Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu FOTO
Şou-biznes 13 May 2025 15:55:00 99 0
Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olmağa çalışarkən təhlükəsizlik işçiləri tərəfindən məkanın xaricinə çıxarılıb.
Bu haberi de oku: Tanınmış aktyor vəfat etdi FOTO
Son.az xəbər verir ki, "Love Island" proqramının qalibi olan 30 yaşlı Ekin-Su tədbirə sponsorlardan biri olan "P&O Cruises" tərəfindən dəvət olunmuşdu. Lakin o, rəsmi şam yeməyinə və tədbirdən sonrakı qonaqlığa dəvət edilməmişdi. Buna baxmayaraq, məşhur ulduz bəxtini sınayaraq özünü dəvətlilər arasında göstərmək istəyib.
Hadisə şahidlərinin dediyinə görə, Ekin-Su yemək masaları arasında məqsədsiz şəkildə dolaşır, tanınmış simaların - Damian Lewis, David Tennant və James Corden-in olduğu tədbirdə oturmaq üçün yer axtarırmış.