Digərləri
2023-02-21 07:41:00
Kokain ağız, burun və ineksiya vasitəsilə venaya daxil edilən maddədir. Bu maddə güclü təsirə malik stimulyator hesab edilir və orqnizmə daxil edildikdə fiziki aktivliyi, əhval-ruhiyyəni artırır. Kokain qəbul edən adam özünü bacaqırlı hesab edir, ona elə gəlir ki, o hər işin öhdəsindən asanlıqla gələ bilər. Kokain qəbul edən idmançılarda qəfil infarkt və ölüm baş verə bilir. Kokain qəbulu zamanı orqanizmdə aşağıdakı simptomlar özünü göstərir: * arterial təzyiqin artması * ürək döyüntülərinin artması * bağırsaqlarda köp * əsəbi oyanıqlıq * toxunma halyusinasiyaları * dəridə qaşınma * fiziki aktivlik * eyforiya. Bir çox narkomanlar kokainin əmələ gətirdiyi əsəbilik əlamətlərini aradan qaldırmaq üçün müxtəlif psixoaktiv maddə və ya spirtli içki qəbul edir. Kokain orqanizmdə asılılıq yaradan maddələrdən hesab edilir. Gün ərzində kokain qəbul edən adamlarda qısa bir zamanda asılılıq yaranır. Belə adamlar kokaini tərgitmək istədikdə isə onlarda depressiya və adi bir şeyə qarşı əsəbi davranış qeyd edilir. Kokain qəbul edən adamlar onun qəbulunu saxladıqdan bir-neçə gün sonra, onların fiziki və əqli sağlamlıqları geri qayıdır. Bu zaman isə demək olar ki, onların hamısı intihara cəhd göstərir. Kokainlə müalicə onun əmələ gətirdiyi intoksikasiya əlamətlərinin aradan qalxmasına yönəldilir. Xəstəyə kalium və kalsium duzları, vitaminlər, oksigen terapiyası təyin edilir və trankvilizatortlar, yuxugətiricilər təyin edilir.
2023-02-21 07:31:00
Baş hərlənməsi orqanizmin özünü müvəqqəti idarə etməməsi halıdır. Bu hal özünü insana ətrafdakı əşyaların, onun ətrafında fırlanması şəklində biruzə verir və orqanizm ozünü çəkisizlikdə hiss edir. İnsanda baş hərlənməsinin müddəti bir-neçə saniyədən bir-neçə günə qədər davam edə bilir. Baş hərlənməsi zaman insan oturmuş vəziyyətdə olduqda, o özünü yaxşı hiss edir, amma ayaq üstə olduqda yıxılmağa səbəb ola bilir. Bəzi hallarda isə başı hərlənən adam oturduğu yerdə özünü çox pis hiss edir. Baş hərlənmsi zamanı xəstələr dizi üstə çökə və yıxıla bilirlər. Bu zaman ürəkbulnma, qusma, alında tərləmə, eşitmənin və müvazinatın pozulması müşayiət edilir. Bəzən baş hərlənmə zamanı dərinin rəngi avazıyır, ürəkdöyünmə, gözlərə qaranlıq çökmə qeyd edilir. Baş hərlənməsi zamanı xəstələrdə müvəqqəti olalaq huşun itməsi müşayiət edilir. Baş hərlənməsi aşağıdakı hallarda meydana çıxa bilir: - baş beynin müxtəlif xəstəlikləri zamanı - baş beyin-qulaq sinirinin xəstəliklərində - görmə sinirinin pozulmalarında - yüksək arterial təzyiq zamanı - qulaq xəstəlikləri zamanı - müxtəlif bakteriya və infeksiya xəstəlikləri zamanı - sinir soyuqlamalarında - toksiki zəhərlənmələr zamanı - nəqliyyat xəstəliklərində - orqanizmin duruşu qəfil dəyişildikdə (müxtəlif nəqliyyat vasitələrində) Baş hərlənməsi orqanizmin duruşunun qəfil dəyişməsi ilə müşahidə edildikdə ürəkbulanma və qusmağa səbəb olur. Baş hərlənməsi beyin və orta qulağın sinirlərinin patologiyaları zamanı müşahidə edildikdə xəstələrdə müvazinatın itirilməsi müşayiət edilir. Bu zaman xəstələrdə baş hərlənməsindən əlavə nevroloji simptomlar da müşahidə edilir. Baş hərlənməsi beyın səbəbli olduqda xəstələrin nitqində çətinlik, gözlərdə çəpləşmə, hərəkətlərdə nəzarəti itirmək müşahidə oluna bilir. Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Xəstəliyin müalicəsi baş hərlənməsinin əmələ gətirən səbəbin aradan qaldırılmasına yönəldilir.
