Şou-biznes

Günay 16 ildən sonra Çingizlə görüşdü və... VİDEO

2023-06-15 22:12:00

Müğənnilər Günay İbrahimli və Çingiz Mustafayev uzun illərdən sonra bir araya gəliblər.

Bayram günləri milyonlar qazanacaqlar

2023-06-15 21:48:00

Türk müğənnilərinin Qurban bayramındakı səhnə qiymətləri açıqlanıb.

"Nadirin dodaqlarına müdaxilə olunub" ŞOK AÇIQLAMA

2023-06-15 21:32:00

Aparıcı İlhamə Bədəlova müğənnilərin plastik əməliyyatlarından danışıb.

"Ateş kuşları"nda yeni aktyor FOTO

2023-06-15 20:12:00

"Atv" kanalında yayımlanan "Ateş kuşları" serialına yeni aktyor daxil olacaq.

Atilla Taşın 6 il həbsi istənilir

2023-06-15 18:58:00

Türkiyənin məşhur müğənnisi Atilla Taşın növbəti məhkəməsi baş tutub.  

Ayrıayrı dünyaların adamıyıq Bir zamanların ən yaxın rəfiqələri idilər...

2023-06-15 18:22:00

"Üç il olar Natavanla əlaqəmiz yoxdur. Nömrəsi belə yoxumdur. 10 ildə yadıma gəlmir ki, onunla şəxsidə danışım. Şəxsi vatsap nömrələri olan, sevdiyim, hörmət bəslədiyimiz ulduzlarımız var".

Kutsi boşanır

2023-06-15 17:46:00

Türkiyəli aktyor-müğənni Ahmet Kutsi Karadoğan ilə həyat yoldaşı Sibel Ülker boşanır.

"11 uşağa təhsil verib, 4 oğul evləndirmişəm"

2023-06-09 11:23:00

"Bu günə qədər 11 uşağa təhsil vermişəm".

Şəfiqə Nağıyevanı maşını ilə vuran taksi sürücüsü canlı yayıma zəng etdi

2023-06-09 11:09:00

Bir neçə gün əvvəl gecə saatlarında Nizami rayonu ərazisində vəkil Şəfiqə Nağıyeva yolu keçərkən taksi sürücüsü tərəfindən vurulub. Bədən xəsarətləri alan vəkil bildirib ki, taksi sürücüsündən anasının xəstə olduğunu və tək ailəyə baxdığı üçün şikayətçi olmayıb.

“İndi tərsinə olub, sənətkarlar arxadadır, sənəti olmayanlar öndə...”

2023-06-09 10:14:00

"Pandemiyada təsadüfi insanlar çox üzə çıxdı. Meydanı boş qoymaq olmaz. Sonra kimlərsə gəlib o yerləri tutanda, gileylənirik, xoşumuza gəlmir. Bunun da günahkarı bizik. Bayağı musiqilər, müğənnilər efirlərə yol açır. O vaxt bizim də çətinliklərimiz olub, amma çox şükür ki, məktəb keçə-keçə gəlmişik. 4-cü sinifdən professional səhnədə olmuşam. İlk çıxışım bir zavodda, böyük auditoriya qarşısında olub. O vaxt fanaqrama da yox idi, canlı oxuyurduq. Bu gün istedadlı gənclərimiz də az deyil. Bir neçəsinə elə özüm dəstək olmuşam. Bayağılıq hər dövrdə olub, amma bu dərəcədə təbliğ olunmayıb. Olsa belə onlar arxa planda idilər. İndi tərsinə olub, onlar ön plana, sənətkarlar isə arxa plana keçiblər. Ötən il 4 ay veriliş apardım, deyirdim ki, bu çox çətin peşədir. Mən qarşıma məqsəd qoydum. Çalışdığım qədər sənətkarları, sənəti olan insanları verilişə dəvət etdim".

