Şou-biznes

Rafael ilə Coşqun Fərdanın CAVABINI VERDİ

2023-03-16 14:40:00

Bir müddət əvvəl aktyor və "stand-up"çı Fərda Aminin "İnsanları güldürmək üçün qadın paltarı geyinmərəm" fikirlərinə "Bu şəhərdə" estrada teatrının üzvləri Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovdan cavab gəlib. 

Zamiq: “Burnumu plastik əməliyyat, üzümə isə botoks etdirmərəm”

2023-03-16 14:07:00

Müğənni Zamiq Hüseynov plastik əməliyyat keçirən həmkarlarından söz açıb. 

“20 il bir yerdə yaşadığın insan illər sonra naxələf çıxır”

2023-03-16 13:34:00

"İnsan bilmir ki, bir saniyədən sonra başına nə gələcək. O anı yaşamaq lazımdır. Xoşbəxt anlar olub həyatımda. O anı yaşamışam həmişə. Allaha gecə-gündüz yalvarıram ki, məni şərdən, xəta-bəladan uzaq etsin. O vaxt böyüklərimiz deyirdilər ki, şər, böhtan pis şeydir. İnanın ki, bunu dərk etmirdim. "Başına gələn başmaqçı olar" deyib atalarımız. Adam insanları tanımır. Bir də görürsən ki, 20 ilə yaxındır bir insanla dostluq edirsən, yaxın olursan, 20 ildən sonra naxələf çıxır".

Əməkdar artist: “Ərimdən boşandım və o, dünyasını dəyişdi”

2023-03-16 10:50:00

"Həyat yoldaşımdan boşandım, daha sonra o, dünyasını dəyişdi. Gərək boşanmayaydım...Beş-altı il əvvəl bilmişəm ki, o, vəfat edib. Bu xəbərdən çox pis oldum. Onun ailəsinə dedim ki, gərək mənə onun vəfatını deyərdiyiniz. O mənim uzaq qohumum olub". 

Çağataydan sonra onunla sevgili oldu

2023-03-16 09:16:00

Türkiyəli aktyor Çağatay Ulusoyun keçmiş sevgilisi aktrisa Duyğu Sarışın yeni sevgili ilə görüntülənib.

Tanınmış aparıcı da "Space"dən

2023-03-16 08:20:00

Tanınmış aparıcı Nübar Əbil Spacedən ayrılıb.

“Artıq bəsdir” deyərək qışqırmaq istəyirəm”

2023-03-16 07:44:00

Məşhur müğənni Hadise Şanlıurfa və Adıyamanda baş verən sellə bağlı paylaşım edib.

"İstəyərdim Bülənt Ərsoy kimi atam olsun"

2023-03-16 07:33:00

Müğənni Günel Ələkbərova TikTok-dakı fəaliyyətindən danışıb.

“Həddini aşmış qısqanclıq sevgini öldürür”

2023-03-16 05:22:00

Aktrisa Ülviyyə Xəlilbəyli instaqramda sual-cavab edib.

“Yaxşı yaşamaq istədilər və belə oldu...”

2023-03-16 04:44:00

Əməkdar artist Ayşad Məmmədov həmkarları Rafael iskəndərov və Coşqun Rəhimov haqda danışıb.

"İndi utanmadan özümə aktrisa deyə bilirəm"

2023-03-16 03:22:00

"Aktyor, aktrisa rol kompleksi yaşamamalıdır. Hər bir obrazı oynaya bilər, oynamalıdır da. "Filan rol mənə yaraşmır, bunu oynaya bilmərəm" kimi sözləri qeyri-professionallar, qeyri-peşəkarlar deyə bilər. Çünki onlar bu sənətə efirdə görünüm, hamı məni tanıyıb, sevsin deyə gəlirlər. Film elə bir sənətdir ki, orada ikinci şansın da olur. Amma teatrda ikinci şans yoxdur, səhnəyə çıxıb oynayırsan, alındısa alınır, alınmadısa ikinci dəfə alınmır. Bu şans sənə canlı ünsiyyət zamanı verilir. Bizim sənətdə damğa söhbəti də var. Aktyor bir obrazı oynayır, onunla da tamaşaçıların yaddaşında qalıb, sevilir. Rejissorlar ona rol vermir, senaristlər onun üçün senari yazmır. Bu çox pis şeydir. Hətta ona öz adı ilə deyil, obrazın adı ilə müraciət edirlər".

Qulaq falına çıxmışdım, rəfiqəmin atası dedi ki...”

2023-03-16 00:44:00

"10-cu sinifi bitirib, sənədlərimi universitetə vermək ərəfəsində idim. Novruz bayramı idi. Ürəyimdə arzu tutub 2-ci mərtəbəyə, rəfiqəmgilə qalxdım. Onların evində də pişik var idi. Qulağımı qapıya yaxınlaşdırdım ki, pusum. Qulaq asanda bir də gördüm ki, rəfiqəminin atası yoldaşına deyir ki, "ay Sima, pişiyə bax, gör nə gözəl rahat yatıb qucağımda". Bu sözü eşitdim, çox sevindim. Evə gəlib dedim ki, qulağım xoş söz eşitdi, inşallah ki, niyyətim hasil olar. Universitetə daxil oldum, imtahanlarım çox gözəl keçdi. Bir çətinlik çəkmədim. Qulaq fallarım bir çox hallarda çin olub".

Fərda oğluna canlı yayımda kiçik toy edib

2023-03-15 23:45:00

Aktyor Fərda Xudaverdiyev oğlu Raula canlı yayımda kiçik toy edib.

"Müğənni olmadığım üçün..."

