Digərləri
2023-02-18 11:39:00
Kəlbəcərdə tikinti-bərpa işləri zamanı bədbəxt hadisə baş verib.
2023-02-18 11:25:00
Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 17 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardım açıqlanıb.
2023-02-18 11:16:00
Bu gün Rusiya sülhməramlılarına məxsus 3 avtomobil Laçın yolundan keçib.
2023-02-18 10:51:00
Bir neçə gün əvvəl təqdim olunan "Evdə qalmış" filmi ilə bağlı maraqlı fakt üzə çıxıb.
2023-02-18 10:11:00
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirilib.
2023-02-18 09:50:00
Fevralın 17-də Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
2023-02-18 09:08:00
UFAZ tələbələri Fransada keçirilən ActInSpace Hakatonunun Beynəlxalq Finalının qalibi seçilib!
2023-02-18 08:59:00
Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Xəstəlik residivləşərək xroniki hala keçə bilir. Pankreatitin əmələ gəlməsində aşağıdakı faktorların rolunun olduğu öz təsdiqini tapmışdır: * Alkohol pankreatitin əmələ gəlməsində əsas etioloji faktor sayılır. Kişilərdə pankreatitin əmələ gəlməsinin əsas səbəbi həddindən artıq spirtli içki qəbulu səbəb olur. * Xəstələrin 30-40%-ində (əsasən qadınlarda) pankreatitin əmələ gəlməsinə ödçıxarıcı sistemin xəstəlikləri səbəb olur. Diskineziyalar, xolisititlər bu xəstəliklərə aiddir. * Böyük duodenal məməcik zonasının xəstəlikləri (papillitlər, odditlər, şişlər) * Zülal və yağların kəskin məhdudlaşdırılmış qida rasionu (tam qidalanmama). Sutkada 30 qr-dan az yağ və 50 qr-dan az zülal istifadə etdikdə xroniki pankreatit əmələ gəlir. * Bəzi aminturşuların (lizin, sistein, arginin, ornitin) mübadiləsinin anadangəlmə pozğunluqları xəstəliyin xüsusi formasının - ailəvi pankreatitin inkişafına gətirib çıxarır. * Mədəaltı vəzə toksiki maddələrin təsirindən pankreatit əmələ gələ bilir. * Hiperlipidemiya. * İnfeksion xəstəliklər. * Mədəaltı vəzin travması. * İrsi meyillilik. Xroniki pankreatitli xəstələr olan ailələrdə onun inkişaf tezliyi yüksəkdir. Xəstəliyin çox vaxt 0(1) qan qrupu ilə müştərək olması qeyd edilir. Pankreatitin baş verməsinin əsas mexanizmi öz fermentlərinin aktivləşməsi nəticəsində vəzin toxumasının zədələnməsi hesab olunur.
2023-02-18 08:55:00
Dodağınıza çıxan uçuqlar fikirləşdiyiniz qədər yüngül bir şey deyil. O gələcəkdə sizin kar olmanıza səbəb ola bilər. Eşitmənin zəifləməsinə və karlığa səbəb ola biləcək bir çox amillər var: - təkrarlanan orta qulaq infeksiyaları - genetik səbəblər - qəfil yüksələn təzyiq - qanda şəkərin uzun müddət yüksək olması - fasiləsiz qulaqcıqlarla yüksək səsli musiqiyə qulaq asmaq. Qulaq uzmanı Doktor Özləm Atmış herpes virusunun da qulaqda eşitmə hüceyrələrinə təsir etdiyini və eşitməni zəiflətdiyini söyləyir. Biz herpes virusunun dodaqlarımızda ara-sıra baş verən uçuqlamalara səbəb olduğunu bilirik. Amma onun orta qulağın eşitmə sinirlərinə mənfi təsir etdiyi barədə heç bir məlumatımız yoxdur. Doktor Özləm Atmış karlığın diqanozunu dodaqlarda axtarmaq lazım olduğunu söyləyir. Onun sözlərinə görə dodaqlarda uçuqlama olduğu zaman herpes virusu orta qulaq toxumasına da yerləşir və orada aylarla və hətta illərlə aktivləşərək eşitmənin itirilməsinə səbəb ola bilir. Uzman həkim qrip virusları, qızılca, rubella və ya sifilis kimi mikrobların da karlığa səbəb ola biləcəyini qeyd edir. Həkim karlığın yavaş-yavaş əmələ gəlməsinin əlamətlərini belə sıralayır: 1. Yüksək səslə musiqiyə qulaq asmaq və ya televizora baxmaq. Həkim gün ərzində bir-neçə saat qulaqcıqla musiqi dinləməyin tədricən karlığa səbəb olacağını deyir. 2. Uşaq yaşlarından başlayan və vaxtaşırı kəskinləşən orta qulaq infeksiyaları. 3. Xroniki qulaq infeksiyaları. 4. Yaşlandıqca daxili qulaq və eşitmə sinirlərində baş verən dəyişikliklər. 5. Herpes virusu. 6. Müxtəlif travmalar.