2023-02-21 07:21:00
Fimoz pülüyün xarici dəliyinin dar olmasıdır. Fimoz zamanı pülük geri çəkilmədiyi üçün cinsiyyət orqanının başı görünmür. Xəstəlik anadangəlmə və qazanılma olur. Anadangəlmə fimozlarda uşaqlarda siyimə aktı tam mümkün olmur, yaxud sidik ifrazı çətinləşir və bu zaman uşaqlar sidiyə çıxanda ağlayırlar. Pülüyün xarici dəliyinin həddindən çox dar olması və onun tam tutlması bəzən pülük dərisi ilə cinsiyyət orqanının başı arasında yığılan pülük dərisi ifrazatı-smeqmanın miqdarı artır. Bəzən smeqma daşlaşır, iltihablaşır. İltihablaşma artarsa balanopostit baş verə bilər. Müstəqil inkişaf edən balanopostit əksər hallarda ikincili fimoza səbəb olur. Fimoz zamanı sidiyin normal xaric olması prosesi pozulur, sidik kanalı və sidik kisəsi genişlənir, sidik kisəsinin atoniyası baş verir. Xəstəlik vaxtında müalicə olunmasa pielonefritə səbəb ola bilir. MÜZLİCƏSİ: Yüngül gedişli fimozlar zamanı pülüyün xarici dəliyi genişləndirilir, onun daxili qatı antiseptiklə yuyulur, qurudulur və antiseptik məlhəm çəkilir. Genişləndirmə mümkün olmadıqda həlqəvari kəsiklə pülük dərisi götürülür və radikal cərrahi əməliyyat aparılır. Qanaxma saxlanılır, pülüyün daxili qatı ilə xarici qatı bir - birinə nazik ketqut ilə tikilir. Cərrahi əməliyyat bir yaşına qədər uşaqlarda anestiyasız, 1-7 yaşına qədər uşaqlarda narkozla, daha böyük uşaqlarda və yaşlılarda yerli novokain anesteziyası ilə aparılır. Bəzən xəstələr pülük dərisinin xarici dəliyinin dar olduğu zaman geri çəkilir. Belə geri çəkilmiş pülük dərisi cinsiyyət orqanının başını həlqəvari sıxır. Sıxıldıqda isə cinsiyyət orqanının başında qan və limfa dövranı pozulur, o şişir və bu hal parafimoz adlanır. Xəstəlik artarsa ödem hətta cinsiyyət orqanının sıxılmasına və nekroza səbəb ola bilər. Həmçinin uretranın da sıxılması baş verdiyi üçün siyimə aktı mümkün olmur, ağrı meydana çıxır. Bu vəziyyətdə xəstəyə təcili yardım göstərmək lazımdır. Xəstəyə təcili yardım göstərmək məqsədilə ələ əlcək geyinib, pülük dərisini vazilenləyib, sonra pülük halqasını arxadan önə çəkmək lazəmdır. Pülük öz yerinə qayıtdıqdan sonra şişkinlik azalır. Pülüyün yerinə qaytarılması mümkün olmadıqda şişkinlikdən arxada dəri novakainlə anesteziya olunur, kəsik aparılaraq pülük yürinə qaytarılır.
