Elmar Qasımov məhkəmə zalında həbs olundu
Digərləri 13 May 2025 11:45:31 105 0
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elmar Qasımova 3 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif şəxslərlə bağlı Dövlət Siğorta Agentliyinə ümumilikdə 288 min manat maddi ziyan vurub.
E.Qasımov iş üzrə özünü təqsirli bilmədiyini bildirib.