2023-02-18 08:54:00
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
2023-02-18 08:51:00
Bəzi qurd növləri vardır ki, onlar insan orqanizmində bağırsaqdan kənarda yaşayırlar - öd kisəsində, qara ciyərdə, mədəaltı vəzdə və s. Bunların bir neçəsi barədə sizi məlumatlandırmaq istəyirəm. Fassiolez İnsan və heyvanların qurd xəstəliyi olub , ən çox öd yollarının zədələnməsi ilə meydana çıxan xəstəlikdir .Xəstəlik xroniki gedişə malik olur və öd yollarının zədələnməsi ilə təzahür edir. ETİOLOGİYASI: Xəstəliyi qaraciyər sorucusu Fasciola törədir. Sorucunun uzunluğu 20-16 x 5-12 mm, iri ölçülü yastı qurdlardır. Baş tərəfindəki tüklü xortumda ağız və qarın sorucuları yerləşir. Zoonoz xəstəlikdir. Nəcislə birlikdə qurdun yumurtası suya və nəm torpağa düşür və orada yaşayırlar . Quruya davamsızdırlar, gölməçə suyu və yeməli otlar, göyərtilər vasitəsilə insana yoluxurlar. Öd yollarının iltihabi xəstəliklərini törədirlər. Klonorxoz Klonorxoz mədəaltı vəzdə və qara ciyərdə parazitlik edən qurdların törətdiyi xəstəlikdir. Xəstəlik ən çox Çində, Koreyada, Yaponiyada yayilmışdır. ETİOLOGİYASI: Törədicilər iri ağızlı yastı qurdlardan olub, uzunluğu 10-20, eni isə 2-4 sm-ə bərəbərdir. Xəstəliyə insanlar çiy balıqdan yoluxurlar. Qurd orqanizmə toksiki təsir göstərir, öd yolları və pankreas axacaqlarının polipozu və adenomatozunun əmələ gəlməsinə səbəb olur. Allergiya törədir. PARAQONİMOZ - ağ ciyərləri, bəzən beyini və daxili orqanları zədələyən helmintozdur. Törədicisi Paraqonimosis vestermani (ağ ciyər sorucusu) yastı qurddur, uzunluğu 8-16 eni 4-8 mm-dir. Parazitin əsas sahibi insan, it, pişikdir. Qurd bronxlarda da yerləşir. Bu qurd insan bədəninə çiy və ya yaxşı duzlanmamış dəniz məsullarından keçir. Parazit insanın ağ ciyərlərini zədələyir və ağ ciyər xəstəliklərinin əlamətləri ilə özünü göstərir. Xəstələrdə qızdırma, döşdə ağrı, öskürək, bəlğəm olur. Diaqnozu bəlğəmdə, nəcisdə qurd yumurtalarının tapılması sayəsində təsdiq olunur. MÜALİCƏSİ: siptomatik, antribakterial, beyin zədələnmələri varsa cərrahi üsulla aparılır.
2023-02-18 08:46:00
Qızılca infeksion xəstəlik olub yüksək yoluxuculuq qabiliyyətinə malikdir.İnsanların qızılca virusuna qarşı həssaslığı kifayət qədər yüksəkdir.Xəstəliyə müxtəlif yaşlı insanlar , ən çox da uşaqlar yoluxurlar.Qızılca xəstəliyinin ən çox uşaqlarda baş verməsi bu xəstəlilyn uşaq xəstəliyi olması anlamına gələ bilər. Xəstəliyin yoluxma mənbəyi insanlardır.Yoluxma adətən hava-damcı, bəzən isə təmas vasitisilə olur.Yoluxma dövrü adətən səpgilərin əmələ gəlməsinin 2-5 -ci günündə baş verir. PATOGENEZİ VƏ KLİNİKASI: Qızılca kəskin infeksion xəstəlik olub ,qızdırma,yuxarı tənəffüs orqanlarının və gözün selikli qişasının kataral iltihabı,həmçinin dəridə ləkəli səpgilərlə xarakterizə olunur.Gizli dövr uşaqlarda 8-12 gün, böyüklərdəisə 3 həftəyə qədər ola bilir.Xəstədə yüksək qızdırma, üşütmə olur.Qızdırma 39-40 * yə qədər yüksələ bilir. Qızılca xəstəliyi üçün mərhələli səpgi sindpomu xarakterikdir. Səpgilər əvvəlcə üzdə( qulaq seyvanının arxasında və alın nahıyədə) olur, sonra isə yuxarıdan aşağıya doğru ətraflara yayılır. Qızılcanın fəsadları aşağıdakılardır. 1.Orta qulağın iltihabı 2.Pnevmoniya 3.Postinfeksion ensefalomielit 4.Panensefalit DİAQNOSTOKASI: Qızılca xəstəliyinin tipik kliniki simptomları olduğu üçün laborator diaqnoza ehtiyac qalmır.Lakin atipik qızılcada mikrobioloji analizlər yoxlanıla bilər. MÜALİCƏSİ: Müalicəsi simptomatikdir.A və C vitaminləri xəstəliyin gedişini yüngülləşdirə bilər. Qızılca xəstəliyinə yoluxan bəzi ehtiyat tədbirlərini görməlidir. -geniş, havası tez- tez dəyişilən otaqda yatmalı ; -otağın tempraturunu 18-22* arasında saxlamalı; - südlü yeməklər,meyvə şirələri,mal ətinin suyu ilə qidalanmalı; -çoxlu meyvə və tərəvəz qəbul etməli; -istirahətinə diqqət yetirməlidir. Xəstə uşaqları uşaq bağçasına və yaxud məktəbə göndərmək olmaz.Qızılcanın müalicəsi üçün dərman yoxdur, amma qızılca peyvəndi vardır.Bu peyvənd qızılcadan qorunmaqda çox faydalıdır və uşaq poliklinikalarında dövlət tərəfindən pulsuz həyata keçirilir.