2023-02-21 07:11:00
Allergik rinit burunun selikli qişasının allergik xəstəliyidir .Bu xəstəliyin əlamətləri soyuqdəymə əlamətlərinə bənzəyir.Allergik rinit zamanı asqırma , burunun ətrfında şiçkinlik.burunda qaşınma və axıntı olur.Allergik rinitin 2 növu var: 1 fəsil dəyişən zaman baş verən allergiya 2 bütün il boyu baş verən allergiya( qidaya,məişət tozuna qarşı olan allergiyalar,heyvanlara qarşı olan allergiyalar) Allergik rinit allergenlərin (çiçək tozcuqlarının.bitki və ağac tozlarının)həssas adamı gözlərinə və burnuna düşməsi nəticəsində baş verir. allergik rinit ilin müəyyən fəsilləırində baş verir. Buadətən yaz aylarina təsadüf edir. Əlamətləri: Qaşinma, göz yaşarması,burun axması, burunun tutulması.Bu əiamətlər şiddətləndikdə isə bədəndə həssaslıq artır,baş ağrıları,halsızlıq, yuxunun pozulması,Xəstənin vəziyyəti get gedə pisləşərsə hətta depressiyaya belə gətirib çıxara bilir. DİAQNOSTİKASI Allergik rinitə lor həkimi və ya allerqoloq diaqnoz qoyur.Həkim burun boşluğunu müayinə etdikdən sonra qanın analizinə baxır.Adətən xəstəyə allergenlərə qarşı sınaq qoyulur.Bu sınaq vasıtəsilə xəstənin nəyə qarşı allergiyasının olduğu müəyyən edilir. MÜALİCƏSİ Müalıcə həkim nəzarəti altında aparılır.Əsas müalicə isə allergiyanı əmələ gətirən səbəbin aradan qaldırılmasıdır.Xəstəyə antihistamin peraparatlar təyin olunur,otağın havası tez tez dəyişdirilir PROFİLAKTİKASI Profilaktikası üçün ən ideal variant allergiyaya səbəb olan vasitəni tapmaq və ondan uzaqlaşmaqdır QORUNMA ÜSULLARI Allergiyadan qorunmaq üçün aşağıdakılara əməl etmək lazımdır: -meşədən. ağacların sıx olduğu yerdən uzaq gəzmək -küləkli havada gəzməmək -otağın havasını yağışdan sonra küləksiz havada dəyişdirmək -küçədən qayıdarkən yaxşıca yuynmaq , paltaları dəyişmək -hər gün duş qəbul eləmək -maşında gfedərkən pəncərəni bağlı saxlamaq - evdə hər gün təmizlik işi aparmaq -həkimin təyin etdiyi dərmanları vaxtında qəbul etmək.