2023-03-15 23:24:00

Aktyor Elşən Orucov trend olan mahnılardan danışıb.

"Arzulamıram həyatımda kimsə olsun"

2023-03-15 20:16:00

Xalq artisti Məleykə Əsədova şəxsi həyatı ilə bağlı açıqlama verib.

Ayrılmadıqlarını deyən İlkin Həsəni həyat yoldaşı ilə bayramı niyə ayrı keçirdi? FOTO

2023-03-15 19:54:00

Son zamanlar münasibətlərində gərginlik yaşayan İlkin Həsəni və həyat yoldaşı, influenser Aysel Həsəni ilaxır çərşənbəni bir-birindən ayrı keçirib.

"Güldür güldür"ün aktrisası ərə getdi FOTO

2023-03-15 19:00:00

"Güldür güldür"ün aktrisası Meltem Yılmazkaya ailə qurub.

Aysundan ana olmaq xəbərinə reaksiya VİDEO

2023-03-15 18:27:00

Müğənni Aysun İsmayılova növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

Xanım İsmayılqızına ağır itki

2023-03-15 18:26:00

Tanınmış bəstəkar Xanım İsmayılqızına ağır itki üz verib.

"Anar mənim bu filmə çəkilməyimi istəmirdi” VİDEO

2023-03-15 17:54:00

"Məni bir çox ekran əsərlərinə çəkilməyə dəvət edirlər. Düzdür, bu, tez-tez olmur. Elə başa düşürlər ki, mən birdəfəlik Moskvaya köçmüşəm və Azərbaycanda yoxam. Səhvdir! Kinoya gəlincə isə çəkilməyə hər an hazıram. Əgər kimsə məni filmə çəlmək istəsə sadəcə zəng edib, desə ki, Leyla xanım sizi çəkilmək üçün bu filmə dəvət edirik, həmin an təyyarəyə minib uçaram Bakıya".

İlahə İbadova: “Deyirlər ki, müğənnilər oxuya bilmir” VİDEO

2023-03-15 17:21:00

"Son zamanlar deyirlər ki, müğənnilər oxuya bilmir. Amma tamaşaçılar biz müğənnilərin kulis arxasındakı vəziyyətlərindən bixəbər olurlar. Biz mahnılarımızı studiyada yazdırmaq üçün 12-dən sonra yəni gecə yarı gedib, oxuyuruq. Və ya axşam 18:00-dan sonra. Çünki o vaxt səsin tam açılan vaxtı olur. Səhər və ya günorta oxumalıyıqsa, "raspevka" edib, səsimizi açırıq".

Aygün Bəylərin uzun müddətdən sonra FOTOsu yayıldı

2023-03-15 16:40:00

Xərçəng xəstəliyinə yoluxduğu deyilən Əməkdar artist, müğənni Aygün Bəylərin yeni fotosu yayılıb.

Roza Zərgərliyə vəzifə verildi

2023-03-15 14:52:00

Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərliyə yeni vəzifə verilib.

Emin Musəvidən qızıyla bağlı paylaşım

2023-03-15 14:40:00

Əməkdar jurnalist, "ASAN Radio"nun direktoru Emin Musəvi qızıyla bağlı paylaşım edib.

Evlənmək üçün efirə gələn yaşlılar niyə gülünc vəziyyətə SALINIR?

2023-03-15 13:34:00

Son vaxtlar yaşlı qadın və kişilər televiziya vasitəsilə efirə çıxıb ailə qurmaq istədiklərini bildirirlər. 70 və ondan yuxarı yaşda olan ahılların efirə sosial problemlərdən dolayı deyil, məhz ailə qurmaq üçün axını ictimaiyyətdə ciddi tənqid hədəfinə çevrilib və Azərbaycan qadını, kişisi adına ləkə kimi dəyərləndirilib.

"Kişi arvadını dostu ilə tutdu"

2023-03-15 12:50:00

Müğənni Səmra Rəhimli sosial şəbəkədə "Kişi arvadını dostu ilə tutdu" başlığı ilə paylaşılan videoya reaksiya bildirib.

"Kanal rəhbəri aktrisaya dedi ki, 500 manat versəm..."

2023-03-15 12:17:00

"Telekanal rəhbəri var idi, seiral çəkirdi. 10 ilin söhbətidir. Gözəl aktrisamız var idi, indi də sağdır. Onların adlarını çəkmirəm. Bir məkan yaratmışdıq, serialı çəkirdik. O vaxt qonorarlar çox az idi. İçi mən qarışıq bütün heyətə günə 50 manat qonorar verirdilər".

Xalq artistinin nəvəsi Moskvadakı bağ evini 5 milyon manata satır

2023-03-15 11:22:00

Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita Presnikov nənəsinin ona bağışladığı bağ evini satır.

36 yaşlı aktrisa ilk dəfə ana olacaq

2023-03-15 09:47:00

Aktrisa Lindsi Lohan ilk dəfə ana olacağını açıqlayıb.

Xəstəxanaya yerləşdirilən aktyorun səhhəti necədir?

2023-03-15 09:27:00

Türkiyəli aktyor Haluk Bilginer xəstəxanadan evə buraxılıb.

Dilarə əsəbiləşdiyindən oğlanı döyüb

2023-03-15 09:14:00

Müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.

Sabancının ailəsindən soyuq davranış: Hande ilə münasibətlərinə razı deyillər? FOTO

2023-03-15 04:44:00

Son zamanlar karyerası ilə yanaşı şəxsi həyatı ilə də gündəmdən düşməyən məşhur türkiyəli aktrisa Hande Erçel iş adamı Hakan Sabancı ilə eşq yaşayır.