2023-02-18 08:44:00
Bakının Xəzər rayonunun Zirə qəsəbəsində 13 yaşlı yeniyetmə döyülərək xəsarət alıb.
2023-02-18 08:41:00
* Kimyəvi qastrit ən çox rezeksiya olunmuş mədə güdülündə, vaqotomiyadan sonra mədə çıxacağının anadangəlmə və ya qazanılma çatışmazlığında, onikbarmaq bağırsaq keçiriciliyinin xroniki pozğunluğunda müşahidə edilir. Xroniki qastritin bu forması pankreatik fermentlərin, öd turşularının və onun duzlarının mədəyə davamlı olaraq tökülməsi sayəsində əmələ gəlir. * Limfositar qastrit aşkar olumayan antigenin yerli təsirə immun cavab kimi ortaya çıxır. Xəstəliyin əsas əlaməti epitelin kəskin ifadə olunan limfositar infiltirasiyası ilə xarakterizə olunmasıdır. Xroniki qastritin bu növündə mədənin divarında qalınlaşmış büküşlər, düyünlər, eroziyalar aşkar edilir. Xroniki qastritin bu növü selikli qişa və mədə divarının digər qatlarının eozinofillərlə kəskin ifadə olunmuş infiltirasiyası, onun ödemi və qanla dolğunluğu ilə xarakterizə olunur. * Eozinofilli qastrit naməlum etiologiyalı xroniki residivləşən xəstəlikdir. Xəstələrin bu qismində anamnezdə bronxial astma, ekzema və atopik fenomenlə bağlı digər xəstəliklər qeyd edilir. Qastritin bu növündə mədə divarının ödemi, infiltirasiyası və qanla dolğunluğu müşahidə edilir. * Qranulomatoz qastrit sarkidozlu xəstələrin 10%-ində Kronn xəstəliyi olan xəstələrin 7%-ində, həmçinin vərəmdə, mikozlarda rast gəlinir. Qastritin bu forması epiteloid hüceyrələrdə qranulomaların olması ilə xarakterizə edilir. *Qiqant hipertrofik qastrit mədənin selikli qişasının beyin qırışlarının qiqant büzüşməsi ilə xarakterizə edilir. Bu zaman mədənin çuxurları qıvrılmış və genişlənmiş görünür. Xroniki qastritin bu növündə mədənin çuxurları genişlənmiş, qıvrılmış görünür, onların mənfəzində çox vaxt selik tapılır. * Xroniki qeyri atrofik qastrit iltihabi dəyişikliklər subepitelial ödem və leykositar infiltirasiya ilə təzahür edir. Xroniki atrofik qastrit mədənin fundal şöbəsi və cisminin selikli qişasının erkən atrofiya əmələ gəlməklə zədələnməsi ilə xarakterizə edilir. * Atrofik qastrit adənən B 12 defisitli anemiya, trioidit, treiotoksikoz xəstəlikləri ilə birgə olur. Xroniki qastritin bu növünə ahıl yaşda olan adamlarda rast gəlinir. Bu zaman mədədə dolma və artıq yemə hissi olur. Qastritin bu növündə xəstələrdə qida və hava ilə gəyirmə, meteorizm olur.
2023-02-18 08:35:00
Qastrinoma mədəaltı vəzin qastrin hormonunun həddindən çox ifraz edilməsinə səbəb olan xərçəng xəstəliyidir.Qastrinoma 90% bədxassəli şiş sayılır.O mədə və on iki barmaq bağırsağa,yumurtalıqlara,qaraciyərə metastaz verə bilir. Qastrinoma mədəaltı vəzin adacıqlarından inkişaf etməyə başalayır, amma, mədəaltı vəzdən çox ətraf toxumalarda öz patoloji təsirini göstərir.Xəstəliyə yalnız metazların olması zamanı diaqnoz qoymaq olur.Qastrinoma yavaş-yavaş inkişaf edən və qısa müddətdə xəstənin ölümünə səbəb olmayan şiş toxumasıdır. Xəstəlik mədə divarındakı sinir hüceyrələrinə təsir edərək mədə turşuluğunu artırır ph-ın miqdarının azaldır.Xəstəliyin əsas əlaməti mədə turşuluğunun həddindən artıq olmasıdır. Mədədə baş verən trofik dəyişikliklər bəzən mədədə qansızmalara səbəb ola bilir.Bəzi hallarda mədə və mədəaltı vəzin funksiyaları ilə əlaqədar olaraq xəstədə ishal baş verir. Xəstələrin çoxunda qarın ağrısı və mədənin intersistal hissəsində yüngül sancılar baş verir,Xəstələrin əksəriyyətində reflyuks əlamətləri müşahidə edilir. Qastrinomanın müalicəsi cərrahi yolla aparılır.Xəstəlik vaxtında aşkar olunduqda və şiş toxumasının ölçüsü kiçik olduğu zaman medikamentoz müalicə metodlarından istifadə edilir.Xərçəngin bu forması ilkin əlamətlər başlandıqdan 5 il sonra metastaz verməyə başlayır.Bu müddət ərzində müalicə tədbirləri görülərsə 20% xəstələrdə sağalma müşahidə oluna bilir.