2023-02-21 07:01:00
Uzun illərdir ki, dietologiya tibb elminin bir bölməsinə çevrilib. İnsanlar sağlam həyat tərzi yaşamaq üçün dietoloqların məsləhəti ilə qidalanır, onların göstərişlərinə əməl edirlər. Qəbul elədiyimiz gündəlik qidalar hava və su kimi orqanizmimizə lazımdır. Qidaların tərkibindəki maddələr sayəsində orqanizm ehtiyacı olan həyat əhəmiyyətli vacib maddələri qəbul edir. Onu da qeyd etmək lazımdır ki, orqanizmin sağlamlığı və ömrün uzunluğu qəbul edilən qidalardan çox asılıdır. Son bir-neçə onillikdə sağlamlıqlarının qayğısını çəkən isanlar qida rasionunu dietoloqların məsləhətlərinə uyğun tərtib edirlər. Düzgün olmayan qidalanma, stresslər, azhərəkətlilik, spirtli içki və siaret qəbulu, ayaqüstü yeməklər insanlarda bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olduğunu düşünsək dietoloqların məslətəhi ilə qidalanmaya üstünlük vermək olar. Çünki bu cür həyat rejimi ciddi xəstəliklərin - o cümlədən şəkərli diabetin, ürəyin işemik xəstəliklərinin, arterial təzyiqin, ateresklerozun meydana gəlməsinə səbəb olur. Bəs nə zaman dietoloqlara müraciət etmək lazım olduğunu bilirsinizmi? Həkimlər aşağıdakı hallarda dietoloqa getməyin mütləq olduğunu söyləyirlər: * artıq çəki, piylənmə * çəkinin normadan az olması * şəkərli diabet və digər endokrin xəstəliklər * maddələr mübadiləsi pozğunluqları zamanı * təngnəfəslik və şişkinlik olduqda * qanda xolesterolun miqdarı çox olduqda * mədə-bağırsaq xəstəlikləri * qaraciyər xəstəlikləri * ürək-damar xəstəlikləri * atereskleroz * müxtəlif qida allergiyaları * menopauza dövrü * orqanizmin ümumi təmizlənməyə ehtiyacı olduğu zaman * idman məşğələləri ilə məşğul olduqda * yuxu pozğunluqlarında * onurğanın müxtəlif hissələrində ağrılar olduqda. Düzgün seçilmiş dietoloq və düzgün qidalanma rejimi arterial təzyiqin normallaşmasına, çəkinin normaya düşməsinə, xroniki yorğunluq əlamətlərinin aradan qalxmasına, maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur.
2023-02-21 06:55:00
Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı üzvü Ramiz Novruz uzun sürən xəstəlikdən sonra vəfat edib.
2023-02-21 06:05:00
Zülal-enerji aclığı, zülalsız qidalanma zamanı orqanizmdə zülalın və enerjinin azalması, qurtarması ilə nəticələnir və azyaşlıların ölümünə səbəb olur. Bu ən çox inkişafdan qalmış, qidalanma aclığı olan ölkələrdə yaşayan əhali arasında baş verir. Aclığın səbəb olduğu zülal-enerji çatışmazlığından ən çox uşaqlar ölümə məruz qalırlar. Zülal-enerji aclığından əziyyət çəkən uşaqlar vaxtında xəstəxənaya yatırılarsa, müxtəlif prosedurlarla xəstəni xilas etmək olur. Bu zaman xəstəyə yataq rejimi və zülallı qidalanma təyin edilir, xəstənin immun sisteminin artırılması istiqamətində müalicə aparılır. Xəstənin qaraciyəri müalicə edilir. Müalicənin baş verməsinə baxmayaraq zülal aclığı keçirmiş uşaqların hamısında mədə-bağırsağın sorulma funksiyası pozulur, beyin funksiyaları isə aparılan müalicələrə baxmayaraq tam bərpa olunmur. Xəstəliyinin əlamətlərinə aiddir: - çəkinin azalması - zəiflik - zehni inkişafdan gerilik - dəridə sarılıq - dərialtı qansızmalar - qanda natriumun aşağı düşməsi - daima baş verən ishal - halsızlıq - orqanizmin inkişafdan qalması. Xəstəliyin baş verməsinə səbəb uzun müddət zəif, vitaminsiz, mineralsız və zülalsız qidalanmadır. Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Müalicə zamanı azyaşlı uşaqların zülal çatışmazlığını bərpa etmək üçün 24-48 saat ərzində venadaxili prosedurlarla körpə həyata qaytarılmağa çalışılır. Körpəyə kalorili qida südə qatılmış halda verilir. Bu zaman körpə ən az 12 həftə stasionar şəraitində qalmalıdır.
