Siyasət
2023-09-02 21:53:00
İstanbulda Türk Dövlətləri Təşkilatının binasında Baş katib Kubanıçbek Ömurəliyev Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
2023-09-02 19:20:35
Sentyabrın 2-si saat 16:00-dan 16:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
2023-09-02 19:12:00
Türkiyənin İstanbul şəhərində Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçiləri/məsləhətçilərinin qeyri-rəsmi görüşü keçirilib.
2023-09-02 18:11:00
Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət öncə və həm də dəfələrlə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdikdən, bu mövqeyini qüvvədə olan beynəlxalq sənədlərlə - Alma-Ata Bəyannaməsi və BMT Nizamnaməsi ilə əlaqələndirdikdən sonra, yenidən ölkəmizin əraz bütövlüyünü şübhə altına alan əsassız iddialarla çıxış etməsi, rəsmi İrəvanla sülh danışıqlarının heç bir əhəmiyyət kəsb etmədiyini və faktiki olaraq, həm də rəsmi İrəvanın riyakar davranışları və təxribatları ucbatından iflasa uğradığını təsdiqləyir.
2023-09-02 15:52:00
Ermənistanın müxalifət təmsilçiləri, o cümlədən keçmiş prezident Serj Sərkisyan ölkəsinin və "Qarabağ"ın onlar üçün hazırki ağır durumunun səbəbini Nikol Paşinyanın hakimiyyətini davam etməsiylə əlaqələndirirlər. Onlar hesab edirlər ki, nə qədər ki Nikol Paşinyan baş nazirdir, vəziyyət onlar üçün daha da çətinləşəcək, Azərbaycan Qarabağın tamamı ilə yanaşı, Qərbi Zəngəzura da nəzarət edəcək.
2023-09-02 15:34:00
Elçin Alıoğlu TREND
2023-09-02 13:44:00
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.
2023-09-02 12:44:00
Dünən Ermənistanın Silahlı Qüvvələri şərti dövlət sərhədində ordumuzun mövqelərini ağır artilleriya, haubitsalar, PUA-lar, minaatanlar və iriçaplı pulemyotlardan atəşə tutdular. 3 əsgərimiz yüngül yaralandı. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində 3 erməni əsgər həlak olub, 5 nəfər yaralanıb.
2023-09-02 12:38:00
Qarabağdakı separatçı ermənilər artıq 5 gündür ki, Azərbaycanın göndərdiyi 40 tona yaxın ərzaq yükünə "naz edir". Belə ki, dünyaya "blokada"da olduğunu car çəkən, nüfuzlu nəşrlərdə bu barədə yazılar çıxmasına nail olan, bir sıra tanınmışları öz yalanlarının yayılmasına cəlb edən separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükünün Xankəndinə çatdırılmasını müxtəlif üsullarla əngəlləyirlər. Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.
2023-09-02 12:34:00
Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların əks olunduğu 2 sentyabr tarixli bəyanatını şərh edib.
2023-09-02 12:30:00
Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk.
2023-09-02 11:00:00
"32 il bundan öncə, 1991-ci il avqustun 30 -da Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında ilk hüquqi sənəd -"Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olunub. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunun təsbit edilməsi idi. Eyni zamanda Ali Sovet Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun - Konstitusiya Aktının hazırlanması barədə qərar da qəbul etmişdi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Moskvada SSRİ-nin dövlət və partiya rəhbərliyinə qarşı ağır ittihamlarla dolu bəyanatla çıxış etdi və bundan sonra yenidən öz xalqının yanında olmaq üçün Bakıya gəldi. Lakin bütün antimilli qüvvələr vahid koalisiya halında Ulu Öndərin respublikada hakimiyyətə gəlişini əngəlləmək üçün səylərini birləşdirdilər. Lakin bu, Ulu Öndərin ölkənin siyasi həyatında iştirakını əngəlləyə bilmədi." Bu sözləri tarixi Bəyannamənin əhəmiyyəti ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
2023-09-02 08:47:00
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.
2023-09-01 23:16:00
Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib.
2023-09-01 20:44:00
Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsinə başlanılıb.
2023-09-01 20:40:00
Danışıqlar aparılsa da, nəticə yoxdur.
2023-09-01 20:22:00
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cahangir Calal oğlu Əsgərovun "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.
2023-09-01 19:24:00
Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb.
2023-09-01 19:21:00
Cahangir Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
2023-09-01 17:32:00
"Təxribatlara davam edərsə, Ermənistanı yenidən ağır məğlubiyyət gözləyir".
2023-09-01 17:16:00
Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı 1 sentyabr 2023-cü il tarixli bəyanatı tərəfimizdən qeydə alındı.
2023-09-01 15:02:00
Ötən gün Qarabağdakı erməni separatçıların rəhbəri Araik Arutyunyan "istefa" verib. "Qarabağlı ermənilərin taleyi həll olunacaq" kimi ənənəvi çıxışları ilə yadda qalan Araik bu barədə özünün "Facebook" hesabında məlumat verib. O, özü ilə bərabər Qurqen Nersisyanı da istefaya göndərib. Arutyunyan bu yekun qərarı iki gün əvvəl verdiyini qeyd edib. Onu qondarma "Təhlükəsizlik Şurasının katibi" Samvel Şahramanyan əvəzləyəcək.
2023-09-01 14:48:00
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir.
2023-09-01 12:30:00
Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.
2023-09-01 12:16:00
İndiki şəraitdə Qarabağın beynəlxalq səviyyədə tanınmasından danışmaq ya özünü aldatmaqdır, ya da yeni bir nəzəriyyə irəli sürüm - "ictimai aldatma"dır".
2023-09-01 11:24:00
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Özbəkistanı Milli Günü münasibətilə təbrik edib.
2023-09-01 11:15:00
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin dinamikası məmnunluq doğurur. Ölkələrimizin fəal dialoqu bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinə şərait yaradıb.
2023-09-01 11:11:00
Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir.
2023-09-01 11:08:00
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Prezidenti Zuzana Çaputovaya təbrik məktubu göndərib.
2023-09-01 11:05:00
Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.
2023-08-31 23:12:00
Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan tutub.
2023-08-31 21:57:00
Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.