Şou-biznes
2023-06-05 23:53:00
Dünyaca məşhur kamança ustası Mark Eliyahu Heydər Əliyev Sarayında konsert verib.
2023-06-05 23:08:00
"Dəfələrlə istəmişəm bu sənətdən uzaqlaşım. Haqsızlıqlar olub. Belə alverlə məşğul ola bilərəm. Dondurma satmışam. Bir az şokolad almışdım, qapımızda qoydum satmağa. Gördüm bir şokolad var, sata bilmirəm. Başladım kağızlar yazmağa mərc kimi, götürürdün, bəxtinə nə çıxsa. Ən çox o şokoladların adını oraya salıb elə satmışdım".
2023-06-05 22:51:00
Türkiyəli müğənni Sinan Özən 3 yaşındakı qızı Nevanın yeddinci əməliyyatından əvvəl yaşadıqlarından danışıb.
2023-06-05 22:23:00
Məşhur aktrisa Şeron Stoun iflic keçirdikdən sonra Hollivuddakı karyerasının bitməsindən danışıb.
2023-06-05 21:20:00
"Atam Yalçın Rzazadə mənə heç vaxt dəstək olmayıb. Heç bir telekanal, heç bir veriliş işçisi deyə bilməz ki, Yalçın müəllim zəng edib, mənim üçün xahiş edib. Belə şey ömründə ola bilməz. Heç xoşlamırdı ki, onunla bərabər verilişə qonaq gedim. Hətta veriliş əməkdaşları da məni atamla birlikdə efirə qorxa-qorxa dəvət edirdilər ki, Yalçın müəllim bunun əleyhinə olacaq. Bir məqam da var idi, mən bunu heç vaxt vurğulamamışam, deməmişəm. Çünki hardasa xətrimə dəyib, məni incidib belə addımlar. Hətta Yalçın müəllimin Heydər Əliyev adına sarayda keçirilən 50 illik yubiley konsertində də mən oxumamışam. Yalçın müəllim məni o konsertə də çıxarmadı ki, sonra deyəcəklər ki, öz yubiley konsertində oğluna təkan verir, onu qabağa salır"
2023-06-05 18:36:00
Türkiyənin sosial media fenomeni, iş adamı Dilan Polat həyat yoldaşı Engin Polat üçün təntənəli doğum günü qeyd edib.
2023-06-05 18:00:00
Müğənni Manaf Ağayevin həmkarı Tacir Şahmalıoğlunun oğlunun toyunda atdığı addım hər kəsi təəccübləndirib.
2023-06-05 16:54:00
"Fox" kanalında yayımlanan "Yasak Elma" serialı iyunun 5-də 177-ci bölümü ilə izləyicilərə vida edəcək.
2023-06-05 16:18:00
Aktrisa Ülviyyə Xəlilbəyli dünənki açıqlamasını tənqid edənlərə cavab verib. Belə ki, o, "Zaurla Günaydın"da ailəsi ilə birlikdə qonaq olarkən etdiyi çıxış izləyicilərini qıcıqlandırıb.
2023-06-05 15:42:00
Xalq artisti Məmmədsəfa Qasımovun qızı Röya ailə qurub.
2023-06-05 14:30:00
"Səs Azərbaycan" müsabiqəsinin qalibi, AzTV-nin solisti Emiliya Yaqubova Britaniyadakı son paylaşımları ilə diqqət çəkib.
2023-06-05 13:38:00
Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Elnarə Abdullayevadan küsdüyünü açıqlayıb.
2023-06-05 13:16:00
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloger və iş adamı Hüseyn Həsənov ad günü ərəfəsində Maldiv adalarına yollanıb.