2023-02-18 08:34:00
Bakının Səbail rayonunda 45 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş.
2023-02-18 08:31:00
1. Xroniki kalkulyoz xolesistit. Xroniki kalkulyoz xolesistitin kliniki şəkli saşsız xolesistitin kliniki şəklinə yaxındır. Xəstəlik özünü aşağıdakı simptomlarla biruzə verir: - sağ qabırğa altında intensiv ağrılar - palipasiyada öd kisəsinin qıcıqlanması. Xəstəlik bir-neçə gün ərzində artan mülayım ağrılarla özünü bəlli edir. Öd daşı xəstəliyinin kəskin və xroniki kalkulyoz xolesistitin kəskinləşməsi mərhəlsinin diaqnostikası anamnestik məlumatlara, obyektiv müayinələrin nəticələrinə, laborator və instrumental müayinə metodlarına əsaslanaraq qoyulur. 2. Ödün fiziki-kimyəvi dəyişiklikləri. Bu mərhələ zamanı öd daşı xəstəliyinin diaqnostikası duodenal zondlamada alınan kisə ödünün müayinəsinin nəticələrinə əsaslanır. USM-in də nəticələri diaqnozun qoyulmasında rol oynayır. Ödalma zamanı aşağıdakılar aşkar edilir: * Müayinədə xolesterinin miqdarının artması, fosfolipidlərin və xolatoxolesterin əmsalının azalması aşkar edilir. * Ödün mikroskopiyasında çoxlu miqdar xolesterin, kalsium bilirubinat kristalları tapılır ki, bu da ödün kolloid davamsızlığına dəlalət edir. * USM müayinəsi zamanı ödün qeyri-həmcinsliyi, kiçik amplitudlu ultrasəs siqnalları törədən hissəcikləri aşkar etməyə imkan verir. 3. Daşdaşıyıcılıq mərhələsi. Xəstəliyin bu stadiyasının diaqnozu rentgenoloji (xolesisto və xolangioqrafiya) müayinənin və USM-in nəticələrinə əsaslanaraq qoyulur. Müalicə həm cərrahi, həm də dieta ilə aparılır. Müalicə metodunun seçilməsi xəstəliyin ağırlıq dərəcəsindən və mərhələsindən asılıdır. Dietoterapiya zamanı xəstələrə xəstəliyin bütün mərhələlərində kalorili və xolesterinli qidalar istisna olmaqla gün ərzində 4-6 dəfə qidalanma məsləhət görülür. Xəstələrə hisdə qızardılmış qidalar, piylər, kəskin və ədviyyatlı qidalardan uzaq durmaq tapşırılır. Xəstələrə bitki yağlarından istifadə etmək məsləhət görülür. Öd sancıları zamanı 2-3 gün aclıq verilir.
2023-02-18 08:25:00
Brusellyoz-uzun müddətli qızdırma ,hərəki-dayaq , sinir ,ürək damar və orqanizmin digər sistemlərini zədələnməsi ilə xarakterizə olunan kəskin və ya xroniki infeksiyon xəstəlikdir. Brusellanın törədicisinin 6 müstəqil növü var. Səbəbləri. Brusellyoz tipik zoonoz infeksiyadır .Brusellyozla müxtəlif ev heyvanları - inəklər,donuzlar,qoyunlar və s. xəstələnirlər.İnsanın yoluxması xəstə hevanların doğuşu,yunun qırxılması zamanı , həmcinin yoluxmuş ət, süd,pendir və digər qida məhsullarından istifadə etdikdə baş verir. Simptomları: Əsas əlamətləri temperaturun yüksəlməsi , tərləmə ,baş ağrıları, tez yorulma , oynaqlarda ağrılar iştahanın pozulması və s. ibarətdir. Brusellyoz üçün hepatolienal sindrom xarakterikdir . Qaraciyər və dalaq qabırğa qövsündən kənara çıxır, əllədikdə ağrılı və yumşaq olur. Ağır hallarda və uzun müddətli xroniki gedişində ürək- damar sistemində dəyişikliklər qeyd olunur. Ürəyin hüdudları genişlənir , tonları karlaşır, bəzən ürəyin zirvəsində küy eşidilir. Diaqnostika: Brusellyozun diaqnozu kliniki,epidemioloji və laborator göstəricilər əsasında qoyulur. Xəstələrdə brusellaların tapılması diaqnozu təsdiq edir. Diaqnostikanın tezləşdirmək üçün əşya şüşəsi üzərində Xeddelson reaksiyası qoyulur. Bundan əlavə dəridaxili Bürne allergik sınağından geniş istifadə olunur. Bu sınaq spesifik hesab olunur . Müalicəsi : Kəskin dövrdə antibiotiklər 7-10 gün müddətində təyin olunur. Bununla yanaşı vaksinoterapiya aparılır. Bu məqsədlə öldürülmüş brusellyoz vaksinindən istifadə olunur. Vaksinoterapiya 8-10 infeksiyadan ibarətdir. Profilaktikası: Profilaktikası - tibbi sanitar veterenar və təsərüffat sahələrini əhatə edir. Xəstə heyvanlar aşkar olunmalı, iri və kiçik buynuzlu heyvanlarda brusellyoz əleyhinə vaksinasiya aparılmalı, heyvandarlıq təsərüffatı sağlamlaşdırılmalıdır.