“Vəsiyyət etmişəm ki, öləndə aparın meyitimi, leş kimi dərəyə tullayın”

2023-06-09 09:57:00

"İnsan, əgər kasıb yaşayırsa, başdaşısı da sadə olur. Amma elə insanlar var ki, başdaşısı sanki mavzoleydir. Hətta elə qəbirlər var ki, üstünə işıq da çəkirlər. Guya bu adam dədəsinin qədrini bilir. Yalandır! Bəlkə, sağlığında atasına 1 stəkan çay belə verməyib. Sadəcə, dəbdəbə üçün ölürlər. Görsünlər ki, filankəs dədəsini nə yaxşı basdırdı və s. Bunlar, ancaq şöhrət xətrinədir".

Müğənni məşhur mənzilini satmalı oldu

2023-06-09 09:24:00

Müğənni Zemfira Moskvanın Frunzenskaya sahilindəki məşhur mənzilindən yaxa qurtarıb. Buna səbəb Rusiyanı tənqid edən xarici agentlərin əmlakını müsadirə etmək tələbləri olub. Məlumata görə, mənzilin yeni sahibi Zemfiranın köhnə rəfiqəsi, aktrisa və rejissor Renata Litvinovadır.

"Həmin meyxanaçılardan iyrənirəm"

2023-06-09 05:05:00

"Bəzilərinə meyxana əmanət etdiyim üçün təəssüflənirəm. Baxırsan qəşəng meyxana deyir, amma nə qədər yalan olar? Yalandan öpüşmək, qucaqlaşmaq... Nifrət edirəm onlara. Həmin adamlarla görüşmərəm. Telefona cavab vermirlər. 4 il əvvəl işlətdiyi nömrəni verir. Mənə lazım deyil, ulduzsan özün üçün".

Berenin illər sonrakı halı təəccübləndirir FOTO

2023-06-09 03:03:00

"Kocamın ailesi", "Anne", "Kızım" kimi seriallarla populyarlaşan Beren Gökyıldızın son halı təəccübləndirib.

Pulsuz qalan tiktoker 14 milyonluq klip çəkdirir

2023-06-09 01:28:00

Rusiyadan Dubaya köçən tiktoker və musiqiçi Danya Miloxin maddi vəziyyətini düzəldib.

“Zəng etdi ki, sənə çılpaq şəklimi göndərim” Elgizdən

2023-06-09 00:28:00

Aparıcı Elgiz Əkbər proqramındakı açıqlaması ilə diqqət çəkib.

Məşhur komediya ustası vəfat etdi

2023-06-08 23:42:00

Amerikalı məşhur aktyor və komediya ustası Pet Kuper vəfat edib.

Afaq Gəncəli: "Məni kamera qarşısına çıxaran insan o olub"

2023-06-08 23:36:00

"Mən uşaqlıqdan sevimli, çox hörmət etdiyim Nərgiz Cəlilovaya baxıb, onun kimi diktor olmaq istəmişəm. Çünki Nərgiz xanımın oturuşu, duruşu, özünü aparma qabiliyyəti mənim üçün bir nümunə olub. Onun kimi diktor olmaq istəyirdim, teleaparıcı yox. O vaxt heç teleaparıcılar da nadir hallarda efirdə görünürdülər".

Bu serialın da adı başlamadan dəyişdirildi

2023-06-08 23:06:00

"TRT 1" kanalında yayımlanması planlaşdırılan "Neşeli günler" serialının adı dəyişdirilib.

Yusif Mustafayev sələmə pul verir?

2023-06-08 21:24:00

"Sosial şəbəkədə yazırlar ki, pulu sələmə verir. Buradan deyirəm ki, sələmə pul verirəmsə, Allah məni öldürsün, evimi yıxsın. Mən insanlara əl tutmuşam. Bunu deyənlərə lənət olsun".

Elza Seyidcahanın dördüncü nəvəsi oldu FOTO

2023-06-08 20:00:00

Əməkdar artist Elza Seyidcahanın dördüncü nəvəsi dünyaya gəlib.