2023-02-21 05:04:00
Orqanizmdə purin əsaslarının məhsulu sidik turşusudur. Əsas etibarıilə o qara ciyərdə nukleotidlərin parçalanmasından, oksipurinlərin oksidləşməsindən əmələ gəlir. Endogen sidik turşusu endogen purinlərin oksidləşməsindən sintez olunur. Bu sidik turşusu purinsiz qidalanma zamanı əmələ gəlir. Ekzogen sigik turşusu qida məhsulları ilə bədənə daxil olan purinlərdən əmələ gəlir. Orqanizmdə sidik turşusunun 2 əsas sintez yolu mövcuddur. Birincisi didik turşusunun əmələ gəlməsinin düz yoludur ki , bu hipoksantinin oksidləşməsi nəticəsində baş verir. İkincisi qeyri düz yol - sidik turşusunun əmələ gəlməsinin mənbəyi olan nuklein turşularının və s. 8-10 günə əmələ gəlməsidir. Böyrəyə daxil olan sidik turşusu yumaqcıqda filtirasiya olunduqdan sonra böyrək kanalcıqlarında reabsorsiya olunurlar . Sidiyin reyaksiyası sidik daşlarının əmələ gəlməsində əsas faktor sayılır. Sidik turşusunun qanda səviyyəsinin artmasına salisilatlar, diuretiklər, xörək duzu kalsium preparatları, atropin səbəb olur. Hiperuraturiya sidik turşusu diatezinin simptomlarından olub , kliniki şəkildə sidikdə kristalların olması ilə müşayət olunur. Onlar əksər hallarda natrium , kalium duzları, az halda kalsium və maqnezium duzları şəklində olurlar. Sidik turşusunun başqa duzu olan urat digər duzlardan fərqli olaraq sidikdə çoküntüyə çevrilir. Duzların qum və kristal halı sidiyin normal xaric olunması prosesini ləngidir və böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur. Sidik turşusu diatezinin növləri aşağıdakılardır: 1. Oksaluriya 2. Hiperkalsiuriya 3. Fostaturiya Böyrək daşı xəstəliyinin müalicəsi daşların növunə uyğun olaraq aparılır.
2023-02-21 04:04:00
Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır. O, ciddiliyindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə gündən bir neçə saata qədər davam edərək müşahidə oluna bilər. Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər. Allergiyaya səbəb allergen adlı maddələrdir. Bəzən allergiya hətta o qədər zəif ola bilər ki, siz hətta allergiyadan əziyyət çəkdiyinizi hiss edə bilməzsiniz. Lakin bəzi hallarda isə allergiya dediyimiz həyat üçün çox təhlükəli hal yarada bilər. Allergiyadan əziyyət çəkən insanlarda çox ciddi patoloji vəziyyət olan anafilaktik şok yarana bilər. Buna səbəb isə orqanizmin allergene qarşı kəskin reaksiyasıdır. Anafilaktik şok müxtəlif allergenlərdən yarana bilər: dərman preparatlarındna, həşərat sancmalarından və qida məhsullarından. Anafilaktik şok hətta dərinin lateks adlanan bitkiyə toxunmasından belə yarana bilər. Qida allergiyası immun sisteminin müəyyən qida məhsullarına qarşı göstərdiyi bir reaksiyadır. Bu allergiya növü orqanizmin hər hansısa bir qida məhsulunu onun üçün təhlükəli olaraq qəbul etməsi zamanı yaranır və özünümüdafiə üçün immun sistemini antikor istehsal etməyə məcbur edir. Bəzi hallarda böyük yaşlı insanlarda uşaq vaxtı müşahidə olunan allergiya keçib gedir. Lakin allergiya böyük yaşlarda yaranıbsa ondan azad olmaq çox çətindir. Allergik zökəm (mütəxəssislər bunu rinit adlandırır) 10 nəfərdən 1-də müşahidə olunur və bu adətən irsi keçmədir. Belə allergiya əsasən kişilərdən çox qadınlarda yaranır. Allergik zökəm zamanı yaranan simptomlar: gözlərdə, burunda, boğazda və damaqda qaşınmalar, asqırma, burun tutulması, göz yaşarması, burundan axan seliklikli axıntı, konyuktivit (gözlərdə ağrı və qızartı). Bəzi ağır hallarda isə allergik zökəm astma yaradır (astmadan əziyyət çəkən insanlarda).