2023-02-18 08:21:00
Qıcıqlanmış bağırsaq sindromu qarında defekasiyadan sonra keçən ağrı və ya diskomfortla təzahür edən funksional pozğunluqların davamlı cəmidir. Bu nəcisin tezliyinin və konsentrasiyasının dəyişilməsi ilə müşahidə edilir. Qıcıqlanmış bağırsaq sindromundə bağırsaq funksiyasının pozğunluğunun ən azı iki davamlı simptomu birgə olur: * nəcisin ifrazı tezliyinin dəyişməsi * defekasiya aktının özünün dəyişkinliyi * nəcisin konsentrasiyasının dəyişkənliyi * selikli nəcisin ifraz olunması * meteorizm. Bu pozğunluqlar son 12 ay ərzində, 12 həftədən az olmayaraq davam edərsə, qıcıqlanmış bağırsaq sindromu diaqnozu öz təsdiqini tapmış olur. Defekasiya aktının pozğunluqları arasında imperativ çağırışlara, tenezmlərə, bağırsağın tam boşalması hissinə, defekasiyadan əlavə gücənməyə böyük əhəmiyyət verilir. Patoloji prosesə başlıca olaraq yoğun bağırsaq cəlb olunur. Xəstəlik insanlar arasında geniş yayılmış xəstəliklərdəndir. Dünya statistikasının hesablamalarına görə dünya əhalisinin 20%-ə qədəri qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir. Qadınlar kişilərə nisbətən 2-4 dəfə çox xəstələnirlər. Xəstəliyin əmələ gəlməsinin səbəbləri kimi aşağıdakılar əsas götürülür: * Xəstəliyin inkişafında şəxsiyyətin tipi böyük əhəmiyyətə malikdir. Pasiyentlər üçün isterik, aqressiv reaksiyalar, depressiya, asılılıq, kansentrofobiya, ipoxondrik təzahürlər xarakterikdir. * Bağırsaq funksiyasının tenzimində iştirak edən bioloji aktiv maddələrin (serotonin, histamin, bradsikinin, xolesistokinin, neyrotenzin, vazoaktiv intestinalpolipeptidlər, enkefalinlər və endorfinlər) tarazlığının pozulması əhəmiyyətli rol oynayır. * Xəstəliyin əmələ gəlməsində rejim və qidalanma xarakteri mühüm rol oynayır. Qeyri-müntəzəm qida qəbulu, rəfinə olunmuş qidaların həddindən çox qəbulu bağırsağın mator-evakuator fuksiyasının, mikroflorasının dəyişməsinə, bağırsaqdaxili təzyiqin artmasına səbəb olur. * Qıcıqlanmış bağırsaq sindromunun inkişafında sonradan əmələ gələn bağırsaq disbakteriozunun yaranmasına səbəb olan keçirilmiş bağırsaq infeksiyaları da böyük əhəmiyyətə malikdir. Qıcıqlanmış bağırsaq sindromunxa xəstələrin şikayətləri qarında baş verən ağrılardan olur. Ağrılar küt, təzyiqedici gərilmədən tutmuş, dözülməz tutmaşəkilli ağrılara qədər ola bilir. Ağrılar qaraciyər və dalaq nahiyyəsinə irradiasiya edə bilirlər. Ağrının əmələ gəlməsi qidanın qəbulu, stress, fiziki gərginliklə bağlı olur. Xəstələrdə qəbizlik olur, xəstədə defekasiyaya çağırışlar saxlanılır, lakin bağırsağın tam boşalması hissi olması xəstəni tərk etmir. Meteorizm və qarının köpməsi disbakterioz nəticəsində bağırsaqlarda qıcqırma və çürümə prosesinin artmasına səbəb olur. Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. Müalicə dərman preparatları və bəzi məhsulların qida rasionundan çıxarılmasından ibarətdir. Bu qidalara aşağıdakılar aiddir: - süd - qazlı içkilər - heyvani yağlar - kələm - paxlalılar - alkohol.