“Boşanmağı normal hesab edirəm” FOTO

2023-06-08 19:24:00

Son.az xəbər verir ki, Akademik Musiqili Teatrın aktrisası Gültac Əlili moderator.az-ın suallarını cavablandırıb.    - Gültac xanım, sizi sosial şəbəkələrdə izləyirəm, gün ərzində bir neçə yerə qaçıb gedirsiniz. Bundan əlavə də ailə, övlad qayğıları və s. Bəzən deyirlər ki, ailə ilə sənət tutmadı deyə boşandım. Bütün bunları necə çatdırırsınız?   - Boşanmaq üçün işləri və ailəyə vaxt çatdırmamaq bəhanə ola bilməz. Mən evlənmək qədər boşanmağı da normal hesab edirəm. Əgər insan həmin adamla münasibətlərini toparlaya bilmirsə, onunla birlikdə həyatı yürümürsə, boşanmaq normal bir şeydir. İnsan həyata bir dəfə gəlir. Onun ən gözəl şəkildə yaşaması haqqıdır. Çünki zaman, ömür gedir. Bu dünyaya yenidən gəlmək kimi şansımız yoxdur. Əlbəttə ki, bu qədər işlərlə ailəni bir arada çatdırmaq çətindir. Amma istəyirəm deyə çatdırıram. İstəyən hər şeyi çatdırar. Həqiqətən də mənim üçün çox çətindir. Çox yoruluram, sağlamlığım tükənir. Buna isə düşünürəm ki, dəyər verilməlidir. Mən həyat yoldaşım tərəfindən həmin dəyəri görürəm. Amma nə yalan deyim, bəzən peşman olduğum məqamlar da olur ki, gərək bu qədər fədakar olmayaydım. Desəm də alınmır. Çünki mən belə doğulmuşam. Anam da mənim qədər fədakardır. Ondan necə görmüşəmsə, elə də davam edirəm. Ailə olmaq istəyən adam, çatdırmıram, bezdim, yoruldum, boşanıram kimi sözləri leksikomundan çıxarmalıdır. Ailə olmaq istəməyən adamların da fikirlərinə normal yanaşıram, hörmətlə qarşılayıram, bu da onların həyatıdır. Onlar elə yaşamağı seçirlər. Özləri bilərlər, bu onların pis insan olmaqları anlamına gəlməz. Adam ailə həyatı qurmaq istəmir, bu onun seçimidir.   -Oynamaram dediyiniz obraz olubmu?     -Əslində oynamaram dediyim bütün obrazları teatrda oynamışam. Mən universitetdə oxuyanda həmişə Esmeralda obrazını oynamağı arzulamışam. Hal-hazırda da bizim teatrda "Paris Notr-Dama ithaf" tamaşası gedir. Tamaşa hazırlananda da bilirəm ki, həm rejissor, həm heyət tərəfindən Esmeralda olaraq namizədlər sırasında olmuşam. Səsimdə problemlər olduğuna görə o zaman həmin obraz üçün yararlı deyildim. Daha sonra mən yazdım, obrazı oynamaq istədiyimi bildirdim. Həm rejissor, həm də rəhbərlik etiraz etmədi. Rejissor mənə dedi ki, "götür hazırla, musiqilərini dirijora təhvil ver, məşq edək və çıx səhnəyə, göstər öz məharətini". Tamaşanın musiqisini, hər şeyini hazırladım. Bir müddətlik tamaşa dayandı. Mən də həvəsdən düşdüm. İndi də başqa tamaşalarda çox məşğul olduğum üçün onunla məşğul deyiləm. Amma inanıram ki, nə vaxtsa bu arzumu reallaşdıracam. O ki, qaldı mənim oynamaq istəyib də, oynaya bilmədiyim obrazlara.. Belə bir şey bizim teatrda mümkün deyil. Tək mənim üçün yox, teatrda çalışan hər kəs üçün bu keçərlidir. Kim hansı obrazı istəyib, əgər öhdəsindən gələ bilirsə, bizim  teatrda hər kəs üçün yaşıl işıqdır. Yaşından, kimliyindən, statusundan, fəxri adından asılı olmayaraq.    - Danışmadığınız, münasibətdə olmadığınız insanla səhnəyə çıxarkən, nələri göz önünə almısınız?    - Teatrda danışmadığım aktyorlar da, aktrisalar da var. Mən onlarla səhnəyə çıxıram, qucaqlaşıram da, öpüşürəm də, obrazın öhdəsindən çox məharətlə gəlirəm. Çünki mən peşəkar aktrisayam. Bilirəm ki, səhnədə olan münasibətlərin bizim şəxsi həyatda olan münasibətlərlə heç bir əlaqəsi yoxdur. Bütün bu hadisələr səhnədə baş verir.     - Səhv etmirəmsə sənət müəlliminiz xalq artisti İlham Namiq Kamal olub. Onun haqda nə danışa bilərsiniz?   - İlham müəllim mənim ustadım olub. Onun ruhu həmişə gəncdir. Arzu edirəm ki, bundan sonra da elə qalsın. Allah şahiddir ki, mən onun ömrünün uzun olmasını necə ürəkdən arzulayıram. Onun varlığı bizə yetir. O insan kinsizdir. Bu gün səni danlaya bilər, sabah heç nə olmamış kimi qucaqlayıb öpə bilər. Ürəyində kin, kidurət olmadığı üçün, bu da onun üzünə yansıyır. Mən içi həyat yoldaşım qarışıq həmişə o insanı gənc aktyorlara nümunə gətirirəm ki, adamın neçə yaşı var, mən bir dəfə onu nə təraşsız, nə də ətirsiz gördüm. İnsan səhnədə o adama aşiq olur.   - Sizcə böyük sənətkarlar gənclərə dəstək olmağı bacarır?    - Məncə bacarır sualına özləri daha yaxşı cavab verə bilər. Mən deyərdim ki, bacarmalıdır. Çox şükür qabağıma çıxan bütün sənətkarlar mənə dəstək olublar. Aralarında yoluma daş qoyanlar da oldu, amma mən onları heç sənətkar hesab etmirəm. O insanları heç xatırlamıram da. Bəlkə də gənc olanda bu mənə təsir edirdi, bu günki mövqeyim, hazırkı statusum məni onları bağışlamağı imkan yaradır. Deyirəm ki, Allah o kəsin günahını bağışlasın, bu dünyada pis adam oldu, heç olmasa o dünyada yeri behişt olsun deyə düşünürəm, amma heç inanmıram dediyimə. Çünki onun tək qarşısını kəsdiyi gənc mən olmamışam. Şahidi olurdum ki, nə qədər gənclərə neqativ ötürürdü. Sizin bu müsahibənizdən istifadə edib, mənə dəstək olan, bu dünyada olanların da, olmayanların da adlarını vurğulamaq istəyirəm. Başda ustadım İlham Namiq Kamala təşəkkür edirəm ki, ölkənin bir nömrəli teatrı olan Akademik Musiqili Teatrda fəaliyyət göstərməyimə biləvasitə səbəbkar olub. Daha sonra xalq artisti, anam qədər sevdiyim Afaq xanım Bəşirqızına təşəkkürüm var. Sonra Firəngiz Mütəllimovaya təşəkkür edirəm. Onunla da çəkilişdə ana-bala olduq. Daha sonra Ramiz Novruza! Allah ona qəni-qəni rəhmət etsin. Bilirsiniz ki, mən qadın məsliclərinə gedirəm. Mənə balıq yox, balıq tutmağın yollarını öyrədən xalq artisti Fatma xanım Mahmudovaya təşəkkür edirəm. Bizim teatrda o illərdə hamı xına məclislərinə gedirdi, mən onlara ağız açdım ki, məni də özünüzlə aparın. Hamısı söz verdi, amma aparmadı. Fatma xanım məni xınaya apardı. O da mənə o cür dəstək olub. Şövqi Hüseynov, Pərviz Məmmədrzayev, Əzizağa Əzizov, Ələkbər Əliyev, Çingiz Əhmədov, rəhmətlik Xanım Qafarova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova və s. aktyorlar mənə çox dəstək olublar. Teatra yeni gələndə bəlkə də mənə Xanım Qafarova qədər dəstək olan olmayıb. Adlarını unutduqlarım ola bilər, amma dəstək görmədiyim adamlar az olub. Mənim ən böyük təşəkkürüm isə çox hörmətli Əliqismət müəllim Lalayevədir ki, o teatrın b