2023-02-21 03:04:00
Əl və ayaq dırnaqları yalnız manikür etməkdən ötrü yaradılmayıb. Onlar sizin barmaqlarınızı qoruyur və xırda əşyaların ələ alınmasında köməkçiniz olur. Dırnaqlar insanın sağlamlığı haqqında çox sözlər deyir. Belə ki, dırnaqlara baxıb orqanizminizdə olan bəzi patologiyaıarı təyin etmək mümkündür. Dırnaqlar, dırnaq kökündə olan qəlibdən çıxır və uzanır. Onun tərkibi orqanizmdən xaric olunacaq sıxlaşmış ölü toxumalardan ibarətdir. Yeni dırnaq toxuması əmələ gəldikdə ölü toxumanı qabağa doğru itələyir və bu səbəbdən də dırnaqlar uzanır. Əgər uzanan dırnaqlarda patoloji dəyişikliklər varsa, deməli orqanizmdə patoloji poroseslər gedir. 1. Eninə zolaqlı xətlər və çökəkliklər dırnaq toxumasında olan fəaliyyətin qısa müddətli dayanmasından xəbər verir. Bu isə o deməkdir ki, qan dövranında qana müxtəlif patoloji birləşmələr qarışıb. Bu müxtəlif infeksiya və ya ciddi xəstəliklər ola bilər. Xəstəliklərin orqanizmdə inkşafa başladığı zaman isə dırnaqlarda əmələ gələn eninə zolaqlı kəsiyin meydana çıxmasından 1 ay qabaq baş verib. 2. Dırnaqda psorias özünü xırda çökəkliklər və müxtəlif patologiyalarla biruzə verir. Bu orqanizmdə gizli və ya aşkar dəri xəstəliyinin olmasından xəbər verir. 3. Uzun müddət soyuq sudan istifadə etdikdə və ya əlcəksiz qarla oynadıqdan sonra əllərininzin göyərməsi sizin qan dövranınızda pozğunluqların olmasından və ətraflarınızın oksigenlə normal qidalanmadığından xəbər verir. Bu Reyno xəstəliyinin olmasından da xəbər verə bilər. 4. Dırnaqların sarı və qalın olması göbələk xəstəliyinin olmasından xəbər verir. 5. Dırnaqların qara rəngdə olması dırnaq altında olan dərinin qaralması zamanı baş verir. Bu dırnaqaltı melanomadır və onkoloji xəstəlik hesab edilir.
2023-02-21 02:02:00
Orqanizmin yoluxucu xəstəliklərdən qorunmasında iştirak edən qeyri-spesifik mühafizə amilərinə aşağıdakılar aiddir: - Bədən temperaturu. Yüksək temperatur bir sıra mikroorqanizmlərə öldürücü təsir göstərir. Quşların bədən temperaturu məməlilərə nisbətən yüksək olduğuna görə onlar qarayara xəstəliyinə tutulmurlar. Lakin süni surətdə soyudulmuş göyərçinlərdə qarayara xəstəliyinin törədicilərinə qarşı həssaslıq yaranır. - Toxumalarda oksigenin miqdarı. Mühitdə oksigenin miqdarı kifayət qədər olduqda anareob mikroorqanizmlərin inkişafı və çoxalması ləngiyir. Tetanus və qazlı qanqrena xəstəliyinin törədiciləri yalnız anaerob şəraitdə çoxalır. - Hidrogen ionlarının qatılığı. Normal infeksion amillərə nisbətən çox təmasda olan sahələrində hidrogen ionlarının qatılığı kifayət qədər yüksək olur.