2023-02-18 08:20:00
"Qanun" Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
2023-02-18 08:15:00
Mədə polipi mədənin xoşxassili şiş xəstəliyidir Xəstəlik özünü mədədə əmələ gələn adenomatozlarla biruzə verir.Poliplər mədə divarının epitel toxumasında əmələ gəlir, hiperplastik olub mədənin içərisinə doğru boyüyür. Adenomatoz poliplər(adenomalar) adətən təsadüfən rentgenoloji müayinə nəticəsində aşkar edilir.Poliplər bəzən qanaxmaya,bağırsaq fəaliyyətinə dəyişikliklərə, qarında ağrılara səbəb ola bilir.Poliplər xoşxassəli hesab edilsələr də onların xərçəngə çevrilmə riski böyük hesab edilir.Mədəsində polip olan insanların 30%-nin bağırsaqlarında da poliplər meydana gəlir.Xəstəliyə tez-tez rast gəlinir, uşaqlarda böyüklərə nisbətən daha çox baş verir. Xəstəliyin əmələ gəlmə səbəbi kimi mədənin divarındakı degenerasiya prosesinin pozulması, qastritin olması əsas götürülür.Amma, irsi meyilliliyin olması da danılmır. Mədənin polip xəstəliyinə diaqnozun qoyulmasında rentgen müayinəsi, qastroskopiya ilə bərabər, poliplərdən alınmış biopsiyanın nəticələri əsas götürülür. Mədə polipi iki cür olur: - hiperplastik - adenomatoz Poliplər histoloji müayinənin nəticələrinə görə aşağıdakı növlərə ayrılır: a) papilyar adenoma və ya barmaqşəkilli böyümüş polip b) tubulyar adenoma c) papilotubulyar adenoma Mədə polipinin xəstəyə verdiyi narahatlıqlar polipin ölçüsünə və növünə uyğun olaraq dəyişir. Mədə polipi zamanı xəstədə aşağıdakı əlamətlər özünü göstərir: - yeməkdən sonra ağırlıq hissi - hıçqırıq
2023-02-18 08:12:00
Bu il Xocalı faciəsindən 31 il keçir. Müasir tariximizin yaralı səhifələrindən biri olan Xocalının dinc əhalisinə qarşı törədilmiş amansız soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə, 2023-cü ilin 15 fevral tarixində Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi Brüsseldə dünya şöhrətli foto-jurnalist Reza Deqatinin "Xocalı: Yaralı ruhlar" foto-sərgisini təşkil etmişdir.
2023-02-18 07:51:00
Qaraciyərdə qlikogen ehtiyatı ilə piy ehtiyatı arasında tərs mütənasiblik var. Onlardan birinin artması digərinin azalmasına səbəb olur. Normal halda qaraciyərin quru kütləsinin 5%-ə qədərini piylər təşkil edir. Lakin xəstəlik nəticəsində burada piylərin miqdarı 50-60%-ə çata bilir. Buna qaraciyərin piy infiltirasiyası deyilir. Piy infiltirasiyası qaraciyərin funksiyasını kəskin surətdə zəiflədir. İnfiltirasiyanın inkişaf etməsinin əsas səbəbləri aşağıdakılardır: - karbohidratlarla və yağlarla zəngin qidaların qəbulu - orqanizmdə karbohidratlardan piylərin sintezinin sürətlənməsi - piy depolarında olan yağların sürətlə səfərbərliyə alınıb qaraciyərə gətirilməsi - piylərin qaraciyərdən başqa toxumalara nəql olunmasının pozulması - qaraciyərdə yağ turşularının katobolizminin sürətinin zəifləməsi. Qaraciyərdən piy distrofiyasının nəql olunmasının pozulması, qaraciyərin ağır xəstəlikləri zamanı baş verir. Onun inkişaf mexanizmində lipotrop amillərin və tərkibində bir-neçə ikiqat rabitə olan üzvi turşuların çatışmazlığı, həmçinin antilotrop amillərin və xolesterolun artıq miqdarda qəbul edilməsi əsas rol oynayır. Lipotrop amillərin çatışmazlığı nəticəsində qaraciyərdə fosfolipidlərin sintezi pozulur. Bu zaman neytral yağlar suda yaxşı həll olduğuna görə asanlıqla qana keçir və qaraciyərdə toplanır.
2023-02-18 07:41:00
Qastritin bu növünün dərman terapiyasını yalnız xəstəliyin kəskinləşmə dövründə aparırlar. Müalicə zamanı mədənin sekretor çatışmazlığının əvəzləyici terapiyası əks göstəriş sayılır. Bu terapiyaya natural mədə şirəsi, pepsidil, pepsinlə duz turşusu, asidinpepsin aiddir. Xəstəlik zamanı mədəaltı vəzin ekskretor funksiyası azaldıqda əvəzləyici terapiya təyin edilir. Məsələn, xolenzim, hemisellioza + öd komponentləri + pankreatin(festal), mezim forte, panzinorm forte, pankreatin. Xroniki atreofik qastrit xəstəliyinin müalicəsi zamanı xəstələrə vitamin B12 və ya fol turşusu təyin edilir. Qastritin müalicəsində fitoterapiyanın da böyük rolu vardır. Bu zaman xəstələrə iltihabəleyhinə təsirə malik bitki şirələrindən istifadə etmək məsləhət görülür. Bu bitkilər aşağıdakılardır: - bağayarpağı yarpaqları - çobanyastığı çiçəkləri - nanə (cövhər şəklində) - valerian (cövhər şəklində). Müalicə zamanı toxumaların trofikasının yaxşılaşdıran və reperativ prosesləri gücləndirən dərman preparatlarından da istifadə edilir (nikotin, riboksin). Xroniki atrofik qastritin müalicəsi zamanı mərkəzi və periferik dofamin reseptorlarının blokatorları ağrılarda və kəskin ifadə olunan dispeptik təzahürlərdə istifadə edilir. Xəstəliyin həm kəskinləşmə və həm də xroniki halında müalicə ilə yanaşı xəstələrə pəhrizə riayət eləmək məsləhət görülür. Son.az
2023-02-18 07:31:00
Qarın yatalağı-əvvəlcə bağırsağı, sonra isə qara ciyəri, öd kisəsi, dalağı zədələyən baktreial infeksion xəstəlikdir. Ümumi məlumat: Bu xəstəlik güclü yoluxucu xəstəlikdir, su və qida ilə orqanizmə daxil olur. Belə adam sağaldıqdan sonra da uzun müddət bakteriya daşıyıcısı olur. Səbəbləri: Törədicisi Salmonella typhi-dir. Sanitar-gigiyenik şəraiti pis olan rayonlarda tez yayılır. Qarın yatalağı epidemiyaları mümkündür.
2023-02-18 07:28:00
Xəbər verdiyimiz kimi, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun feysbuk sosial şəbəkəsində bu cümlə ilə başlayan statusu etiraz doğurub.
2023-02-18 07:23:00
Bir müddət öncə ölkə mətbuatında təxminən il yarım əvvəl Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarını İran bağışlaması barədə məlumat yayılmışdı.
2023-02-18 07:21:00
Xroniki hepatitin yüksək aktivli kəskinləşməsində xəstələrə yataq rejimi təyin edilir. Mülayim və minimal gedişli xroniki hepatitdə isə fiziki və emosional gərginliyin məhdudlaşdırılması məsləhət görülür. Kəskinləşmiş xroniki hepatit xəstələrinə aşağıdakılar əks-göstəriş sayılır: - vaksinasiya - insolyasiya - isti prosedurlar - soyuqlama. Bunlardan başqa hepatit xəstələrinə peşə və məişət zərərlərinin aradan qaldırmaq məsləhət görülür. Hepatit xəstələrinin pəhrizi 100-200 qram zülal, 80-100 qram yağ, 400-500 qram karbohidrata malik olmalıdır. Qaraciyər ensefalopatiyasında heyvani zülalların, assitdə isə duzun miqdarı azaldılmalıdır. Xroniki hepatit xəstələrinə xəstəliyin kəskinləşmə dövründə aşağıdakı qida məhsullarından uzaq durmaq tövsiyə edilir: - qızardılmış və qovrulmuş qidalar - sərt qida məhsulları - qıcıqlandırıcı ədviyyatlar - spirtli içkilər - sintetık qida məhsulları - geni dəyişdirilmiş qida məhsulları - yağlı və gec həzm olunan qidalar.
2023-02-18 07:11:00
Ezofaqit qida borusunun iltihabı olub, həzm sistemi üzvlərinin geniş yayılmış xəstəliklərindən biridir. Xəstəliyin 3 növü ayırd edilir: - yarımkəskin - kəskin - xroniki. Xəstəliyin əmələ gəlməsinə həddindən artıq isti və qaynar qidaların qəbulu, qida borusunun kimyəvi maddələrlə zədələnməsi (yod, sirkə turşusu və s.) və bəzi infeksion xəstəliklərin qida borusunun selikli qişasını zədələnmələridir. Bəzi hallarda radiasiya şüalanmaları və qida borusunun travmaları da qida borusunun selikli qişasının zədələnməsinə və iltihabına səbəb ola bilir. Travmalar balıq sümüyü və ya hansısa yad cismin qida borusuna düşməsi zamanı baş verir. Yarımkəskin və xroniki ezofaqitin əmələ gəlməsinə aşağıdakılar səbəb olur: - qaynar, kəskin qidalar, spirtli içkilər - qida allergiyaları - stenoz zamanı qidanın qida borusunda qalması ( divertikulitlər zamanı baş verir) - qida borusunun xərçəngi. Ezofaqitin reflyuk səbəbli əmələ gəlməsinə də daha tez-tez rast gəlinir. Ezofaqit morfologiyasına görə müxtəlif olur: - kataral - eroziyalı - hemoragik - psevdomembran formalı - nekrotik - abvsesli. Ezofaqit xəstəliyinin əlaməti xəstəliyin formasından və onu əmələ gətirən səbəbdən asılıdır. Ezofaqitin ümumi əlamətlərinə qida borusunda qaşınma hissinin olması, udulmuş qidanın çətinliklə qida borusundan keçməsidir. Xəstəliyin hemoragik formasında qusuntu kütləsində qan aşkar edilə bilir. Ezofaqitin abses forması zamanı rentgenoloji müayinədə iltihabı zona aşkar edilir. Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Barium sulfat içərək rentgen müayinəsində diaqnoz qoymaq mümkündür. Ezofaqitin abses formasının müalicəsi cərrahi yolladır. Digər növlərini isə uzun müddət pəhriz saxlayaraq və həkimin göstərişlərinə əməl edərək müalicə etmək mümkündür.
2023-02-18 07:01:00
Öd kisəsində diskineziyalar sağ qabırğa altına və qarının sağ yarısında tez-tez əmələ gələn, tutmaşəkilli ağrılarla xarakterizə olunur. Ağrı sindromu adətən pəhriz pozğunluğundan və psixi-emosional gərginlikdən sonra meydana çıxır. Ağrılar qəfildən başlayır və artır. Ağrılar yeməkdən bir saat və daha çox sonra əmələ gəlir və güclənir. Öd kisəsi xəstələrində ağrılar aşağıdakı qidaların qəbulundan sonra başlayır: - yağlı - kəskin - soyuq xörəklər - ağır xörəklər. Xəstələrin çoxu ürək nahiyyəsində ağrının və ürəkdöyünmənin olmasından şikayət edirlər. Ağrılar sağ kürəyə, çiyinə irradiasiya edə bilir. Bəzən ağrı tutmaları ürəkbulanma,qusma,bağırsağın funksional pozğunluqları,qəbizlik ilə müşayət olunur. Bəzən belə xəstələrdə aşağıdakı əlamətlər də özünü göstərir: - hipotenziya - ürəkdöyünmə - artmış qıcıqlılıq - yuxunun pozulması - çox tərləmə - baş ağrıları. Öd kisəsi diskineziyası zamanı həzm orqanlarının digər funksional dəyişikliklərinə də rast gəlmək mümkündür. Bunlara aiddir: - pilorospazm - mədənin hipokineziyası - duodenostos - yoğun bağırsağın hipo-hiperkineziyası. Obyektiv müayinədə öd kisəsi nahiyyəsində ağırlıq hiss edilir. Ağrı tutmalarından sonra bir müddət sağ qabırğaaıtı nahiyyədə ağırlıq hissi qalır. Ağrı tutmaları deşici və güclü olur. Xəstələr çox vaxt iştahanın azalmasından, hava ilə gəyirmədən və ağızda acılıq hissindən şikayət edirlər.
2023-02-18 06:04:00
Xəstəliyi qrammənfi Brusella bakteriyaları törədir. Əsas infeksiya qaynağı xəstələnmiş heyvanlar, (iri və xırdabuynuzlu mal-qara) təşkil edirlər. Yolxuma kontakt, alimentar, hava-damcı yolu ilə baş verir. Patogenezi: Brusellalar orqanizmdə hematogen, limfogen yolla yayılırıar. Xəstəliyin kəskin fazasında mərkəzi sinir sistemində serroz - hemorragik iltihabi hallar aşkar edilir. Sinir köklərində, periferik sinirlərdə, simpatik düyünlərdə iltihabi dəyişikliklər olur. Klinikası: Xəstəliyin inkubasiya dövrü 2-4 həftə təşkil edir. Xəstənin temperaturu 40 dərəcə C-ə yüksəlir, üşütmə, tərləmə, oynaq və əzələ ağrıları, yuxusuzluq, baş ağrısı, limfa düyünlərinin böyüməsi baş verir. Çox vaxt burun qanaxmaları ilə hemorragik diatez müşahidə olunur. Sonra xəstəlik kəskin fazadan xroniki fazaya keçir. Bu zaman xəstədə ümumi intoksikasiya əlamətləri azalır, ancaq xəstənin daxili üzvlərində zədələnmə əlamətləri üstünlük təşkil edir. Brusellyoz zamanı sinir sisteminin bütün şöbələri ( mərkəzi, periferik, vegetativ) zədələnir. Vegetativ sinir sisteminin zədələnməsi xəstənin dərisinin qurumasına, tüklərin tökülməsinə, dırnaqlarının kövrəkləşməsinə, arıqlamasına, osteoporoza səbəb olur. Brusellyozun nevroloji təzahürləri uzun müddət ərzində residivləşə və yaxşılaşa bilir. Diaqnostikası: Qanda laborator müayinələr zamanı mikrobun müayinəsinin müsbət nəticəsi zamanı təsdiq edilir. Müalicəsi: Brusellyozun kəskin və yarımkəskin formalarında xəstəyə antibiotiklər təyin edilir. Bundan başqa ümumi möhkəmləndirici vasitələr, simptomatik müalicələr də aparılır. Sinir sisteminin periferik zədələnməsi zamanı fizioterapevtik müalicənin aparılması məsləhət görülür.