"Ətrafımdakı bu yaşayış tərzindən ürəyim bulanır" FOTO

2023-06-08 18:48:00

"Hamı ilk əvvəl öz önündəki pislikləri təmizləsin, sonra başkasının həyatına və ya görünüşünə söz atsın. Oldu?".

"Mənim bu şəklimi tənqid etmişdilər, axı niyə?" VİDEO

2023-06-08 18:12:00

Aparıcı Elgiz Əkbərin sosial şəbəkə hesabında müğənni Sevda Kazımovanın qısa libasda, yerdə uzanıqlı vəziyyətdə fotosunu paylaşması xoşaqəlməz müzakirələrə səbəb olub.

"Fuad Poladov bezmişdi, deyirdi, ölüm tez gəlsin"

2023-06-08 17:36:00

"Fuad Poladovla ömrünün son günləri çox yaxın idik. İlk televiziya layihəm olan Mehriban Ələkbərzadənin "Cəza" filmində tanış olduq. Onun yanında adam tir-tir əsirdi. Sonuncu birgə layihəmiz "Mələyin öpüşü" idi. Filmdə tərəf müqabili olduq. O vaxta qədər biz artıq dostlaşmışdıq. Dərdimizi bölüşürdük. Çox unikal bir insan idi".

Tanınmış modelin intim FOTOları porno saytlara sızdırıldı

2023-06-08 16:50:00

Dünyada məşhur olan rus model, 21 yaşlı Sofiya Martınova keçmiş sevgilisi tərəfindən təhdid edilib.

Tinderdə oğlanlarla tanış olub “AzDrama”ya dəvət edirlər

2023-06-08 16:26:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı adından dələduzluq edilib.

"İnsan özü haqqında yüksək fikirdə olduğu gün artıq bitmiş hesab olunur"

2023-06-08 15:50:00

"Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa xalq artisti fəxri adına kimi yüksələcəm. Bu illərin zəhməti ilə, yavaş-yavaş olur. Arzularının arxasınca addımlayırsan, orada maddiyatı düşünməməlisən. "Reklam olunum, bunu əldə edim" deyə düşünməmişik. Tələbə vaxtında illərlə kirayə qalmışıq, biri olub, biri olmayıb. Sonra yavaş-yavaş iki otaqlı evimiz olub, heç kimə bildirməmişik ki, orada nə kii çətinliklərimiz var. Amma olanımızı göz önündə, tamaşaçı qarşısında olduğumuz üçün geyimlərimizə, lent yazılarımıza, saç düzümümüzə xərcləmişik. Yeni oxumağa başladığımız illərdə 5 manat qazancımızı da sənətimizə xərcləmişik, maşın, villa almağa qaçmamışıq. İnsanı nəfsi, tamahı uçuruma aparır. O çox pis şeydir".

Aparıcılar İzzəti əsəbiləşdirir

2023-06-08 12:59:00

Müğənni İzzət Bağırov aparıcılardan şikayətlənib. 

Samirdən ailəsi ilə maraqlı

2023-06-08 12:37:00

Müğənni Samir Piriyev ailəsi ilə maraqlı paylaşım edib.

Sənətçini məhkəməyə verdilər

2023-06-08 12:15:00

"Roseark" zərgərlik mağazasının nümayəndələri Niki Minajı məhkəməyə verib.

“Aktyorun pulunu da yeyib, üstündən su içirlər, aktyorun pulunu yeyən xeyir tapmaz...”

2023-06-08 11:53:00

"Özümə yarı zarafat, yarı ciddi ulduz aktrisa deyirəm. Mən ulduz aktrisayam. Hər kəs özünə nəsə bir ad qoyur, mən də ulduz deyirəm. Dünən sənətə gələnlər özləri haqda elə yüksək fikirdə olurlar ki. Dayanıb kənardan baxıram və öz-özümə deyirəm ki, "bəsdirin də". Mən də axı illərimi bu sənətə qoymuşam, heç ağzımı da açıb demirəm ki, filan şeyi etdim, bəhmən şeyi etdim. İstedadlı aktyorlar, aktrisalar qətiyyən özü haqda yüksək fikirdə olmurlar. İşlərini görüb, çıxıb gedirlər. Başı boşlar, istedadsızlar özlərini tərifləyirlər. Bir dəfə efirə çıxmaqla özlərinə ulduz deyirlərsə, mən niyə özümə ulduz aktrisa deməyim ki? Onlar ələnəcəklər, sənətdə izləri, tozları da qalmayacaq".