2023-02-21 01:01:00
Bu xəstəlik özünü oliqodipsiya, oliqouriya, böyrək və ürək xəstəlikləri olmadan ətraflarda ödemin olması ilə səciyyələndirir. Xəstəliyə ən çox qadınlar arasında rast gəlinir. Bu zaman aşağıdakı patologiyalar da meydana çıxa bilir: - aybaşı tsiklinin pozulmaları - baş ağrıları - hiperxolesterinemiya. Baş ağrılarının əmələ gəlməsinə səbəb beyin qişalarının ödemi, damar patologiyaları və emosional vəziyyət səbəb olur. Xəstəlik piylənmə fonunda və piylənməsiz baş verə bilir. İdiopatik ödem dövri və daimi olmaqla 2 yerə ayrılır. Dövri ödemlər çox vaxt aybaşıdan əvvəl baş verir və əksər hallarda bütün bədənə eyni miqdarda yayılır. Bu bədən kütləsinin artması il müşayiət olunur. Ödemlər bədən çəkisinin 3-20 kq arasında artmasına səbəb ola bilirlər. İdiopatik ödemlər hipotalamus-hipofizar nahiyədə müxtəlif etiologiyalı çatışmazlıqların olduğu zaman meydana gəlir. Mayenin ləngiməsi antidiuretik hormonun və aldosteronun ifraz sintezi, cinsi hormonların çatışmazlığı ilə bağlıdır. Psixi zədə amillərinin də hormonların ifraz sisteminin pozulmasında rolu olduğu danılmır. Xəstəliyin müalicəsi qida rasionundan karbohidratların və xörək duzunun çıxarılması ilə başlayır. Müalicə zamanı kalium preparatlarından və veroşpirondan istifadə edilir, xəstəyə bromokriptin təyin edilir. Son zamanlar idiopatik ödemlərin müalicəsi zamanı antidepressantlardan da uğurla istifadə edilir.
2023-02-21 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-02-20 23:52:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən kafenin dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
2023-02-20 23:48:00
Azərbaycanda taksi minik avtomobillərinin sürücülərinə qarşı tələbin olmaması əsas məqamları nəzarətdə saxlamağa imkan vermir.
2023-02-20 23:33:00
Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın olub.
2023-02-20 23:05:00
Hatayda zəlzələ nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasedicələri arasında xəsarət alan yoxdur.
2023-02-20 21:33:00
Dünyadakı 13 iqlim tipinin 9-nun Azərbaycanda olması ölkəmizdə Novruz qabağı çərşənbələrin fərqli şəkildə keçirilməsinə öz təsirini göstərib.
2023-02-20 21:11:00
Naxçıvan televiziyası və radiosunun yerüstü və rəqəmsal yayımında fasilə yaranıb.
2023-02-20 21:00:00
Bruklin Bekhem və Nikola Peltsin toyu tədbirin təşkilatçıları ilə Pelts ailəsi arasında məhkəmə prosesinə səbəb olub.
2023-02-20 20:40:00
Rejissor Ceyms Kemeronun "Avatar: Suyun yolu" filmi "Titanik"in rekordunu yeniləyib.
2023-02-20 20:37:00
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası çərçivəsində Azərbaycan-Macarıstan biznes forumu keçirilib.
2023-02-20 20:31:00
Məşhur aşpaz CZN Burak "Barselona"nın sabiq futbolçusu Ronaldinyo və Argentina millisinin futbolçusu Lionel Messinin ona bağışladığı imzalı formaları satışa çıxarıb.
2023-02-20 20:11:00
"Google" 2022-ci ilin dekabrından sınaqdan keçirilən yaddaşa və enerjiyə qənaət imkanlarını tətbiq etməyə başlayıb.
2023-02-20 19:40:00
Adıyamanda hər kəsin " Eski Kahta" deyə adlandırdığı böyük bir qaya zəlzələ nəticəsində iki yerə bölünüb.
2023-02-20 19:31:00
Kahramanmaraşda baş verən zəlzələdə yaşananlarla bağlı türk mediası müxtəlif yazılar dərc edib.
2023-02-20 19:15:00
Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb.