Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar FOTO
Şou-biznes 13 May 2025 19:44:00 95 0
Bu gün, mayın 13-də Bazeldə "Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.
Bu haberi de oku: Ramaldan danışıb ağladı
Son.az xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən "Mamagama" qrupu 10-cu nömrə altında səhnədə çıxış edəcək. Onlar "Run with you" mahnısını ifa edəcəklər.
Azərbaycanla birlikdə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar. Yarımfinalın nəticələrinə əsasən mükafat uğrunda mübarizəni davam etdirəcək 10 finalçı müəyyənləşəcək.
Müsabiqə yerli saatla 23:00-da başlayır.
Kaynak: milli.az