Digərləri

“SOCAR Türkiyə” canlı yayımda 3,5 milyon TL

2023-02-16 07:15:00

Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə, tək ürək" adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirir.

Bağırsaq tutulmaları (ileus) haqqında

2023-02-16 07:11:00

Bağırsaqların hərəki funksiyası kəskin surətdə azaldıqda, bağırsaq tutulmaları baş verir. Adətən bu xəstəlik ağır keçir və ölümlə nəticələnə bilir. Kəskin bağırsaq tutulmasının aşagıdakı növləri var: - mexaniki bağırsaq tutulması - dinamik bağırsaq tutulması. Mexaniki bağırsaq tutulması bağırsaqlarda qida qalıqlarının hərəkətinin mexaniki surətdə tutulması ilə əlaqədar olur. Mexaniki bağırsaq tutulması aşağıdakı səbəblərdən baş verə bilir: 1. Bağırsaq hilgəyinin burulması. 2. Bağırsağın bir hissəsinin özü ilə yanaşı olan digər hissənin içərisinə daxil olması. 3. Bağırsağın yırtıq kisəsində və ya periton bitişmələri arasında sıxılması. 4. Bağırsaqda inkişaf edən şiş toxumasının onun boşluğunu daraltması və ya bağırsağın yad cisim vasitəsilə tutulması. Dinamik bağırsaq tutulması bağırsaqların əzələ qişasının spazmı zamanı və ya iflici əmələ gəlir. Bağırsaq tutulması orqanizmdə ümumi dəyişikliklər əmələ gətirir. Bu zaman orqanizmdə aşağıdakılar meydana çıxır: - qan dövranı pozulur - orqanizmdə suyun miqdarı azalır - qan qatılaşır - hiprxloremiya - azotemiya - alkaloz. Dəyişikliklərin baş verməsinə həzm şirələrinin hipersekresiyası, onların geri sorulması, şiddətli qusma və böyrəklərin fəaliyyəti ilə əlaqəli olur. Orqanizmdə ümumi dəyişikliklərin inkişafında toksikemiyanın və qarın nahiyəsində olan ağrıların da rolu vardır. Buradan verilən impulslar mərkəzi sinir sistemində qüvvətli oyanmalara səbəb olur. Bağırsağın zədələnmiş sahəsində venoz hiperemiya, ödem və iltihab əmələ gəlir. Bu proses uzun müddət davam etdikdə isə həmin hissə nekrozlaşır. Bağırsağın tutulması defekasiya aktının olmaması və qusma ilə müşahidə olunur.  Xəstəliyin diaqnozu anamnezə və rentgenoqrafiyanın nəticələrinə əsaslanaraq qoyulur. Müalicə əvvəlcə konservativ, lazım gəldikdə isə operativ üsulla aparılır.

Mədə sekretor funksiyasının pozulması

2023-02-16 07:01:00

Mədə şirəsi ifraz edən vəzilər sinir-reflektor və humoral qıcıqlandırıcıların təsiri altında fəaliyyət göstərir. Mədə şirəsinin reflektor sekresiyası bir sıra şərti və şərtsiz reflekslər vasitəsilə həyata keçirilir. Humoral sekresiya qastrin mədədə, enteroqastron bağırsaqlarda, sialoqastrin isə ağız suyu vəzilərində humoral amillər vasitəsilə tənzim edilir. Qastrin mədə sekresiyasını stimulyasiya edir, enteroqastrin və sialoqastron isə bu prosesin sürətini azaldır. Sağlam insanın mədəsində normal halda 1 gün ərzində 2 litrə qədər şirə ifraz edilir. Patoloji şəraitdə mədə şirəsinin miqdarı artıb-azala bilir. Mədədə əmələ gələn şirənin miqdarından asılı olaraq xlorid turşusunun 4 dərəcəsi ayırd edilir: 1. hyperaciditas - turşuluğun artması. 2. hypoasiditas - turşuluğun az olması. 3. axlorhidariya - xlorid turşusunun tamamilə olmaması. 4. axiliya - xlorid turşusunun və fermentlərin olmaması. Mədə şirəsinin normadan çox olması adətən mədədə turşuluğun artması ilə xarakterizə olunur. Bu əsasən mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xroniki qastritin bəzi növləri, pilorospazm və piloropstenoz zamanı baş verir. Bəzi dərman maddələrinin qəbulu, spirtli içkilər də mədə turşuluğunun artmasına səbəb ola bilir. Mədədə turşuluq çox olduqda qida mədədən onikibarmaq bağırsağa çətinliklə keçir. Bu zaman sfinktorda reflektor spazm baş verir. Əksər hallarda isə aşağıdakı əlamətlər meydana çıxır: * qıcqırma * gəyirmə * qusma * qəbizlik. Hipersekresiya zamanı mədə şirəsinin həzmedici aktivliyi artır ki, bu da mədənin selikli qişasının zədələnməsinə səbəb olur.

“Qardaşım mənə ancaq Şahinin cənazəsini göstərdi”

2023-02-16 06:59:00

Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb.

Azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirildi FOTO

2023-02-16 06:42:00

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.

Yalançı vərəm

2023-02-16 06:03:00

Yalançı vərəm - intoksikasiya, bağırsağın zədələnməsi, polimorf səpgi, artralgiya və hepatolienal sindromla xarakterizə olunan residivlərə meyilli kəskən infeksion xəstəlikdir. Xəstəliyi heyvanların daxili orqanlarında vərəm çöplərinə oxşar bakeriyalar törədir. Ağciyər vərəmindən fərqli olaraq orqanlarda kirəcləşmə əmələ gətirmədiyinə görə xəstəlik yalançı vərəm adlanır. Xəstəliyin törədiciləri qrammənfi, çöpşəkilli, spor əmələ gətirməyən bakteriyalardır. Bakteriyalar günəş şüaları altında tələf olurlar, qurumaya davamsızdırlar, lakin, insan və heyvan orqanizmindən kənarda uzun müddət yaşaya bilirlər. Yalançı vərəm xəstəliyi ev və çöl siçanları, boz və qara siçovullar və quşlar arasında yayılmış xəstəlikdir. Xəstə heyvanların sidiyi və nəcisi torpağı, meyvə və tərəvəzləri çirkləndirir. Yoluxmuş meyvə və tərəvəzlər 4-6*S tempratur şəraitində uzun müddət qala bildiyinə görə yaşayır və sürətlə çoxalırlar. Xüsusilə tərəvəz anbarları xəstəliyin artması üçün əlverişli mühit sayılır. Belə meyvə-tərəvəzlər kifayət qədər yuylmadıqda,  çiy şəkildə, yaxud yaxşı bişməmiş istifadə edildikdə alimentar yolla yoluxur. Xəstəlik xəstə heyvana qulluq edərkən də yoluxa bilıir. Bakteriya insan orqanizminə düşdükdən sonra bağırsaq divarının limfa damarlarına daxil olur və limfangit törədir. Sonra mikroblar limfa düyünlərini zədələyir, yəni lmfadenit baş verir. Daha sonra mikrob qana keçərək ümumi intoksikasiya, allergiya əlamətləri ilə özünü göstərir. Nəticədə qara ciyər, ağ ciyərlər, dalaq, oynaqlar zədələnir kapilyarların keçiriciliyi artır. Mikrobun daxili orqanlarda çökməsi ikincili ocaqlar əmələ gətirir. Xəstəliyin klinikasında təsadüf olunnan allergik dəyişikliklər endo və ekzotoksinlərin təsiri və mirkobun bir sıra başqa bioloji xüsusuyyətləri ilə əlaqədardır. KLİNİKASI: İnkubasiya dövrü 2-15 gün çəkir. İlk günlərdə xəstələrdə üşütmə,baş ağrısı, ümumi zəiflik, subfebril qızdırma olur. Xəstələrin əzələlərində oynaqlarında sümüklərində ağrı olur. Kəskin dövrdə qızdırma artır 39dərəcəyə çatır, davamlı və dalğavari xarakter alır. Xəstəliyin əsas əlaməti səpgilərdir. Səpgilər xəstəliyin 1-4 -cü günləri əmələ gəlir. Döşün yan tərəflərində, qarının aşağı hissəsində, ətrafların distal hissəsində boyun və çiyinlərdə, qolun altında papuloz, düyünlü eritemaya oxşayan səpgilər olur. Yalançı vərəm xəstəliyində mədə-bağırsaq simptomları da özünü göstərir, qusma, ishal, qarında sancılar baş verir. Xəstələrdə baş ağrısı, yuxululuq əlamətləri olur. DİAQNOZU:  Xəstəliyin kliniki əlamətlərinə, laborator müayinələrə əsaslanaraq qoyulur. Xəstənin qanının, sidiyinin, nəcsinin əkilməsindən alınan nəticələr diaqnozun təstiqlənməsində həkimə yardımçı olur. MÜALİCƏSİ: Müalicəsində anti bacterial üsullardan, dezintoksikasiyaedicilərdən, sepsis əleyhinə dərmanlardan, vitaminlərdən istifadə olunur.

