Siyasət
2023-09-05 20:12:00
Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.
2023-09-05 18:27:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
2023-09-05 16:24:00
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturu"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
2023-09-05 15:56:00
Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi üçün "Ağdam-Xankəndi" yolunun açılmasının və buna parallel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifi rədd edilib.
2023-09-05 15:26:00
5 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüşüb.
2023-09-05 14:50:00
Slovakiyanın Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Azərbaycana işgüzar səfərə gəlib.
2023-09-05 14:16:00
Bu gün Qərb liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıya tələsirlər.
2023-09-05 12:25:00
Qarabağdakı separatçılar rusiyalı sülhməramlı kontingentin müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə döyüş mövqelərinə silah-sursat daşıyırlar.
2023-09-05 12:11:00
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda tərəfdaşlıq proqramının yeni mərhələsinin hazırlığının yekunlaşma prosesindəyik.
2023-09-04 22:57:00
Amerika və Avropanın 18 aparıcı ravvini bakılı həmkarları Zamir İsayevin çağırışına cavab olaraq Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxıblar.
2023-09-04 21:45:00
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistan hər vəchlə maneçilik törədir, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayır.
2023-09-04 20:45:00
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb.
2023-09-04 19:37:00
Elçin Alıoğlu TREND
2023-09-04 16:48:00
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində bu ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşüb.
2023-09-04 16:11:00
Sentyabrın 4-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov və qrupun üzvləri ölkəmizdə səfərdə olan İsrail-Azərbaycan parlament dostluq qrupunun üzvü Yevgeni Sovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
2023-09-04 14:50:00
Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə təntənəli tədbir keçirilib. Türkiyənin ölkəmizdəki səfirliyinə hərbçilər, deputatlar, siyasətçilər, yazarlar, ictimai xadimlər, alimlər və s. toplaşmışdı.
2023-09-04 13:20:00
Prezident İlham Əliyev "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.
2023-09-04 12:56:00
Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
2023-09-04 11:46:00
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.
2023-09-04 11:37:00
Dünən günorta saatlarında Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən aşkar edilərək, xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatını istehsalçısı məlum olub.
2023-09-04 11:30:00
Müharibə heç kəsin arzulamadığı hadisədir, normalda müharibə əsgərlər arasında olar. Yaşayış yerlərini bilərəkdən hədəf almaq, özü də insanlar gecə vaxtı yatmışkən buraları bombalamaq beynəlxalq hüququn pozulması, açıq-aşkar müharibə cinayətidir.
2023-09-04 11:12:00
Dəfələrlə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını müxtəlif platformalarda, hətta beynəlxalq məkanda rəsmən bəyan edən, "Qarabağ Azərbaycanındır" deyən, Qarabağ mövzusunun məhz Bakı-Xankəndi birbaşa təmasları ilə nizamlanmasının vacibliyini bildirən Nikol Paşinyan indi dediklərini danır. O, sözünün üstündə durmaq əvəzinə son açıqlamasında Azərbaycanın qarşısına şərt qoyub, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsini qabardıb. Paşinyan bildirib ki, yekun sülh sazişində mütləq bu barədə xüsusi maddə yer almalıdır, yoxsa bu mümkün olmayacaq.
2023-09-04 10:12:00
Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya keçirmək məqsədilə Gəncə şəhərində səfərdədir.
2023-09-04 08:08:00
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 7-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.
2023-09-03 23:42:00
Kreml Rusiyaya xəyanət etmiş Paşinyan hakimiyyətinin devrilməsi üçün "düymə"yə basıb, regionda yeni savaşa münbit şərait yaradılır... Köçəryan-Sarkisyan cütlüyünün liderlik etdiyi radikal-revanşist Qarabağ klanının iqtidara qaytarılması planı artıq hərəkətə gətirilmiş kimi görünür...
2023-09-03 19:20:00
"2020-ci ildə Azərbaycan Vətən müharibəsində Ermənistan və onun havadarları üzərində tarixi zəfər çalaraq ədaləti bərpa etdikdən sonra bir sıra Qərb ölkələrində azərbaycanofobların sayı sürətlə artmaqdadır".
2023-09-03 11:01:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Zati-aliləri cənab Alessandro Skarano və xanım Adele Tonniniyə təbrik məktubu ünvanlayıb.
2023-09-03 11:00:00
"Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsini həm döyüş meydanında, həm də siyasi müstəvidə əldə etdiyi tarixi Qələbə ilə başa vurdu. Bunun nəticəsi olaraq torpaqlarımızın otuz illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Müharibənin başa çatmasından artıq üç ilə yaxın bir müddət keçsə də, Azərbaycan siyasi-diplomatik müstəvidə ardıcıl olaraq yeni qələbələr əldə etməkdədir. Bu baxımdan 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində - Laçın rayonu ərazisindəki Həkəri çayının üzərində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması da mühüm tarixi əhəmiyyət kəsb edən hadisədir. Məhz bu məntəqənin qurulması ilə Azərbaycanın dövlət sərhədlərinin bütövlüyü tam təmin olundu. Əlbəttə ki, nə ermənilər, nə də onların himayədarları bu faktı həzm edə bilirlər. Buna görə də həmin qüvvələr artıq neçə müddətdir ki, ölkəmizə qarşı çirkin anti-təbliğat kampaniyası aparır, Azərbaycanı guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Lakin bu kimi cəhdlər heç bir nəticə verə bilməz. "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır və beynəlxalq hüquq normalarına da tam uyğundur." Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
2023-09-03 01:00:00
Xankəndində özünü "mer" adlandıran separatçı David Sarkisyanın həyat yoldaşı bir müddət əvvəl Laçın sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan şəhərini tərk edib.
2023-09-03 00:16:00
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni komandir təyin edilib.