2023-06-05 12:54:00
Son.az xəbər verir ki, tanınmış müğənni Elnarə Xəlilova moderator.az-ın suallarını cavablandırıb. - Elnarə xanım, yay ayı gəlir, istirahət planlayırsınız? Ailə ilə istirahəti sevirsiniz? - İstirahət mütləqdir. İyul ayı ailəlikcə dincələcəyik. İyun və avqust aylarında isə işləməyə davam. - Kiməsə görə xasiyyətinizi dəyişmisiniz? - Heç vaxt! Həyat tərzimi dəyişə bilərəm. Düşdüyüm ailənin adət və ən-ənələrinə hörmət əlaməti olaraq, az-maz həmin ailəyə uyğunlaşa bilərəm. Amma xasiyyəti dəyişmək məncə qeyri-mümkündür. - Həyat yoldaşınızla aranızda anlaşılmazlıqlar çox olur? Güzəştə gedən tərəf kimdir? - Təbii ki, prioritet ailə başçısınındır. Bizdə evdə partiarxatdır. Ancaq yeri gələndə güzəştə hər iki tərəf getməlidir və gedir də. - Bu gün bütün televiziyalarda sosial verilişlər var. Nədənsə sizi həmin verilişlərdə görmürük. Adətən belə verilişlərə nümunəvi ailə tablosu olan, çoxuşaqlı analar gəlib, tövsiyyə verməlidir. Dəvətlər olurmu? - Əlbəttə ki, dəvətlər gəlir. Sadəcə mən özümü çox vaxt o verilişlərdə görmürəm. Çünki mən sənətçi və yaradıcı insanam. Hər nə qədər nümunəvi ailəm olmuş olsa da, ailəmin müzakirəyə çıxarılmasını sevmirəm. - Sizcə həmin verilişlər insanlara lazımdır? - Bəlkə də lazımdır. Hər cəmiyyətin öz düşüncə və təfəkkür tərzi var. Gərək ona görə davranılsın. Hər bir baş verən neqativ halı da çılpaqlığı ilə efirə çıxarmağı düzgün hesab etmirəm. Çünki biz istəsək də, istəməsək də, şüuraltı həmin neqativ halı təkrar yada salmış, yatanları da oyatmış və dolayısı ilə təbliğ etmiş oluruq. Təbii ki, mən bunun əleyhinəyəm. - Efirlərimizdə hansı verilişlərin daha çox olmasını istərdiniz? - Veriliş dediyin məlumat xarakterli olmalıdır. Analitik verilişlər onsuz da xəbər və məlumatla bol olur. Əyləncəli verilişləri də məlumat xarakterli, sadəcə əyləncə qatqılı etmək lazımdır. Lakin bəzən verilişlərdə aparıcı özünü apara bilmir, qalsın veriliş aparmağı. Hər nə olursa-olsun, efir etikası və estetikası gözlənilməlidir. Aparıcı verilişin sütunudur. O hara yönəldərsə, qonaq da ora gedər. Aparıcı unutmamalıdır ki, efir onun şəxsi mülkü deyil və efirdə səslənən hər bir mədəniyyətsizlik izləyicilərin tərbiyəsinə və əxlaqına mənfi təsir edə bilər. - Çox uzun illər müxtəlif telekanallarda aparıcılıq etmisiniz. Özünüzü yenidən aparıcı kimi sınamaq istərdiniz? - Bəlkə də istərdim. Sadəcə bunun üçün normal şərait yaradılmalıdır. Elnarə texniki problemlərin həlli ilə yox, yalnız efiri doğru-dürüst həyata keçirməyinin dərdində olmalıdır. - Elnarə xanım, müğənnilərimiz niyə yenilikçi deyillər? Niyə hər şey bəsitləşib? Bu hal niyə kimsəni, aidiyyatı qurumları, bu işə məsul şəxsləri narahat etmir? - Bundan ötrü Bədii şura yaradılmalıdır. Bütün yayım və media qurumları qarşısında reqlament və senzura qoyulmalıdır. İfaçı da bilməlidir ki, nəyi etmək olar, nəyi yox. Mahnı mətnində hansı sözü demək olar, hansını yox! Yoxlamaq lazımdır ki, musiqinin özü Azərbaycan musiqi mədəniyyətinin təbliğatına faydamı verir yoxsa mane olur? Bundan ötrü ali savadlı musiqi tənqidçiləri, bəstəkar və şairlər, dilçilər, musiqiçilər danışmalıdır. Mümkünsə yaşca və statusca böyüklər. Yəni buna haqqı çatanlar. - Bu günlərdə Dövlət Dil Komissiyası yanında Monitornq Mərkəzi müğənnilərin ifa etdiyi mahnıların sözlərindəki mənaların efir etikasına uyğun olmadığını aşkarladı. Amma nəinki gənc sənətçilər, bir qrup böyük sənətkarlar da bu səlahiyyətin onlarda olmadığını dilə gətirərək, Monitorinq Mərkəzinə irad tutdu. Yəqin ki, bundan xəbəriniz var? - Və bütün deyilən sözlər də orada qaldı. Musiqiçi dilçiyə deyə bilməz ki, get işinlə məşğul ol. Bu elə onun işidir. Dövlətin müəyyən etdiyi səlahiyyətli nümayəndələr olmalıdır. Onların səlahiyyəti çatmalıdır həm mahnı mətninə, eyni zamanda da musiqisinə müdaxilə etsin. Onların əlində elə bir sanksiya olmalıdır ki, yararsız treklər yalnız sosial şəbəkə səviyyəsində qalmalıdır. Efirlərə qədər qətiyyən daşınmamalıdır. - Ən böyük arzunuz nədir ki, ona çatmağınız uzun zaman tələb edir? - Hələ ki, arzum solo konsert verməkdir. Düşünürəm ki, onun da vaxtına az qaldı.
2023-06-05 12:10:00
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı TikTok canlı yayımında onun ünvanına təhqir yazanlardan danışıb.
2023-06-05 11:37:00
Aktrisa Məlahət Abbasova sosial media hesabında həyat yoldaşı İzzət bəy və qızı Sude ilə yeni fotosunu yayımlayıb.
2023-06-05 10:53:00
"İnsanı yaşadan sevgidir, məhəbbətdir. Mütləq deyil ki, sən kimisə sevməlisən, dərdindən ölməlisən. Tamaşaçı sevgisi də, övlad, nəvə sevgisi də bu sevgiyə aiddir. Sevgi qadın üçün ən gözəl hissdir. Mənə elə gəlir ki, heç bir qadın sevgisiz yaşaya bilməz. Qadın sevgi dolu olmalıdır. Bəzən sevgi mahnıları oxuyursan, insanlar yozurlar. Nə edim ki, sevgi dolu qadınam?"
2023-06-05 10:20:00
Meyxanaçı Pərviz Arif subaylığın daşını atıb.
2023-06-05 09:49:00
Aparıcı Aytən Səfərova sosial media hesabındakı oaylaşımı ilə diqqət çəkib.
2023-06-05 09:27:00
Aktrisa Keyt Hadsonun sosial media paylaşımları müzakirələrə səbəb olub.
2023-06-05 02:02:00
Əməkdar artist Yusif Mustafayev ona borcu olan şəxslərdən gileylənib.
2023-06-05 00:24:00
Sonuncu dəfə "Ramo" serialında rol alan türkiyəli aktyor İlker Aksum evlilik qərarı alıb.
2023-06-04 22:48:00
Müğənni Elnarə Xəlilova sosial şəbəkələrin köməyi ilə parıldayan ifaçılardan danışıb.
2023-06-04 21:48:00
"Vicdan haqqı" serialında Larisa obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova qeyri-adi paylaşımları ilə daim medianın diqqət mərkəzindədir.
2023-06-04 18:48:00
Dünya şöhrətli aktrisa Meqan Foks paylaşımı ilə diqqət çəkib.
2023-06-04 18:12:00
Müğənni Aysun İsmayılova Eşqin Cəlilovdan ayrıldıqdan sonra ilk dəfə efirə çıxıb.
2023-06-04 17:36:00
Türkiyəli aktrisa Miray Daner müğənni Seda Sayanın oğlu Oğulcan Enginlə ayrılması barədə ilk dəfə danışıb.
2023-06-04 16:48:00
Türkiyənin məşhur aktrisası Pelin Öztekin bir müddət əvvəl sosial media hesabında paylaşdığı bikinili pozası ilə gündəmə gəlib.
2023-06-04 15:36:00
Məşhur türkiyəli aktyor Tamer Karadağlı kirayə yaşadığı evdən çıxarılır.
2023-06-04 15:00:00
Məşhur türkiyəli müğənni Aleyna Tilki NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi) Uçan Naməlum Obyektlərlə (UNO) bağlı açıqlamasından sonra agentliyə qəribə çağırış səsləndirib.
2023-06-04 14:24:00
Almaniyanın məşhur rok qrupu olan "Rammstein" dağılmaq ərəfəsindədir.