Həzm sistemi xəstəliklərinin ümumi etiologiyası

2023-02-16 05:02:00

Mütəxəssislərin araşdırmaları həzm sistemi xəstəliklərinin əmələ gəlmə səbəblərini bir neçə qrupa ayırıb. Bu qruplar aşağıdakılardır: 1. Qidalanmanın pozulması - iştahsızlıq - qida qəbulundan imtina edilməsi - uzun müddət quru qida qəbulu - uzun müddət sərt qida qəbulu - qeyri-müntəzəm qidalanma - sürətlə yemək vərdişi - dişlərin tökülməsi - ağız boşluğu xəstəlikləri - çox isti qida qəbulu - çox soyuq qida qəbulu - uzun müddət keyfiyyətsiz qidalarla qidalanma. 2. Həzm sistemini zədələyən infeksiyalar - qarın yatalağı - paratiflər - dizenteriya - qida toksikoinfeksiyası 3. Zəhərli maddələr - bitki zəhərləri - ağır metal duzları. 4. Spirtli içkilər və nikotin. 5. Psixi travmalar. - mənfi emosiyalar - endokrinopatiyalar 6. Zərərli istehsalat şəraiti. - isti sexlər - kimya sənayesi - poliqrafiya müəssisəsi. 7. Şiş xəstəlikləri. 8. Həzm orqanlarında aparılan əməliyyatlar. 9. Həzm sistemi orqanlarının anadangəlmə qüsurları.

Urogenital xlamidoz cinsi yolla keçən xəstəlik

2023-02-16 04:03:00

Urogenital xlamidoz cinsi yolla keçən xəstəliklər sırasında aparıcı yerlərdən birini tutur. 15-19 yaş həddində olan xəstələrin 46%-i, 20-24 yaşda isə 30%-i bu xəstəliyə yoluxurlar. Urogenital xlamidoz qadınlarda uretrit, kolpit, endoservisit, endometrit, pelvioperitonitə səbəb olur. Urogenital xlamidoz kiçik çanaq üzvlərinin iltihabi xəstəliklərinin əsas törədicisidir. Əksər hallarda uşaqlıqdankənar hamiləliklərdə urogenital xlamidoz infeksiyası aşkar edilir. Qadın orqanizminin reproduktiv funksiyasının pozulmasında urogenital xlamidozun böyük rolu vardır. Bakı şəhərində aparılan elmi tədqiqatlar göstərmişdir ki, hamilə qadınlar arasında urogenital xlamidoz hallarına təqribən 15% rast gəlinir. Xəstəlik hallarının 70%-i simptomsuz keçir, gələcəkdə dölün, yenidoğulmuşun infeksiyalaşmasına səbəb olur. Xlamidiya infeksiyalarının törədiciləri təbiətdə geniş yayılmışdır. Xlamidiyaların 4 növü, 3 inkişaf forması vardır. Xəstəlik törədən mikroblar həssas hüceyrələrə yapışır və endositoz yolu ilə onlara daxil olur. İlk 2 saat ərzində elementar cisimciklər petikulyar cismciklərə differensiasiya olunur. Sonra oraya qida maddələrinin daşınması güclənir, metobolik aktivlik yüksəlir. 12 saat sonra hüceyrələr bölünməyə başlayır və 48-72 saat ərzində tam inkişaf mərhələsinə çatır. Xəstəliyin yoluxucusu kəskin və xroniki formada yoluxmuş şəxsdir, inkubasiya dövrü 21-30 gündür. KLİNİKASI: Infeksiya ocağı sidik kanalı və uşaqlıq boynu kanalıdır. Xəstəlik dizurik əlamətlərlə özünü göstərir. Xəstələrdə halsızlıq, qanaxma, qarının aşağı hissəsində ağrı olur. Xəstəlik irəliləyərsə, boru sonsuzluğuna səbəb olur. DİAQNOZU: Uşaqlıq yolunun ifrazatının bakterioloji müayinəsinə əsasən qoyulur. MÜALİCƏSİ: Müalicənin əsas şərtlərindən biri hər iki partnyorun eyni zamanda müalicə almasıdır. Xəstəyə tetrasiklin qrupundan olan preparatlar, göbələkəleyhinə dərman maddələri, eritromisin, psixii-fiziki sakitlik təyin edilir. Müalicə uzunmüddətli olur, antibiotiklərin çox qəbul edildiyinə görə disbakterioz əleyhinə də müalicə təyin edilir.

Bağırsaqların hərəki fumksiyasının pozulması

2023-02-16 03:03:00

Bağırsaqların hərəki funksiyasının pozğunluqlarına aşağıdakılar aiddir: - peristaltikanın qüvvətlənməsi - peristaltikanın zəifləməsi. Peristaltikanın qüvvətlənməsi. Bu iltihabi proseslər (enteritlər, kolitlər), yaxşı çeynənməmiş qida maddələririnin mexaniki təsiri, keyfiyyətsiz qidanın tərkibində olan qıcıqlandırıcıların və mikrob toksinləri səbəbli olur. Bağırsaqların peristaltikası sinir və endokrin sistemin patologiyaları zamanı da qüvvətlənə bilir. Məsələn, qüvvətli həyəcan və qorxu keçirən adamlarda vegetativ sinir sisteminin fəaliyyətində olan dəyişikliklər bağırsaq peristaltikasının qüvvətlənməsinə səbəb ola bilir. Peristaltika qüvvətləndikdə bağırsaqlarda olan qidaların hərəkətliliyi sürətlənir, sorulma prosesi isə azalır. Bunun nəticəsində ishal baş verir. Peristaltikanın qüvvətlənməsi yoğun bağırsaqlarda baş verdikdə isə ishal daha sürətli olur. İshal zamanı orqanizmdən çoxlu su və eloktrolit itir, qan qatılaşır, həzm preosesi pozulur. Uzun müddət baş verən ishal orqanizmin üzülməsinə səbəb olur. Peristaltikanın zəifləməsi. Bu bağırsağın hərəki funksiyasının pozulmasının tez-tez rast gəlinən növlərindən biridir. Peristaltikanın zəifləməsi qəbizliklə müşayiət olunur. Qəbizliyin patogenezində yoğun bağırsaqların peristaltikasının pozulması əsas yer tutur, çünki nəcis kütlələrinin bərkiməsi və formalaşması yoğun bağırsağın funksiyası ilə bağlıdır.

Öd sekresiyasının pozulması

2023-02-16 02:02:00

Ödün tərkibinə daxil olan komponentlərin fizioloji əhəmiyyəti eyni deyil. Öd turşuları yağların və lipid təbiətli maddələrin mənimsənilməsinə yardım göstərir. Öd piqmentləri bağırsaqlarda müəyyən çevrilmələrə uğradıqdan sonra orqanizmdən xaric edilir. Ödün tərkibində elə maddələr vardır ki, onlar bağırsağın selikli qişasında metobolizm proseslərini tənzim edir və yenidən qana keçib ümumi mübadilədə iştirak edir. Bu maddələr əsasən vitaminlərin, qalxanabənzər vəz hormonlarının, fosfolipidlərin və s.mübadiləsində iştirak edir. Ödün tərkibində öd turşularının 80%-i qlikokolla, 20%-i isə taurinlə birləşmiş şəkildə olur. Qaraciyər funksiyasının pozulması ilə müşayət olunan xəstəliklər və aclıq, orqanizmdə metionin və sistein aminturşuların azalması zamanı öd turşularından qoşa birləşmələri əmələ gəlir. Belə hallarda ödün tərkibində sərbəst öd turşuları və onların duzlarının miqdarı artır. Öd sekresiyasının pozulması zamanı qanda hemoqlabinin parçalanması nəticəsində bilirubin əmələ gəlir. Sərbəst bilirubin suda həll olmayan maddədir. Sərbəst bilirubinə vasitəli bilirubin də deyilir. Sərbəst bilirubin qaraciyərdə qlükoron turşusu ilə birləşir. Bu reaksiya qlüküroniltrasferaza fermentinin iştirakı ilə gedir. Birləşmiş bilirubin suda yaxşı həll olur və diazoreaktivlə birbaşa reaksiyaya girir. Buna görə tibbi ədəbiyyatda onu" duz bilirubini " asdlandırırlar. Qan serumunda bilirubinin ümumi qatılığı 3,4-22,2mkmo/l olur. Bilirubin qaraciyərdə qlükoron turşusu ilə birləşdikdən sonra ödün tərkibində onikibarmaq bağırsağa ifraz edilir. Öd kisəsi və öd axarlarının müxtəlif xəstəlikləri zamanı (öd yollarının iltihabı, öd yolları axarlarının hərəki fəaliyyətinin pozulması, axarların daşla tutulması) öd sekresiyasının pozulması baş verir. Bu zaman öd axa bilmədiyi üçün qana keçir. Ödün qana keçməsini bildirən əsas əlamət dəridə və gözün sklerasında sarılıq əıamətinin olmasıdır.

Gözünün yaşı ovucunda olan bürclər

2023-02-16 01:44:00

Biri sizə mənfi, xoşunuza gəlməyən bir şey dəyəndə asanlıqla göz yaşı töküb, baş verən neqativlərdə asanlıqla təsirlənirsinizsə, bu sizin emosional insan olduğunuzu göstərir.

Gözləri qorumağın 5 vacib qaydası

2023-02-16 01:01:00

1. Kompüter istifadə edərkən fasilə verin:

Azərbaycanın bu əraziləri əsas seysmoloji həssas nöqtələr sayılır

2023-02-16 00:31:00

"Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəyə qədər olan ərazi əsas seysmoloji həssas nöqtələr sayılır".

Günün qoroskopu: Ünsiyyət üçün əlverişli gündür

2023-02-16 00:01:00

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Azərbaycanın yardımı Türkiyə KİVlərinin gündəmində

2023-02-15 23:11:00

Türkiyə mediası Azərbaycan Prezidentinin, dövlətinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakətlə əlaqədar göstərilən yardımlara, dəstəyə dair informasiyalar yaymaqda davam edir.

Son aylarda uşaqlarda

2023-02-15 23:00:00

Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalması səbəbilə qış mövsümündə əvvəlki illərlə müqayisədə uşaqlarda yuxarı və aşağı tənəffüs yolu infeksiyalarının artması müşahidə olunur.

Bugündən ölkəyə gətirilən telefonlar... Qərar

2023-02-15 22:44:00

Fiziki şəxslər tərəfindən ölkə ərazisinə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi bu gündən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Bu rayonlarda qaz olmayacaq

2023-02-15 22:08:00

İmişli və Saatlının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Naxçıvanda bu qərar

2023-02-15 21:34:00

Naxçıvan Muxtar Respublikasında sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının  təsdiq etdiyi qiymətlərlə müəyyən ediləcək.

19 yaşlı oğlan nənəsi yaşında milyarderlə nişanlandı FOTO

2023-02-15 21:15:00

İtaliyalı gənc oğlan özündən 57 yaş böyük milyarder qadınla nişanlanıb.

Təbii fəlakət zamanı tibbi çanta həyat

2023-02-15 21:10:00

Türkiyədə on minlərlə insanın həyatına son qoyan zəlzələ təbii fəlakət çantasını gündəmə gətirdi. Çünki düzgün seçilən tibbi ləvazimatlar və qidalarla təmin edilmiş təbii fəlakət çantası bəzən çətin vəziyyətdə olan kiminsə həyatını xilas edə bilər.

Rusiyanın 15 deputatı koronovirusa yoluxub

2023-02-15 20:07:00

Rusiya Dövlət Dumasının 15 deputatı koronovirusa yoluxub.

Yoluxanların sayı açıqlandı

2023-02-15 19:59:00

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb. 

Naməlum xeyriyyəçi zəlzələ qurbanlarına 30 milyon dollar ianə etdi və yoxa çıxdı

2023-02-15 19:56:00

Naməlum şəxs Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 30 milyon dollar ianə edib. Sonra isə yoxa çıxıb.

Bir azərbaycanlı hələ də dağıntılar altındadır

2023-02-15 19:39:00

Kahramanmaraşda dağıntılar altında qalan Azərbaycan vətəndaşı var.

Türkiyədəki zəlzələ Azərbaycanda tikinti bazarına təsir edib

2023-02-15 19:34:00

Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra ölkəmizdə xüsusilə fərdi ev tikənlər daha diqqətli olmağa başlayıblar. Satıcılar deyirlər ki, tikinti zamanı istifadə edilən materialların keyfiyyətli olmasına önəm verilir. Vətəndaşlar armatur və sement seçiminə həssas yanaşmağa başlayıblar. Amma tikintiyə başlmazdan əvvəl ərazidə geololi işlər də aparılmalıdır.

Azərbaycanlı xilasedicilər Kahramanmaraşda uşaq və kişi cəsədini dağıntılar altından çıxardı

2023-02-15 19:27:00

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Sumqayıtda müəllim vəfat edib FOTO

2023-02-15 19:15:00

Sumqayıtda müəllim vəfat edib.

Fövqəladə hal zamanı bu çanta köməyinizə çata bilər

2023-02-15 19:12:00

Fövqəladə hal zamanı ilkin yardım üçün ehtiyat çantası çox vacibdir. Ona görə də bu cür çantalar hər evdə olmalıdır.

Qurban Yetirmişli: Seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır

2023-02-15 18:50:00

Respublika üzrə seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır.

Bakıda 180dən çox avtobus tıxacda qalıb

2023-02-15 18:46:33

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 59 müntəzəm marşrut xətti üzrə 181 avtobusun hərəkət intervalında gecikmələr var.