır. III dərəcədə toxumaların nekrozu baş verir. Dəri tünd məxməri göyümtül rəng alır. Ölmüş toxumalarla sağlam toxuma arasında aydın sərhəd görünür. İçi qanla dolu qovuqlar əmələ gəlir. Tədricən ölmüş toxumalar qopur, yerində yaralar əmələ gəlir. Onlar 1-3 aydan sonra tamamilə sağalır. IV dərəcədə toxumalar sümüklərə qədər sıradan çıxır. Tədricən ölmüş toxumalar mumiyalaşır və qopur. Siz nə edə bilərsiniz Travmatoloji məntəqəyə xəstəni çatdırmamışdan qabaq ona ilk yardım göstərin. Ilk növbədə zərərçəkəni isti otağa gətirin, ona isti çay, bal ilə və ya isti süd verin. Əlləri və ayaqları dərhal qaynar suya salmaq olmaz, bu daha böyük zədəyə səbəb ola bilər. Zərər çəkən nahiyəyə 37 dərəcə C- yə qədər isti vanna edin, həmin nahiyəni spirtlə silin. Həkim nə edə bilər: I, II dərəcələrdə əməliyyatsız keçinmək olar, iltihabəleyhinə dərmanlar, antibiotiklər təyin edilr. Tetanus əleyhinə peyvənd vurulur. III, IV dərəcədə müalicə stasionarda cərrah tərəfindən aparlır, ölmüş toxumalar kəsilir. Sonra reabilitasiya məqsədilə fizioterapiya müalicəsi, mineral və palçıq müalicə aparılır.

Rusiya və Türkiyə qaz qovşağı layihəsinin

2022-12-29 08:23:00

Rusiya və Türkiyə artıq Türkiyə ərazisində qaz qovşağının yaradılması layihəsinin icrası üzərində işə başlayıblar.

Halitozağızdan pis qoxunun gəlməsi

2022-12-29 08:21:00

Halitoz-tibbi termin olub, ağzdan xoşagəlməz qoxunun gəlməsi deməkdir. Adətən ağız boşluğunun,daxili orqanların müxtəlif xəstəliklərin simptomu kimi biruzə verir. Ümumi məlumat Halitoz daimi və ya periodik olaraq məsələn,acqarına vəya qida qəbulundan sonra insanı narahat edir.Vaxt azlığından vəya maddi sıxıntıdan insanlar stomatoloqa müraciət etmirlər,bu qoxunu müxtəlif nanəli saqqızlarlar çeynəməklə aradan qaldırmağa çalışırlar.Bununla belə halitoz nəinki stomatoloji,eyni zamanda daxili orqanların müxtəlif pozğunluqları nəticəsində yarana bilər. Səbəbləri Halitozun yaranması ən çox ağız boşluğunun gigiyenik vəziyyəti ilə bağlıdır.Pis qoxu ağzın selikli qişasında, dişlərdə olan bakteriyaların ifraz etdikləri maddələr nəticəsində yaranır.Ağıza düzgün qulluq etmədikda bu bakteriyalar dildə,diş ərpində,diş əti ciblərində toplanır.Onların çoxalması karies,parodontit,parodontoz,qinqivit,stomatitə şərait yaradır.Ağız boşluğunun quruluğu da buna səbəb ola bilər.Buna səbəb tüpürcək ifrazının azalması,ağzın açıq qalması,ağızla nəfəs almaq,siqaret çəkmək ,spirtli içkilərin qəbuludur.Pis qoxu eləcə də kəskin iyli qidaqaların -sarımsaq,soğan,qəhvənin qəbul etdikdə əmələ gəlir. Halitoz aşağıdakı xəstəliklərin əlaməti kimi meydana çıxa bilər. -tənəffüs yollarının infeksiyaları-ağ ciyərlərin absesi, bronxoektazlar -mədə-bağırsaq traktının xəstəlikləri( qastrit,qastroduodenit,mədə xorası) -burun-udlağn xroniki xətəlikləri(tonzillit,rinit və s.) -qara ciyər çatmamazlıqları(balıq iyi) -böyrək çatmamazlığı(ammonyak və ya sidik iyi) -diabetik ketoasidoz(ağızdan şirin meyvə iyi) Müalicəsi Əsas səbəb ağız boşluğuna düzgün olmayan gigiyenik qulluqdursa,keyfiyyətli diş fırçasından istifadə etmək,dişləri yaxşı təmizləmək lazımdır.Daha yaxşı olar ki, stomatoloqa va müvafiq mütəxəssisə müraciət edəsiniz. Profilaktikası Profilaktikası ağız boşluğuna düzgün qulluq, mədə-bağırsaq və daxili orqanların digər xətəliklərini vaxtında müalicə etmək lazımdır.

Depressiya

2022-12-29 08:15:00

Depressiya - ciddi psixoloji problemdir, bu zaman nəinki xəstə, hətta yaxınlarıda əziyyət çəkirlər. Ümumi məlumat: Depressiya stress və ya uzun müddət travmalı situasiyalarda inkişaf edir. Ağır fəsadlara yol verməmək üçün depressiyanın səbəblərini aradan qaldırmaq lazımdır. Səbəbləri: Depressiv pozğunluqlar istənilən yaşda, istənilən sosial qruplarda ola bilər. Bu, müasir cəmiyyətdə insana olan təzyiqdən irəli gəlir. Əksər insanlar sosial üstünlüyə, peşə uğurlarına, xarici gözəlliyə can atırlar. Bunlara nail olmadıqda insan ruhdan düşür, hər bir uğursuzluq onları sıxır, buna görə onlarda depressiya inkişaf edir. Ağır psixoloji travmalar, yaxın adamın ölümü, ailənin dağılması, sevimli insanla münasıbətin kəsilməsi, ağır xəstəlik olan depressiyaya səbəb ola bilər. Nadir hallarda depressiya səbəbsiz olur. Alimlər belə hesab edir ki, neyrokimyəvi proseslər, neyromediatorların ( serotonin, noradrenalin) mübadiləsi rol oynayır. Simptomları: Depressiyanın emosional təzahürləri çox müxtəlifdır. Bunlara həyəcan, qorxu, özünəqiymətləndirmənin aşağı düşməsi aiddir. Depressiyaya düçar olan insan daima yorğunluq, kədər hissi keçirir. Belə insan ətrafdakəlara qarşı laqeyd olur, əvvəllər onları maraqlandıran şeylərə qarşı biganə qalır. Xəstələrin davranışında da pozğunluqlar olur. İnsan məqsədyönlü hərəkət etmədikdə, diqqətini cəmləmədikdə depressiyadan şübhələnmək olar. Təbiətcə ünsiyyətcil insan depressiyaya düşdükdə dostlardan qaçır, özünə qapanır. Belə insan çox vaxt alkohol, narkotik maddələrə aludə olur. Onların düşüncə tərzi də fərqli olur. Belə insan özü haqqında neqativ olur, həyatın yalnız mənfi tərəflərini görür, özünü lazımsız, başqalarına ağır yük kimi hesab edir, müstəqil olaraq bir qərara gəlməkdə çətinlik çəkirlər. Bunlarda fizioloyi əlamətlərdə qeyd olunur. Yuxu rejimi pozulur, yuxusuzluq yaranır. İştaha tamamilə itə və ya arta bilər. Xəstələr ürək, mədə nahiyəsində ağrı, qəbizlikdən şikayətlənirlər. Orqanizmin enerji ehtiyatı tükənir, kiçik fiziki və əqli işlərdə belə tez yorulurlar. Ağırlaşmaları: Alkoqolizm və narkomaniyaya gətirib çıxara bilər. Depressiyalarda insanlar özlərinə sui-qəsd edə bilərlər. Siz nə edə bilərsiniz: Əgər görürsünüz ki, yaxın adam özünü çox tənqid edirsə həkimlə məsləhətləşin. Əgər depressiya diaqnozu qoyulbsa ona kömək etmək, onu ruhlandırmaq lazımdır. Həkim nə edə bilər: Müalicə olunmadıqda depressiya uzun müddət çəkə bilər. Həkim  tərəfindən antidepressantlar və psixoterapiya təyin olunur. Profilaktikası: Depressiyaya düşməmək üçün sağlam həyat tərzi keçirmək, düzgün iş və istirahət rejimi təşkil etmək lazımdır.

Yaponiya İraqa 1,2 milyard dollar

2022-12-29 08:13:00

Yaponiya İraqa Bəsrə əyalətindəki neft emalı zavodunun modernləşdirilməsi üçün 120 milyard yen (1,2 milyard dollar) kredit verəcək.

Bakıda KİA və Jeep toqquşub FOTO

2022-12-29 08:12:00

Bakının Nəsimi rayonunda iki avtomobilim toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ürək damar sisteminə faydalı olan içkilər

2022-12-29 07:51:00

Çinin Hankin Universitetinin alimləri 18 tibbi araşdırma aparmış və yaşıl çayın qara çaya nisbətən orqanizmə daha faydalı olduğunu təsdiq etmişdir. Belə ki, araşdırmada iştirak edən mütəxəssislər qara cayın ürək-damar sisteminə faydalı olduğunu sübut ediblər. Eksterimentin nəticəsi qara çay içənlərin ürək-damar sistemi xəstəlikləri riskinin 30% aşağı oduğunu qeyd etmişdir. Yaşıl çay isə aclıq hissini aradan qaldırmaqla insanın əhval-ruhiyyəsini qaldırdığı üçün arıqlamaq istəyənlər ondan çox istifadə edirlər. Yaşıl çayın tərkibində çoxlu antioksidantlar var və onlar sərbəst radilkallara təsir edərək damarlarda olan iltihabi  proseslərin azalmasına səbəb olur. Yaşıl çayın tərkibində olan antioksidantlar qara çayın tərkibində olduğundan daha çoxdur. Bəs ürək-damar sisteminə daha hansı içkilər faydalıdır? İngiltərə alimləri 5 belə içkinin olduğunu söyləyirlər. Bu içkilərin siyahısında su birinci yeri tutur. İkinci yeri yaşıl çay tutsa da, İngiltərəli alımlər sutka ərzində yarım litrdən artıq yaşıl cay içməyi məsləhət görmürlər. Buna səbəb çox qəbul edilən yaşıl çayın qanın laxtalanma qabiliyyətini artıra  bilməsidir. Bu isə laxtalanmanın artması ilə bərabər ürək döyüntülərinin də çoxlmasına səbəb olur. Orqanizmə faydalı içkilərin siyahısında üçüncü yeri qırmızı şərab tutur. Qırmızı şərabın tərkibində olan polifenol və bioloji aktiv maddələr damarlarda olan pis xolesterinin miqdarının azalmasına və tromb əmələgəlmənin qarşısını alır. Ürək-damar siteminə faydalı olan içkilərədən biri də nar şirəsidir. Nar şirəsi ürəyi möhkəmləndirir. İngiltərə alimlərinin araşdırmaları mütəmadi olaraq nar şirəsi qəbul edən adamlarda insult və infarkt riskinin 20-40% aşağı olduğunu söyləyirlər. Nar şirəsinin tərkibində olan P, B6, C və E vitaminləri ürək əzələsinin qüvvətlənməsinə səbəb olur. P vitamininin C vitamini ilə qarışığı damarların elastikliyin artırır, kapilyarlarda baş verən qansızmaları azaldır. B6 vitamini yağ mübadiləsində yaxından iştirak edir və damarlarda xolesterinin azalmasına səbəb olur. C vitamini qanda orqanizm üçün lazım olan xoşxassəli xolesterinin artmasına səbəb olur. E vitamini trombəleyhinə təsir göstərir, vena və arteriyalarda qanın qatılaşmasının qarşısını alır. Orqanizmin sutkalıq E vitamininə olan təlabatı 2 xörək qaşığı yağın tərkibində olur.

Xəstəliklərin qənimi olan möcüzəli dərman

2022-12-29 07:41:00

Bu dərmanı hazırlamaq üçün 3 şeydən istıfadə edilir: * bal * sarımsaq * 4-5 %-li alma sirkəsi. Yuxarıda adları çəkilən təbii vasitələrdən ayrı-ayrılıqda müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Amma onların qarışımından hazırlanan dərman haqqında Çində "Ölünü də ayağa qaldırır" deyə bəhs edirlər. Bu resept qədim Çin xalq təbabətinə aiddir. Bu qarışımdan bir çox xəstəliklərin müalicəsində istifdə edilir. Qarışımdan ən çox aşağıdakı xəstəliklərin müalicəsi zamanı istifadə edilir: - yüksək arterial təzyiq - artrit - astma - impotensiya - sonsuzluq. Dərmanın onkoloji xəstəliklər zamanı qəbulu şiş toxumasının inkişaf etməsini ləngidir və xəstənin ömrünü uzadır. Dərman qanda olan pis xolesterinin azalmasına və damarların divarlarının təmizlənməsinə səbəb olur. Dərmandan 2 həftə ardıcıl istifadə edən xroniki xəstələr vəziyyətlərinin xeyli yaxşılaşdığını söyləyirlər. Dərmanın orqanizmə heç bir mənfi təsiri yoxdur və onu profilaktika məqsədilə qəbul etmək orqanizmin bir çox xəstəliklərə yoluxmasının qarşısını alır. Dərmanın hazırlamasında aşağıdakılardan istifadə edilir: alma sirkəsi - 1 stəkan sarımsaq - 10 diş təbii bal - 1 stəkan. Hazırlanması: Yuxarıdakılar şüşə qaba tökülür, 2 həftə sərin və qaranlıq yerdə ağzı kip bağlı halda saxlanılır. 2 həftə sonra hər səhər acqarına 2 xörək qaşığı, çay və ya su ilə qəbul edilir. Dərman qəbulundan 15 dəqiqə sonra yemək olar. Dərman qəbulundan sonra orqanizmdə baş verən yaxşılaşmanın şahidi olacaqsınız. Belə ki, dərmanın qəbulundan 5 gün sonra xəstənin oynaqlarında olan ağrılar azalır, zəiflik hissi aradan qalxır, orqanizmin tonusu yüksəlir.Dərman anemiya və yuxusuzluq əlamətlərini aradan qaldırır, xərçəngin ilkin əlamətlərinin azalmasına səbəb olur. Sağlam adamlar payız mövsümündə profilaktika məqsədilə bu dərmandan içdikdə, qış boyu onlar infeksiya xəstəliyinə yoluxmurlar.